MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix29.11.2016
ölçüsü0,72 Mb.
#445
1   2   3   4   5   6   7   8   9

YERDƏN SƏS -  

 Təkcə pula görə deyil. Siz mollalar öz dinimizi o 

qədər hörmətsiz iləmisiz ki,  çoxları ondan imtina etmək 

istiyir. Düz diyir o kişi, bizə kilsə laszımdı. Çünki belə getsə, 

xristianlığı qəbul iliyənlərin sayı gündən-günə çoxalacaq. 

MOLLA PIRVƏLI -  

 Ay Allahın bisavad bəndələri, siz 

bilmirsinizmi ki, hindi hər şey kimi din də azaddı? Kim hansı 

dini istəsə seçə bilər. Xəbəriniz yoxmu ki, elə xristianların 

özdərinnən nə qədər  islamı qəbul iliyənlər var? Özü də 

bizimkilər onnara  pul-zad da verib eləmirlər. 



BIR NƏFƏR -  

 Ay camaat, məni bir başa salın görüm, diyirsiz ki, 

hindi ya pul alıb, yain ki, heç pul da almadan dinini 

dəyişənnər peyda olub. Bəs onnarın şalvarlarının altı necə 

olur, orasını da dəyişdirirlərmi? 

 

Ümumi gülüşmə. 

 

 

 

 

 

 

 

 

66 


 

 

 



MOLLA PIRVƏLI - 

 

 (Daha bərkdən əsəbiləşir.) Tfu! Doordan da, 

sizə heç bir din, məscid lazım deyilmiş. Hayıf mənim 

zəhmətim... (Acıqlanıb çıxıb gedir.) 



 

Eşşək yenə hardasa anqırır. 

 

YERDƏN SƏS -  

  

 Aha, azan başladı. Şeyximiz getdi namazını 

qılmağa.  

 

Gülüşürlər. 



 

 

 

 

 

İYİRMİ YEDDİNCİ FRAQMENT 

 

REPRODUKTOR –

   

 (Musiqi.)  Quq-quu... Diqqət, diqqət! İndicə 



aldığımız son məlumata görə meydana yığışıb səbirsizliklə 

yolunu gözlədiyimiz hörmətli cənab Görüşov öz “Niva”sıyla 

artıq kəndimizə yaxınlaşmaqdadır. Heç demə, bu məsul 

vəzifəli şəxs hələ günorta kəndə çatmamış zırpı Hətəm onu 

Çeşməli bulağa aparıbmış, qonağın şərəfinə balaca bir quzu 

kəsibmiş, iki dənə də balaca qarpız kəsibmiş, beş-altı dənə 

də balaca araqlardan açıbmış. 

 

Yaxınlaşmaqda olan  sürəkli maşın siqnalları diktorun sözünü ağzında 

qoyur. Musiqi davam edir. 

 

YERDƏN SƏSLƏR -

  Aha, gəldilər, gəldilər!..   

 

Maşınlar tormoz verib dayanır. Qapılar açılır, çırpılıb bağlanır. Zırpı Hətəm 

qabaqda, onun ardınca Görüşov, xəstə Qasım, ambardar Fərzəli səhnəyə 

daxil olurlar. 

 

Oturanlardan kimlərsə ayağa qalxır, kimlərsə əl çalır. Fit çalanlar da var. 

 

Dinməzcə səhnəyə qalxırlar. Bir az əvvəl hazırlanmış stolun arxasında 

yerlərini tuturlar, üzlərini meydana çevirib camaatın sakitləşməsini 

gözləyirlər. 

 

ZIRPI HƏTƏM - 

 

(Sərxoşluğunu gizlətməyə çalışaraq, 

qabağındakı kağızlara baxa-baxa.) Bağışdıyın,  bir az 

gecikdik...      

 

Nə isə, iclasımıza başdıyırıx. 



A yoldaşlar, sizdərə yaxşı məlumdu ki, əlində bir ildir mən  

 

 

 

 

 

 

 

 

67 

 

 

qalxoz sədriyəm. Özümü tərifləmək olmasın, bu böyük 



srokdu.  Mənnən əvvəlki sədirlər ən çox işdəyəndə altı ay 

işdiyiblər. Son on ildə qalxozumuza iyirmiyə qədər adam 

rəhbərlik iliyib. Onnarın içində bu vəzifəni məəm qədər çox 

aparan olmuyub. Mən də daa yorulmuşam, camaatnan  üz-

göz düşmüşəm, açığı, daa işdiyə bilmirəm. Bir aydan çoxu 

ki, ərzə yazmışam, işdən çıxmax barəsində. Amma ki, 

ərzəmə baxmırlar. Diyirlər ki, yerimə adam tapmalıyam, 

soora. Büyüm bura yığışmaxda da məqsədimiz budu ki,  

özünüzə təzə sədr seçəsiniz. Sabahdan daa mən işə 

çıxmayacam. 

Bu məsələni tam obyektiv və demoqratik yolla həll iləmək 

üçün hətta yoldaş Görüşovun özünü də dəvət iləmişik. 

Hörmətdi qonağımızı siz yaxşı tanıyırsız. Gəlin onu alqışdıyax 

və sözü ona verək. Və həm də yoldaş Görüşovu iclasımıza 

sədir seçək, qoy məclisimizi  idarə iləsin...(Bərkdən əl çalır.) 

 

Oturanlar da əl çalırlar. 

 

 

GÖRÜŞOV -

  (Azacıq səndirləyə-səndirləyə tribunaya gedir, bir 



neçə udum su içir, əlini çallaşmış saçına çəkir, qalstukunu 

düzəldir, gözünə eynək taxır, boğazını artlayaraq sözə 

başlayır.)

 

 Yoldaşlar... mən demək istəyirəm ki, dəfələrlə 

sizin belə məclislərinizdə iştirak eləmişəm. Mən demək 

istəyirəm ki, o zamanlar başqa zaman idi, yuxarıdan nə 

deyirdilərsə siz də “Baş üstə” deyirdiz və biz də, mən demək 

istəyirəm ki,istədiyimiz adamı sizə sədr təsdiq edirdik. İndi 

zaman dəyişib, xalq özünə rəhbəri özü seçməlidir. Və mən 

demək istəyirəm ki, indi əlinizə gözəl şans düşüb, bundan 

istifadə eliyin. Və mən demək istəyirəm ki, bəlkə əvvəlki 

idarəetmə üsulu səhv imiş, odur ki, kolxoz sədrləri beş-altı 

ay işləyib istefa verirdilər. Və yaxud biz özümüz onları 

çıxarıb başqa işə göndərməli olurduq. Və mən demək 

istəyirəm ki, yenə də istəsək biz Hətəmovun  yerinə layiqli 

bir kadr təyin edə bilərdik.  Amma mən demək istəyirəm ki, 

bu doğru olmazdı. Demək istəyirəm ki, yeni qurduğumuz 

müstəqil dövlətin prinsiplərilə düz gəlməzdi. Və mən demək 

istəyirəm ki, di buyurun, indi söz sizindir. 

 

Meydan bir müddətliyinə susur. 



      

 

 

  

 

 

 

 

68 

 

 

 

 



(Sükutu pozaraq.)  Danışmaq istəyən yoxdumu? Varsa, 

buyursun, əlini qaldırsın və mən demək istəyirəm ki, onlara 

bir-bir söz verək. 

 

 

 

 

 

 

 

 

 

  



Birdən hamı əlini qaldırır. Hətta iki əlini qaldıranlar da var. 

 

Baho... (Təəccüblə geri dartınır.) Mən demək istəyirəm ki, 

hamınızın ürəyi sözlə dolu imiş ki. Daha denən ki, (Üzünü 

Hətəmə tutub yalnız onun eşidəcəyi tərzdə.) gecə 

yarısınacan burdayıq. 

 

Hətəm əlilə, gözülə işarə sedir ki, narahat olmasın. 

 

(Eynəyini burnunun ucuna sallayıb meydanı süzür, 

baxışlarını gəzdirərək əlini hamıdan yuxarı qaldırmış fıstıq 

Səftərin üstə saxlayır.) Buyurun... (Adını yadına salmağa 

çalışır.) 

YERDƏN SƏS -

  Fıstıq Səftər. 



GÖRÜŞOV –

 hə, hə... Fıstıq, ee, Səftər kişi. Mən demək 

istəyirəm ki, buyurun, danışın. (Tribunadan enir.) 

 

Stol arxasındakılar ayağa qalxıb onun öz yerinə keçməsini gözləyirlər. 

Zırpı Hətəm bir az da yaxın oturub onun qulağına nəsə pıçıldayır. 

FISTIQ SƏFTƏR -

    (Tribunaya qalxır, yumruğunu ağzına tutub 

öskürür.)   Əvvəla, mən dimək istiyirəm ki,  bizim kəndimizə 

xoş gəlmisən, hörmətdi yoldaş Göyüşov. 

 

Meydan qımışır. 

 

ZIRPI HƏTƏM -  

 

 (Əlini ağzının qırağına tutub tribunaya tərəf 



əyilir, pıçıltı ilə.) Göyüşov yox, ədə, Görüşov, Görüşov. 

FISTIQ SƏFTƏR -

    Hə?.. Bağışdıyın. Əvvəla, mən demək 

istiyirəm ki, bizim kəndimizə xoş gəlmisən, hörmətdi yoldaş 

Göyrüşov. 



 

Meydan bir az da bərkdən qımışır. 

Görüşov eynəyinin üstən fıstıq Səftərə tərs-tərs baxır. 

 

ZIRPI HƏTƏM - 

 

 (Əsəbiləşmiş tərzdə tribunaya tərəf bir az da 



əyilir, ucadan pıçıldayır.) Göyrüşov yox, ədə, Göyüşov, 

Göyüşov, ee, Görüşov, Görüşov. 



 

 

 

 

 

 

69 

 

 

Meydanda gülüşmə qopur. 



 

FISTIQ SƏFTƏR -    

 Bəs mən nə təər diyirəm, a Zırpı? Örüşov 

da, Örüşov. 



 

 

 

 

 

 

ZIRPI HƏTƏM - 

 

 (Lap əsəbiləşir.) Örüşov yox, ədə, Öyüşov, 

Öyüşov. Ee, tfu, Göyüşov, tfu, Görüşov, Görüşov! 

 

Gülüş səsləri meydanı başına götürür. 

Görüşov pərt halda başını stola dikib oturur. 

 

(Ayağa qalxır, əsəbi halda qabağındakı jurnalı, kağızları stola 

çırpır, toz qopur, acıqlanıb  qışqırır.) Tfu! Ayıb olsun sənə, 

fıstıq Səftər! Hörmətdi qonağımızın familiyasını sən nə tez  

yaddan çıxardın? Bir dəfəlik aç qulağını, həmişəlik yadında 

saxla! Görüşov, Görüşov! Bildin, qandın? 



FISTIQ SƏFTƏR -

    (Yalandan yazıqcasına.) Bağışdıyın, vallah, 

başım xarab olub diyəsən. Hindi mən necə diyim diyirsən: 

Gödüşov, Goduşov? 



 

Meydan sanki gülüşdən partlayır. 

Görüşov artıq yerində otura bilmir, bir əlilə üzünü tutaraq sürətli 

addımlarla səhnədən çıxır. 

 

ZIRPI HƏTƏM - 

 

  (Hiddətlənmiş halda Səftərə yaxınlaşır, 



yumruğunu havaya qaldıraraq bağırır.)  Tfu! Nə Goduşov, 

Goduşov salmısan əə? Gülüşob, Gülüşob! Qandınmı? Ee, 

səni görüm lənətə gələsən! Düş aşağı, düş, düş! Başımızı 

yerə soxdun. (Səftəri dartıb tribunadan salır, tez Görüşovun 



dalınca qaçır.) 

 

“Rəyasət heyəti”ndə oturanlar da yanğın baş vermiş kimi tələm-tələsik 

onun ardınca qaçırlar. Xəstə Qasım nəsə fikirləşib geri qayıdır, ayaq üstə 

durub meydana baxa-baxa qalır. 

 

FISTIQ SƏFTƏR -

    


 (Öz-özünə danışa-danışa səhnəcikdən 

enir.) Mən nə təər didim, əə? Gəlişov didim, Gedişov didim? 

XƏSTƏ QASIM -  

 (Əlindəki xətkeşi stola döyəcləyərək camaatı 



sakitləşdirir.) A yoldaşlar, a yoldaşlar! Bir qulax asın görək 

nə diyirəm?.. 



 

Səslər bir qədər azalır. 

 

 

 

 

 

 

 

 

70 

 

 

 



Ə, Fıstıx, bir qanacağın, mərifətin olsun. O boyda hörmətdi  

yoldaş...  (Səhv edəcəyindən ehtiyatlanaraq bir an susur.) 

Görüşovu təhqir etdin. Indi kişi gedib polisə zəng vuracax ki, 

gəlin aparın onu, salın qoduxluğa. Axırın nə olacax əə sənin? 



YERDƏN SƏS -  

Ay telefonlar işdədi ha...



 

  

XƏSTƏ QASIM -

  Telefonlar işləməz, ratsiyanan danışar. Bəlkə 

hələ cib telefonu da var onun. Bu boyda cinayətə göz 

yummax olar? 

FISTIX SƏFTƏR -

  (Yerndən atılır.) O hansı cinayətdi əə? Nə 

böyük iç olub. Çaşıb kişinin familiyasını düz deməmişəm, 

görürsənmi. Buna statya-zad yoxdu. Heyliyə qalsa, birinci o 

məni təhqir iliyib. Gül kimi adımı qoyub mənə Fıstıx diyib. 

 

Meydan yenə uğuldayır. 

 

Fıstıx, Fıstıx... Pah atonnan! Qələt iləmədim ki, bir- iki dəfə 

aparıb bazarda fıstıx satdım. Heyliyə qalsa, qalxozun 

tonnarnan buğdasını satıb yiyirsiz, mal-qarasını yiyirsiz, 

otunu, silosunu satırsınız. Onda mən də diyim: silos Qasım! 

Xoşun gələr? 



XƏSTƏ QASIM –

   Bəsdi, ə, bəsdi. Sən onsuz da düzələn əyri 

dölüsən. Elə düzünə liyib Şirəlinin arvadı Taytax vurub başını 

yarıb. 


FISTIX SƏFTƏR -

  Sən get öydə qarıyan qızıvun dərdini çək, get 

Həsənqulu kişinin ayaxlarına yıxıl ki, nəvəsi gəlib onu alsın, 

xarici arvadına qulluqçu da varsa götürsün. 



XƏSTƏ QASIM –

 Tfu! Həyasızın biri... Sən də get onnan-bunnan 

şikayət yazıb pul qopart. 

 

Elə bu vaxt zırpı Hətəm, yoldaş Görüşov, ambardar Fərzəli sıra ilə 



səhnəyə qayıdır, heç nə olmamış kimi yerlərini tuturlar. 

 

 

 

 

 

İYİRMİ SƏKKİZİNCİ FRAQMENT 

 

 

 

 

 

 

 

 

 

 

 

71 

 

 

 



AMBARDAR FƏRZƏLİ -

  Hə... camaat, hərçəndi bir balaca çepe 

oldu, bunsuz işimiz keçmir də, nə isə... İclasımız davam 

edir. Buyurun, yoldaş... Görüşov. 



GÖRÜŞOV –

 (Başını dikəltmədən.)  Hətəm, çıx tribunaya, 

camaatın qabağına. Sənə bir neçə sualım olacaq. 

 

Hətəm bir an özünü itirən kimi olur, lakin tez də “Baş üstə” deyib 



tribunaya yanaşır. 

 

 

(Əlindəki qələmi stola vura-vura sözləri ayrı-ayrı tələffüz 



 

edərək soruşur.)  Mənə düzünü de görüm, sən nə üçün 

işləmək istəmirsən?  



ZIRPI HƏTƏM - 

 Yoldaş Görüşov... bilirsiz... mən dimək 

istiyirəm ki... (Tutulub qalır.) Mən dimək istiyirəm ki... 

FISTIQ SƏFTƏR - 

 (Ayağa qalxıb yerdən söz atır.) Mən diyim, o 

niyə işləmək istəmir? 

GÖRÜŞOV - 

(İkrahedici baxışlarla baxır və etinasızcasına.) Hə, 

buyurun, Səftər kişi.     



FISTIQ SƏFTƏR -

    (Həyəcanla.) Ona görə ki, qalxozu elə yiyib 

dağıdıb ki, vaxtında aradan çıxmaq istiyir.İstiyir ki, bütün 

kəm-kəsirlər təzə gələnin boynunda qalsın.  Üzü gəlib daa 

heç kimi  işdədə bilmir. Iş getmir. Vaxtı ilə qalxoz min 

tondan   çox buğda becərirdi. Bu bizim kənd kimi üç-dörd 

kəndə bəs iliyirdi. Hindi hamımız acınnan qırılırıx.  Yüz qram 

buğda bölmək istiyir.  

 

Torpaxları  fermer adıynan ona-buna satıb.  O fermerlər də 



otuz-qırx faizini kimlərəsə rüşvət verməknən dövlətdən 

küllü-miqdarda suda alıb, “beş-üç ilə ya xan ölər, ya eşşək” 

diyə bəy kimi dolanırlar. Çoxu da elə adamlardı ki, ömründə 

əkin-biçin işilə məşğul olmayıb. Düzdü, aralarında yaxşı 

işdiyənnər də var. 

 

Bəs biz neyniyək? Torpağı ancaq pullulara verirlər. Bizə 



vermirlər ki, biz nə ilə əkib becərəcəyik? Bir yana baxan elə 

düz də iliyirlər. Mən iyirmi sotux yerimi şumladıb dirrik əkə 

bilmirəm, hektarlarla yeri necə şumladım? Texnika qalıb 

hindi? Toxumu hardan alax, nəynən alax?  

 

Qonşu qalxozlar var, həmişəki kimi işdiyirlər. Yaxşı da 



dolanırlar. Diyirlər, biz ölərik, qalxozu dağıtmağa qoymarıx. 

Amma bizdə qalxozu öldürüblər lap. Beş-altı aydan bir təzə 

sədir gəlir, bu leşi bir az da söküb gedir. 

Hər dəfə də təpik bizə dəyir. Neyniyək? Necə dolanax?  

Gedib rayonda işdəmək mümkün dölü. Birincisi iş yoxdu,         

                   

                               



72 

                                                                                



 

 

 



ikincisi, lap iş tapsan da, hər gün gərək  iki məmməd o üzə 

verəsən, iki məmməd də bu üzə. Bu da ayda bir paçkadan 

yuxarı iliyir. Hindi harda adama o qədər maaş verirlər ki? 

ZIRPI HƏTƏM - 

 (Çox dözsə də, axırda səbri çatmır.) 

Burnunnan gəlsin, fıstıq Səftər, sənə ilədiyim yaxşılıqlar. 

Türmədə çürüyürdün indi, mən olmaseydim. Hindi bunun  

dilinə bax. 

II KƏNDLI - 

 (Yerindən qalxıb.) Niyə acığına gəlir? Düz deyir də. 



ÇOBAN MÜRSƏL -

  (Ayağa qalxıb onun sözünə qoşulur.) A 

kişilər, qartuşka əkməknən, lobya satmaxnan külfət  

saxlamax  olarmı? Bu olsa-olsa ailəyə bir köməkdi. Vallah, 

günnərnən bizim öyümüzdə çay içilmir. Hardan alım iki-üç 

gündən bir üç-dörd məmməd pesoğa pul? Əppək də heylə. 

Uşaxlar bir az sünbül yığmışdı. Iki dənə də qoyun satıb ucuz 

arpa almışdım. Hamı kimi mən də arpaya bir az boğda qatıb 

az-az üyüdüb verirəm uşaxlara.  Bu da çəksin bir ay, iki ay. 

Bəs sonra? Bəs sonra nə vericəm? A kişilər, ayda dörd tay 

un işdədirik. Buna beş milyon pul lazımdı. Üst-üstə mən 

ayda iki şirvan tapa bilmirəm. 



V KƏNDLI –

  (Ayağa qalxır.) Daa dözə bilmirik. Məni bağışdıyın, 

həyəcannan danışa da bilmirəm. Başa düşürəm. Hindi hər 

yanda çətindi. Amma vallah bizdə lap çətindi. Həmişə 

işdəmişik də. Heç olmasa, qalxoz boğdamızıca versə, digər 

şeylərə bir əncam qılmax olar. Biz belə deyildik axı. Meşəli 

belə olmuyub heç vaxt. Fərsiz rəhbət ucbatından bu günə 

qalmışıx. Bu hətəmlər yıxdı bizi. A kişilər, pardıyıram, 

boğdanı xırmandan gecəynən başqa kəndin adamlarına 

satırlar, bizə yox. Fermerlərə satırlar, tonnarnan. Onnar da 

aparıb bazarda baha qiymətə satırlar, guya ki, özdəri əkib-

becəriblər. Ay Hətəm, nə olar, onsuz da oğurruxdu diyən  bir 

az ucuz satırsan, heç olmasa, onu öz camaatıva sat da. 

Satmırsan. Qorxursan axı, camaat üzüvə dura. Bəs nə cür 

rəhbərsən ki, camaatıvın qeydinə qala bilmirsən. 

ZIRPI HƏTƏM -

  A kişilər, mən bacarmadım da. Hindi özüvüzə 

yaxşı sədir seçərsiz, hansı havanı desəəz, o da həmin havıya 

oynayar. 



IV KƏNDLI –

 (Bərkdən, lap həyəcanla.) Yoldaş Görüşov, xaiş 

iliyirəm, xaiş iliyirəm, məə də söz ver. Kəndimizdə elə bir 

hadisə baş verib ki, onu eşitsən o zırpı Hətəmin üzünə 

lombaynan tüpürərsən. 

 

 



 

 

 

 

 

73 

 

 

GÖRÜŞOV -  

Danış, danış, a yoldaş. Ancaq səbirnən, təmkinnən. 

Nəyə həyəcanlanırsan ki? 



IV KƏNDLI - 

  Yoldaş Görüşov, vallah dəhşətdi bu. O günü 

axşamüstü kimsə gimgədə bir gop elədi, guya meşənin 

harasınasa aparıb üç maşın boğda töküblər. Inanan olmadı. 

Amma bir-iki nəfər “dəlidən doğru xəbər” diyib torba 

götürərək bir-birindən gizlincə meşəyə  yollandı. 



YERDƏN SƏS -  

 Biri də sən. Özünü niyə dimirsən? 



IV KƏNDLI -

  Hə, biri də mən özüm. Mən də torba götürüb 

getdim. Bəxtimizdən o gecəsi də ay işığı idi. Meşəni çox 

gəzməli olmadıx, maşın gedə bilən yerlərə baş vurdux. 

Doordan da, iki yerdə salafan örtüklə xeyli boğda 

gizlədilmişdi. Kəndə səs düşdü. Əlinə torba alan meşəyə 

cumdu. Səhərə kimi dalımızda torba-torba  daşıdıx  o iki 

maşın taxılı. Sonra başdadıx üçüncü maşını axtarmağa.  Düz 

bir gecə, bir gündüz gəzdik. Nəhayət, ertəsi günü axşamüstü 

tapdıx üçüncü maşın boğdanı. Daa doorusu, boğdanı yox, 

boğda boşaldılmış yeri. Inanın mənə, bir maşın taxılı  axar 

çaya boşaltmışdılar. Su boğdanı yuyub aparmışdı. Yerə 

dağılmış boğdanın üstünü də qumnan, qayırnan 

basdırmışdılar ki,  görüb-iliyən olmasın. 



GÖRÜŞOV –

 (Əyri-əyri Hətəmə baxır.) Başa düşə bilmirəm, 

buğdanı meşəyə, çaya niyə boşaldırlar ki? 

IV KƏNDLI - 

Xəbər qopur ki, qalxoza qəfil yoxlama gəlir. 

Ambarda hesaba düşməmiş  atrıq  məhsulu gizlətməli 

olurlar. Bir az ora-bura, yerdə qalanı o yan-bu yan iliyə 

bilmirlər. Allah bilir, neçə ton artıxları varmış. Əlacları kəsilib 

aparıb meşəyə boşaldırlar ki, ara sakitləşəndən soora ya 

kiməsə satsınnar, ya da ki, geri gətirsinnər. 

YERDƏN SƏS - 

Qumarda uduzulan boğdanı da desənə! 



ZIRPI HƏTƏM - 

(Əsəbi.) Yalandı bütün bunnar! Böhtandı! 

İftiradı! Belə şey ola bilməz, qətiyyən! Faşist də bu cür iş 

görməz. Yoldaş Görüşov, siznən kəsdiyim halal loxmaya and 

içirəm ki, nə mən, nə də ki, idarənin digər işçiləri belə bir 

qələt iləməz. Mən xaiş iliyioyrəm, qəmisya yaradın, araşdırın 

bu işi. Böhtançılar cəzasına çatsınnar qoy! 



 

Başını yerə dikib qalmış ambardar Fərzəli belini bir qədər dikəldir. 

 

 

 

 

 

 

 

 

 

 

74 

 

 

 



GÖRÜŞOV - 

Dəhşətli cinayətdi bu. Mütləq araşdırmaq lazımdı. 

Sən isə Hətəmov, nahaqdan and içmə. Bəlkə heç sənin də 

xəbərin olmayıb, səndən gizli ediblər.  

 

Fərzəlinin başı yenidən aşağı əyilir. 

 

III KƏNDLI - 

 Yoldaş Görüşov, bütün kənd bilir, bu vaxtacan 

dilimdən  yalan çıxmayıb.  Böhtan deyil bu. Vallah, nəyini 

gizlədim, həmin buğdadan bizim uşaqlar da bir-iki səhləm 

gətiriblər. Lap bir meşok da özüm gətirmişəm. Ancaq 

mətəəlçilikdi. Hər nəyi olsa da, mən də inana bilmirəm ki, 

Hətəm belə bir işə qol qoysun. Hətəmin xəbəri olmadan 

başqa kimsənin də belə bir işə girişə bilməsini də ağlım  

kəsmir.  Fikirləşə-fikirləşə qalırsan vallah. Bu            

buğdanı meşəyə hardan gətirmiş olarlar, kimlər gətirmiş 

olar? 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin