MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix29.11.2016
ölçüsü0,72 Mb.
#445
1   2   3   4   5   6   7   8   9

 

V KƏNDLI - 

 Ay Mirzə, hara gedirsən? Bir burdan gəlsənə. 



MIRZƏ MÜXBIR -  

 Yox, gələmmərəm. Işim var, tələsirəm. 



VI KƏNDLI - 

 İş qaçmır. Gəl bir söylə görək, təzə nə eşitmisən, 

təzə nə yazırsan? 

MIRZƏ MÜXBIR -  

 (Guya ki, narazılıq edir, başını bulaya-



bulaya gəlib oturur. Çayniyin qapağını qaldırıb baxır.) Çay 

var hələ? 



V KƏNDLI -

  Ə, niyə yoxdu? Sən təki söz sandığının ağzını aç, nə 

qədər istəsən   çay təşkil edərik. Alik bala, bir stəkan da ver. 

MIRZƏ MÜXBIR -  

  Söz sandığım bom-boşdu. Gedirdim görək 

nə tapıb toplaya bilirəm. 

VI KƏNDLI -  

 Hər halda, küncdə-bucaqda bizə yetdik nəsə 

tapılar. Hə, başda görək. 

MIRZƏ MÜXBIR -  

  Ə, əl çəkin mənnən. Nə söyliyəsiyəm e? 

Özüüz bu kəntdə olmursuz? 

V KƏNDLI - 

 Olmaxnan dölü ki. Hər kəsin bir şakəri var. Sən 

yekə-yekə, palazqulağı qəzetlərdə çıxış iliyən bir müxbirsən. 

Biz hara, sən hara? 



MIRZƏ MÜXBIR -  

 (Fəxrlə qoltuğundakı qəzetləri stola çırpır.) 

Siz lağ edin, amma fakt budur ki, düz doxsan səkkiz qəzetdə 

mənim imzam gedib. (Qəzetləri göstərir.) Görürsüz?.. İki  

dənə də çıxsa düz yüz olacax. Onnarı da yazmışam, amma 

hələ göndərməmişəm. 



VI KƏNDLI - 

 (Qəsddən şişirdir.) Pah atonnan... Ə, vallah, 

hələm-hələm  müxbirin işi dölü e bu. Ay Mirzə, nə əcəb səni 

Bakıya dartıb aparmırlar?  İtib getmisən e buralarda. 



MIRZƏ MÜXBIR -  

  Ee, neçə dəfə dalımca gəliblər. Ev, maşın 

söz veriblər. Özüm getməmişəm. Mən getsəm, bəs bu 

Meşəlinin dərdlərini kim yazar e? Kim çatdırar bizim 

problemlərimizi o başda oturanlara? 

V KƏNDLI -  

 Yaxşı, a Mirzə, bu qədər yazmısan, tənqid etmisən, 

bunun camaata bir xeyri olubmu? Nəyisə dəyişdirə 

bilmisənmi, yoluna qoya bilmisənmi? 



MIRZƏ MÜXBIR -  

  Xeyri olub deyəndə ki... Mirzə Sabir 

demişkən, mən şairəm, vəzifəm budur əşar yazım, əyrini 

əyri, düzü həmvar yazım... Mən müxbirəm, yazmalıyam. 

Yazdıxlarımı  düzəltmək başda oturannarın işidi, borcudu. 

 

 

 

 

 

40 


 

 

 



A kişilər, zaman gələcək, dünya dəyişəcək, (Yenə qəzetləri 

stola çırpır.) bütün bunnar isə tarixə çevriləcək. Heç olmasa, 

gələcək  nəsillər biləcək ki, biz nə zülmlər çəkmişik, onnarın 

yaşadıxları firavan həyat üçün biz nələr qurban vermişik. 

 

Alik stəkan-nəlbəki gətirir. 



 

VI KƏNDLI -  

 Vallah, düz diyir bu kişi. Tarixdi də bütün 

bunnarın hamısı. Genə sağ ol ki, yazıb qoyursan. Yoxsa 

gələcəkdə hardan biləcəklər ki, biz kim olmuşux, necə 

yaşamışıx? 

MIRZƏ MÜXBIR -  

  Bəs necə?  Bunu hamı başa düşmür e. Ağzı 

göyçəklər məni gözümçıxdıya salırlar ki, guya kəntdə bir 

toyuğun yumurtası tərs gəldi, qəzetə yazıb biabır eləyirəm 

onnarı. Eyibi yox, mən dözərəm, necə ki, Sabir dözmüşdü,  

Mirzə Cəlil dözmüşdü. Daa qanmirlar ki, tənqid olmasa 

inkişaf da olmaz. 

V KƏNDLI -  

 Qələt iliyirlər, başa düşən düşür, sən işində ol. De 

görək, hindi bizim üçün təzə yazdıxlarından nə oxuya 

bilirsən? Qoy bütün respublikadan əvvəl biz duyux düşək bu 

işdən. 

MIRZƏ MÜXBIR -  

 (Yenə narazılıqla başını bulayır.) Saqqızımı 

oğurladız da. Di yaxşı. Iki dənə təzə yazım var. Bomba kimi 

yazılardı. Hələ heç yerə göndərməmişəm. Onnarı oxuyaram 

sizin üçün. Amma... (Barmağını ağzına tutur.) Bir daş altda, 

bir daş üstə. Bildiz də. 



VI KƏNDLI - 

 A kişi, arxayın ol. Döşə gəlsin. 



MIRZƏ MÜXBIR -  

 (Qoltuğundan bir qalaq yazılı kağız çıxardır. 



Seçib əzik-üzük olmuş bir vərəqdən dəbdəbə ilə oxuyur.)  

Kəndimizin ilk fərariləri. (Səsini dəyişir.) Amma qorxuram, 

bu yazıdan sonra gedələri gəlib tutub aparalar, qarğış yiyəsi 

olum. 


VI KƏNDLI –

 Qorxma, ay Mirzə, hindi hər diyəndə adam 

tutmurlar, pulunu alıb buraxırlar. 

MIRZƏ MÜXBIR -  

  Oxuyum diyirsiz? 

 

Günnərin bir günü gördük ki, kəndimizə əli-qolu, başı-gözü 



sarıqlı, üstü qan ləkəli, ayağı gipsli, əli kastelli iki nəfər yaralı 

əsgər gəlir. Adə, bunnar kimlər olsa yaxşıdı – ambardar 

Fərzəlinin gombul oğlu Mustafa, molla Pirvəlinin nəvəsi arıx 

Abbasqulu. 



 

 

 

 

 

41 

 

 

Qonum-qonşular, tanış-bilişlər yığışdılar, ah-uflar, sorğu-



suallar başlandı: “Can balıalar, siz harda belə 

yaralanmısınız? İndi axı döyüş getmir.”  

Məlum oldu ki, yazıqlar  minaya düşübmüşlər, nə müddət 

imiş ki, qospitalda yatırmışlar. 

Kimsə dedi ki, axı bunnar əsgər gedən heç üç-dörd ay deyil, 

bunnarı nə tez cəbhə bölgəsinə aparıblar? Fərzəli, Pirvəli 

başdarını bulayarax cavab vrdi ki, çatan kimi yazıx uşaxları 

basıblar ön xəttə. 

Nə isə, iki-üç gün keçdi, bir də gördük ki, yaralı əsgərlərimiz 

sap-sağlam, qolu-qıçı salamat, kastelsiz-filansız, təzə 

qrajdanski paltarda, ciblərində məmmədəminlər lövbər 

qurublar dədəquş Mamedin oğlu zəqrəniş Alikin 

çayxanasında və gecə səhərə qədər kart oynayırlar. (Üzünü 

yana tutur.) Alik, oğlum, sənnik bir iş yoxdu ha 

burda.(Davam edir.) 

Şükürlər didik ki, yazıx balalarımız belə tezliklə sağalıblar. Və 

bir də əsil can dərmanı olan Meşəli kəndinin havasına, 

suyuna əhsən dedik. Doğrudan da,  möcüzədir, necə xəstə 

olur-olsun, bir-iki günə sağalır burda.  

Indi deyirlər ki, voenni doxturlar istiyirlər ən böyük 

qospitalları Meşəliyə köçürtsünlər. Uzun sözün qısası, 

kəndimizdə nəyə desən təsadüf etmək olardı, bircə fəraridən 

başqa. Daha nə dərdimiz, fərarimiz də var, özü də qoşa-

qoşa. 

VI KƏNDLI - 

 Bəh-bəh... Əla, əla!... 



V KƏNDLI - 

 Amma bir şey düz dölü ha, Mirzə. Son günnər daa o 

uşaxları bu çayçıda görən olmuyub. Nəsə heç küçədə də 

gözə dəymirlər. (Aralıdakı Alikə.) Heylə dölümü, Alik bala? 



ALIK  -  

  Hərbi hissədən bir leytenant gəlib diyirlər.  Uşaxların 

dalınca. Kopoyoğlu bazarımı pozub. Uşaxlar onun-bunun 

evində gizlənirlər. Bu it oğlu isə çıxıb getmək bilmir. 



VI KƏNDLI - 

 Hara gedir e?  Hər gün birinin evində qonaxdı. Gah 

ambardarın, gah mollanın, gah da qohum-qardaşlarının.  

Camaat yiməyə bir loxma tapmır, buna isə hər gün çolpa 

qızartması, tut arağı, əzgil arağı... Hara gedir daa?  Sərin 

yer, müftə yemək, hörmət-izzət... 



V KƏNDLI - 

 Qonaxdı da...  Bəsdi daa, çıx get demək olarmı? 



REPRODUKTOR –

 (Musiqi.) Quq-quuu... Danışır Meşəli 

radiosu. İdman xəbərlərini veririk.  

(Qadın səsi.) Bildiyiniz kimi, rayonda futbol birinciliyi 

keçirilir. Kəndimizin “Meşəli” komandası da bu çempionatda 



 

 

 

 

 

42 

 

 

 



uğurla iştirak edib, yarımfinala çıxıb. Lakin keçən gün 

yarımfinal oyununda iştirak etmədiyindən adına məğlubiyyət 

yazılıb, yarışdan çıxarılıb. Komanda oyuna getməyə yol pulu 

tapmayıb. Oyunçular payon mərkəzinə piyada getməyi qət 

etsələr də baş məşqçi Zərbəli Zərbəlizadə razılıq verməyib, 

bunu biabırçılıq hesab edib. “Onsuz da yorğun-yorğun 

oynaya bilməyəcəkdiniz, uduzacaqdınız” deyib. 

(Kişi səsi.) Daha bir idman xəbəri.  

Keçən gecə kəndimizin babat evlərindən birində kart üzrə 

kənd birinciliyi keçirilib. Oyunçular olimpiya üslubuna bənzər 

bir stildə oynayıblar, belə ki, uduzanlar, tükü tükənənlər 

oyunu tərk edib tamaşaçıya çevriliblər. Qalib səhərə yaxın 

müəyyənləşdirilib. Bu sizin hamınızın yaxşı tanıdığı, adını 

çəkməyə ehtiyac olmayan ev sahibidir. 

Turnirin birinci pilləsinə qalxmış çempion bütün iştirakçılar 

dağılandan sonra ölçüb görüb ki, qalib kürsüsünün 

hündürlüyü cəmi  beş məmməd paçkası boyda imiş. 

Çempionatın hər altı oyunçusu axırda şifahi saziş bağlayıb ki, 

bir az tüklənəndən sonra növbəti yarışa başlasınlar. Ümid 

var ki, bu dəfə birinci pillənin hündürlüyü bir az da yuxarı 

olacaq. Bəzi fərziyyələrə görə isə bəlkə əvvəlkindən də aşağı 

olacaq. (Musiqi davam edir.) 

V KƏNDLI - 

 Get-gedə hamıda pullar tükənir də. 



VI KƏNDLI – 

 Nə olardı, o çempiyon udduğu pullardan bir az 

verəydi fitbolçulara...  

V KƏNDLI - 

 Ay Mirzə, bu “Meşəli” qəzetinə niyə bir şey 

yazmırsan? Burdan- buradı. 

MIRZƏ MÜXBIR -  

  Yox, o dahilərin qəzetidi, radiosudu. 

Kənddə yasdı, onnar partapart musiqi verirlər. 

REPRODUKTOR –

 

 Bəzi kənd sakinləri bizə irad tuturlar ki, 

kənddə yas ola-ola niyə biz musiqi səsləndirməyi davam 

etdiririk. Onlara cavab olaraq bildiririk ki, saqqal Şabana 

hamıdan əvvəl biz başsağlığı vermişik, dərdinə şərik 

olmuşuq. Radiomuzda səslənən musiqilər, əgər fikir 

vermisinizsə, çox astadan səslənir, özü də həzin 

musiqilərdir. Bir də ki, ölənlə ölmək olmaz, həyat davam 

etməlidir. (Musiqi davam edir.) 

MIRZƏ MÜXBIR -  

  Bunlar nə tez eşitdilər mənim sözümü? 



V KƏNDLI –

  Hindicə özün demədinmi ki, dahidi onlar?   



MIRZƏ MÜXBIR -  

  Lap dahilərin dahilərimişlər. 



 

 

 

 

 

43 

 

 

VI KƏNDLI - 

Yaxşı, o ikinci yazı nə oldu bəs?   

MIRZƏ MÜXBIR -  

  Gecikirəm. Onu da oxuyub gedirəm. Daa 

vaxtımı almıyın ha. 

VI KƏNDLI - 

 Buyur, buyur. 



MIRZƏ MÜXBIR -  

 (Yenə cibindəki yazıların arasından qat 



kəsmiş, əzik-üzük olmuş bir vərəq çıxardıb oxuyur.)  

Pıça çıxdı... Yəqin ki, bu ifadə əvvəllər “puça çıxdı” şəklində 

olub, sonralar dialekt formasına düşüb. Fərqi nədir? Mənası 

ki dəyişməyib. Pıça çıxdı, yəni ki, puça çıxdı, boşa çıxdı. 

Bildiyiniz kimi, dilimizdə bu ifadə çox yerdə işlənir. Filankəsin 

işi pıça çıxdı, zəhməti pıça getdi. Bu mənanı verən “pıça 

qoz”, “pıça fındıq”, “pıça baş” bə sair bu kimi ifadələr də sizə 

yaxşı tabışdır. 

Bu günlərdə kəndimizdə qəribə bir hadisə baş verib. Bu 

hadisədən sonra az qala bu qəbildən olan təzə bir ifadə də 

yaranacaqdı. 

Məllim Bəhlulun toyunun səsi yəqin ki, hələ  çoxunun 

qulağındasdır, bu toyda içilmiş araqların dəmi bəlkə hələ də 

kiminsə başından getməyib. Bir sözlə, gözəl toy idi.  

Bəhlul özü də yaxşı uşaxdı. Yetim baladı. Anası nı zülmnən 

oxutdurub onu. Tələbə ikən kurslarından bir qıza vurulur. Qız 

qonşu kənddən, özü kimi kasıb bir ailədən idi. Beş il platonik 

bir sevgi olub aralarında. Iki il idi ki, hər ikisi gəlib öz 

kəndlərində işləyir, toya pul yığırdılar. 

Nəhayət o xoşbəxt gün gəlib çatır. Kənd camaatı yığışıb 

layiqli bir toy edirlər cavanlara. Özü də bu toy kəndimizin 

digər toylarından fərqli olaraq dava-dalaşsız keçmişdi, işıqlar 

da sönməmişdi heç. Doyunca çalmışdılar, oynamışdılar. 

Amma kaş bu toyda da işıqlar sönəydi, dava düşəydi, başlar 

yarılaydı, polisə düşənlər olaydı, göygöz Veysəl şirvanlar 

qopardaydı dalaşanlardan, təki... təki bu biabırçılıq 

olmayaydı. 

Yəqin ki, bildiniz hansı simə toxunmaq istəyirəm. Bəli, toyun 

səhəri günü, alaqaranlıqdan məllim Bəhlulun evindən iki 

qadın xeylağı çıxıb başıaşağı halda, dinməz-söylməz, görüb-

iliyən olmasın diyə ara yolla, payi-piyada, tələsə-tələsə 

yeddi-səkkiz kilometrdəki qonşu Cökələr kəndinə üz tutdu. 

Yəqin ki, bu qadın xeylaqlarının da kim olduğunu bildiniz. 

Bəli, biri yetim Bəhlul balanın başıbəlalı gəlini, biri də onun 

yengəsi... 

Heç demə, gəlinin də pıça çıxanı olurmuş. Diyirdilər, 

keçmişlərdə hərdənbir belə şeylərə təsadüf edilirmiş. 

 

 

 

 

 

44 


 

 

 



Amma şəxsən biz öz yaşımızda belə hadisə görməmişik, 

eşitməmişik. 

Burda incə bir mətləb var: pıça çıxan, pıça çıxası gəlin  bəlkə 

də keçmişdəkindən indi daha çoxdur, amma... hə, özünüz 

bilirsiniz də, belə şeyləri necə ört-basdır iliyirlər, pıça qozu 

müştəriyə necə sırıyırlar. Məllim Bəhlul  görünür  bu zəmanə 

müştərilərindən deyilmiş. Heç yengəyə də acıqlı bir söz 

demiyib. (Kəndin cavannarı diyirmişlər ki, oh, o yengə 

keçəydi bizim əlimizə həmin gecə.) Gəlinəsə diyib ki, bu 

gecə mənim qonağımsan, səhər o başdan üzüsulu sivişib 

gedirsən bu evdən. 

Gəlin yazıx, diyilənə görə, xeyli göz yaşı töküb, özünün heç 

bir günahı olmadığını söylüyüb. Heç dimə, institutda 

oxuyarkən imtahandan kəsilibmiş. Xeyli pul istiyiblərmiş 

kasıb, çarəsiz qızdan. Pulu da olmayıb. Axırda məllim diyib 

ki, yaxşı, axşamlar gəl bizə, özüm hazırlaşdıraram səni 

imtahana. Və görünür, yaxşı hazırlaşdırıbmış... 

Bu hazırlıq məşğələləri sonrakı kurslarda da beləcə davam 

edib, etməyib – bu barədə danışıq getməyib. 

Uzun sözün qısası, beş illik, daha doğrusu, yeddi  illik 

məhəbbət həyəcanları, böyük ümidlər, xəyallar, əziyyətlər, 

xərclər, sevinclər, arzular, niyyətlər, bir sözlə, gözəl, sakit, 

dava-dalaşsız bir toy, bir yetim balanın toyu pıça çıxdı. 

Düzünə  qalsa, bu yazıya elə “Pıça gəlin”, yaxud “Pıça toy” 

başlığı vermək istəyirdik, sonra ehtiyat etdik. Yeni ifadələrlə 

dili zənginlkəşdirmək yaxşı işdir, amma dilimizdə belə ifadə 

yaranmaması daha yaxşıdır. Pıça qoza, pıça fındığa dözmək 

olar, pıça toya dözmək isə, vallah, çox çətin işdi. Məllim 

Bəhlulun  vəziyyətini təsəvvür edin. (Kəndin bəzi cavannarı 

məllimin dalınca danışırmış ki, lap əfəlin biriymiş ki məllim, 

pıça da olsa bir həftə keyfini  çəkəydi də.)  

Nə isə, Allah heç kimə pıça toy qismət etməsin. Və dilimizdə 

də qoy belə ifadə yaranmasın.  

Mirzə Müxbir, 1995, yay, Meşəli kəndi. 

Hə, necədi? 

 

Bir müddət susurlar. 



 

V KƏNDLI -

  Ay Mirzə, bu lap kədərli yazı oldu ki. 



VI KƏNDLI -  

Bəs niyə göndərmirsən onu bir yerə? Kağız əzim-

əzim olub axı.     

 

 



 

 

 

 

45 

 

 

MIRZƏ MÜXBIR -  



 

 Paket almağa pulum yoxdu hələ. Marka, 

paket tapan kimi göndərəcəyəm. Bu düz yüzüncü yazım 

olacaq mətbuaatda. (Ayağa qalxır.) Daa mən qaçdım. 



V KƏNDLI -  

 A kişi,  bir dayan görək. Oxuduqların məlum şeylər 

idi. Bir-iki sveji xəbər də denən, sonra get. Biz də qalxırıx. 

Burda oturub qalası dölük ki. 



MIRZƏ MÜXBIR -  

  (Başını bulaya-bulaya geri qayıdır.) İkicə 

xəbər, cəmi  ikicə xəbər deyəcəm, qısaca. (Stulun 

küncündən oturub başını aşağı əyir, yarımpıçıltı ilə.)  

Dünən gecə çoban Mürsəlin oğlu mantiyor İsa mırıx Şirəlinin 

qızını qaçırdıb. Cavannar əlində üç il olurdu ki, nişannıydılar, 

amma toylarını edə bilmirdilər. Mırıx olan-olmazını satıb 

arvadını qoduxluqdan qurtarmaqdan ötrü Fıstığa  verdiyinə 

görə qız fikirləşib ki, belə getsə daha bir üç il də evdə 

qalmalı olacaq. Ona görə də gedəyə qoşulub qaçıb. Qonşular 

eşidib ki, guya Şirəli acıqlanıb deyirmiş, dünya dağılsa da 

barışıq qoymayacam, gedəni də tutdurub dama basdıracam. 

Bəziləri də söyləyir ki, guya Şirəli özü qudasına diyib, a kişi, 

qızı el qaydasınca apara bilmirsiniz, mən də köçürdə 

bilmirəm, heç olmasa belə bir iş iliyün, daa nə qədər mən 

sizin adamınıza çörək verim. 

VI KƏNDLI -

  Hə, bax bu oldu sveji xəbər. Bəs ikincisi nədi? 



MIRZƏ MÜXBIR -  

  Şəhid Cəfərin baş daşından ötrü yığılmış 

pulları cavannar arağa-konyaka veriblər. Dünən rayonda 

yiyib-içiblər, bu gün də burda davam etdirəsidilər. (Ayağa 



qalxır, Alikə.) Alik, hazırlaş, yaxşı müştərilərin olacaq bir 

azdan.  (Gedir.) 



QARPIZ SATAN ARVAD - 

 (Yenə kiməsə qarpız satır, 

müştərisini yola salıb bərkdən səslənir.) Qarpız! Qarpız! Bal 

kimi şirin qarpız! Özü də ucuz. Biri bir nizamıya. Yumurtaya 

da dəyişirəm, çolpaya da, buğdaya da. Ay müştəri, gəl bəri! 

Gəl mala, qalma dala! 



V KƏNDLI -  

 Köpək qızı nisyə versəydi, bir-iki qarpız apararrdıx 

uşaxlara. 

VI KƏNDLI  

- Görmürsən, vermir də. Qalx gedək. Şabangilə 

dəyək bir. Qəbir qazmağa genə adam tapmırlar yəqin ki. 

 

Qalxıb yavaş-yavaş uzaqlaşırlar. 

 

 

 

 

 

 

 

 

46 


 

 

 



REPRODUKTOR –

 

 (Musiqi.)  Quq-quuu... “Meşəli “qəzetinin bu 

günki sayında getmiş yazılardan sətirlər. 

(Qadın səsi.) Çaqqal Mirzəlinin iti murdar olub. Deyilənə 

görə, o yekə, zırpı köpəyi Mirzəlinin şəhərdə yaşayan ögey 

qızı Huraman xanım kəndə qonaq gələn gecəsi itlər boğub. 

Ağır itkidi. Amma maraqlıdı, görəsən kəndin itləri nə üçün 

boğub bu kişinin itini? 

(Kişi səsi.)  Keçən gecə itsiz qalmış çaqqal Mirzəlinin 

həyətinə çaqqal gəlib. Kimsə də deyir ki, guya iki ayaqlı 

çaqqal olub. Həyəti, evin həndəvərini dolaşıb çıxıb gedəndə 

gölməçə başında qaqqıldayaraq haray qoparan iki qazı tutub 

aparıb. Allah əvəzini versin. Bu köpəyoğlunun çaqqalı 

görəsən başqalarını qoyub niyə gedib özününkinə sataşıb? 



(Musiqi.) 

QARPIZ SATAN ARVAD - 

 (Alikə yaxınlaşır.) Sən bu qarpızlara 

bir göz ol, mən bir o üzə keçib gəlirəm. 



 

Alik başını yırğalayır. 

Arvad gedir. Alik  də içəri keçir. Həmin andaca iki uşaq əyilə-əyilə gəlib 

hərəsi bir qarpız götürüb qaçır. 

 

Səhnəcikdə bir neçə nəfər görünür. Huraman da onların arasındadır. 

Ancambl məşqə hazırlaşır. 

 

REPRODUKTOR –

 (Musqi davam edir.)  Quq-quuu... Kim kolxoz 

sədri olmaq istəyir? Bir az əvvəl səsləndirdiyimiz elanı təkrar 

edirik.  Zırpı Hətəm istefa ərizəsi yazıb. Lakin rayon 

rəhbərləri hələ ki, onun istefasını qəbul etməyiblər. “Yerinə 

bir adam tap, sonra baxarıq” deyiblər. Bu axşam yay 

səhnəsində kəndin ümumi iclası olacaq. Rayondan hətta 

Görüşov cənabları özü sizin görüşünüzə təşrif  buyuracaq. 

Zırpının ərizəsi müzakirə ediləcək. Hamının iştirakı vacibdir.   

 

 

Musiqi davam edir. 

Yenə motosklet səsi. Bir kişi haraylayır: “Mis alıram! Alminum alıram! 

Kimdə varsa gətirsin! Yaxşı pul vericəm!..” 

Haralardasa yenə qıllı Qulamın eşşəyi anqırır. 

 

 

 

 

 

 

 

 

A N T R A K T  


 

 

 



 

 

 



 

 

 

 

İ K İ N C İ    H İ S S Ə 

 

Axşam tərəfidir. 

Radioda ritmik estrada mahnısı səslənir. 

Səhnəcikdə kənd ansamblı məşq edir. 

Ipdən beş-altı ədəd kiçik mis qazançalar asılıb. Balaca bir oğlan çubuqla 

onları döyəcləyərək tritm tutur. Çoban Mürsəl tütək çalır. Gözündə qara 

eynək təkəbbürlü bir oğlan sintezator arxasında oturub. Ekstravaqant 

geymli, qara eynəkli Huraman əlində mikrafon oxuyur. 

 

Çayxanada üç nəfər yarımsərxoş oğlan oturub qəlyanaltı ilə konyak içir. 

Oğlanlardan biri Huramanın oxuduğu mahnıya rəqs edir. Biri üzünü 

səhnəciyə tutub əl çalır. Digəri bütün diqqətilə əlində tutduğu kiçik foto 

şəklə baxmaqdadır. 

 

Aralı stolun arxasında bir neçə nəfər oturub domino oynayır. 

Qarpız satan arvad qatlama çarpayısında uzanıb dincəlmək istəyir, 

görünür musiqi ona mane olur, qulağına pambıq tıxayırsa da rahatlana 

bilmir. 

Iki balaca qız ona yaxınlaşır. Qızlıardan biri onu söhbətə tutur, digər qız 

fürsətdən istifadə edib qarpızlardan birini götürüb qaçır. 

 

Yazıçı divar qəzetinin önündə görünür. Qəzeti gözdən keçirdir. 

 

Musiqiçilər məşqi saxlayıb öz aralarında nə barədəsə danışırlar. 

Yarımsərxoş oğlanlar konyak içirlər. Domino oynayanlar oyunlarına 

davam edirlər. 

 

YAZIÇI -

  İstidən kölgəlikdə gizlənmiş quşlar sərin düşəndən 

sonra bir-bir üzə çıxdıqları kimi axşam enincə kənd sakinləri 

də adətləri üzrə yavaş-yavaş meydanda görünürlər.  

“Tamaşaçıxardanlar və  konsertverənlər” məşqlərinə 

başlayır, yeyib-içənlər, domino, loto oynayanlar stol 

arxasında yerlərini tuturlar. Bu axşam meydanda 

həmişəkindən də çox adam olacağı gözlənilir. Hamı 

rayondan təşrif gətirəcək yoldaş Görüşovun görüşünə 

gəlmək istəyir. 

 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin