MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ



Yüklə 0.72 Mb.
PDF просмотр
səhifə7/9
tarix29.11.2016
ölçüsü0.72 Mb.
1   2   3   4   5   6   7   8   9

 

 

 

 

 

57 

 

 

 



 

qaranlığa alışacaq. Unutmayaq ki, bütün qaranlıqların sonu – 

işıqdır. Bir qədər dözmək lazımdı qaranlığa. Meşəli oyanıb. 

Indi o özünün sübh çağını yaşayır. Görmürsənmi, divar 

qəzetləri, radio, hayd-park səhnəsi... 

JURNALIST -  

  Allah gözəl səs də verib sizə deyəsən. 



HURAMAN -  

  Yox, Allah verməyib, bəlkə də bu meşələr, talalar 

verib o səsi mənə. Uşaq vaxtımda bu yerləri tənha-tənha 

dolaşanda o qədər qəmli mahnılar oxumuşam ki. 



JURNALIST -  

  Yuxu yozmaq qabiliyyətiniz də var həm də. 

Kişilər üçün işlədiyiniz “Yuxu yozumları” kitabçası əlyazma 

şəklində olsa da bizə də çatıb. Yeri gəlmişkən, onları ciddi 

qəbul etmək olarmı? Yoxsa bunlar bir zarafatdır? Yazırsınız 

ki, əgər kişi yuxuda qadın görərsə... 



HURAMAN -  

 (Gülümsəyir.) Ac toyuq yuxusunda darı görər də. 



JURNALIST -  

  Əgər yuxunu görən kişi üzüaşağı yatıbsa... 



HURAMAN -  

  Üzüaşağı yatıbsa – heç... üzü yuxarıdırsa, deməli, 

qarşıda onu hələ bir qadınla görüş gözləyir. Subaylar bu 

görüşdən ötrü canfəşanlıq etməlidilər, yoxsa qadını ancaq 

yuxularında görəcəklər. 

JURNALIST -  

  Məsələn, rahibə... 



HURAMAN -  

  Deməli, arvadınız öləcək, lakin bundan o qədər də 

sevinməyin, çünki ömrünüzün axırınacan subay qalacaqsınız. 

JURNALIST -  

  Fahişə... 



HURAMAN -  

  Fahişə elə fahişədir də...Ondan qaçmaq çətindir. 

Yuxunuza gəlibsə, mütləq həyatda da qarşınıza çıxacaqdır. 

Yaxın günlərdə rastlaşmasanız sonrakı günlərə ümid 

etməyin. Çünki onlar sözlərində sədaqətli olmurlar. Allah 

bilir, kiminsə yuxusuna, bağışlayın, yatağına giriblər deməli. 



 

Gülüşürlər. 

 

JURNALIST -  

  Deyirsiz, yəni bunlara inanmaq olar? 



HURAMAN -  

  Özünüz bilin. Istiyirsiz inanın, istəmirsiz 

inanmıyın. Yoxlaya da bilərsiniz. Hər halda Huraman yalan 

danışmaz. 



JURNALIST -  

  Sizin həyat yolunuz digər qızlara, qadınlara 

nümunə ola bilərmi? 

 

 



 

 

 

 

 

58 

 

 

 



HURAMAN -  

  Allah eləməsin, necə deyərlər, kəndin dəlisi  bir 

olar. Heç vaxt istəməzdim ki, Meşəlidə ikinci bir Huraman da 

peyda olsun. Amma əgər hardasa mənim kimi biri yaşayırsa, 

bunun o kəndə nə ziyanı? Bizlər yalnız onu istəyirik ki, 

qızlarımız heç olmasa bir balaca cəsarətə gəlsinlər, 

dövrələrindəki səddləri azacıq da varsa aşa bilsinlər. 

Mən heç, mən çox qorxunc yolla gedirəm. Bu yolu heç kimə 

arzulamıram. Ancaq inanıram ki, dünya belə qalmayacaq, 

elə bir zaman gələcək ki, mənim gördüyüm bütün işlər adi 

bir iş sayılacaq. Gələcək nəsillər daha böyük qəfəsləri 

yıxacaqlar. 



JURNALIST -  

  Huraman xanım, sonuncu sual,  necə oldu ki, 

özünüzə belə bir, necə deyərlər, həyat qurban tələb edən 

ağır yol seçdiniz? 



HURAMAN -  

  Yox, bunu mən özüm seçmədim. Bəlkə də bir alın 

yazısı, tale qismətidir bu. Lakin ən əsası... keçib gəldiyim 

həyat yolunun nəticəsidir bütün bunlar. Axı siz bilməmiş 

deyilsiniz, mənim çox qəribə ömür tarixçəm olub... Nə isə, 

keçmişlərə baş vurmayaq, hönkür-hönkür ağlaya bilərəm. 



(Bir balaca doluxsunur.) Mənə  ağıllı təkliflər edənlər də olur. 

Istəsəm, günü sabah babat bir dayının oğluna ərə gedib 

hamı kimi yaşaya bilərəm. Ancaq o zaman...  kəndimizin 

mənim kimi dəlisi olmszdı axı... 



JURNALIST -  

  Huramansız Meşəlinin nə gözəlliyi, eləmi? 

 

Huraman başını yırğalayır, çantasından siqaret çıxardıb yandırır. 

 

JURNALIST -  

  Çox sağ olun, Huraman xanım. Sizə bu çətin və 

başqaları tərəfindən anlaşılmayan yolda uğurlar diləyirəm. 

(Ayağa qalxır.) Camaat yığışır daha. Görüşov cənabları da 

gəlib çıxacaq indilər. Görək nə danışacaqlar bu iclasda? 



 

Huraman da ayağa qalxır. 

 

 

 

 

 

 

İYİRMİ DÖRDÜNCÜ FRAQMENT 

 

Radioda şux bir melodiya. 

Meydanda kəndlilər çoxalır. Gəzişənlər var. Iki-bir, üç-bir dayanıb söhbət 

edənlər var. Bəziləri də oturub çay içir, domino oynayır. 

 

Bir neçə nəfər qarpız satan Arvadın başına yığışıb. Alver gedir. Aralıda 

oturub qarpız yeyənlər də var. 

 

 

 

 

 

59 

 

 

Səmə geroy “maşınını sürə-sürə” adamların arasında dolaşır. Bir dəstə 



uşaq onun ardınca qaçışır. 

 

Bir neçə nəfər səhnəciyə stol-stul qoyur. 

 

Qaranlıq düşdüyündən əvvəlcə çayxananın həyətindəki ağaclardan 

asılmış lampalar, sonra isə səhnənin üstündəki lampalar bir-bir işıqlanır. 

 

REPRODUKTOR –

    Quq-qu... Danışır Meşəli radiosu. Aldığımız 

son məlumata görə, məsul yoldaş Görüşov artıq Palantökən 

aşırımını aşıb kəndimizə tərəf gəlməkdədir. Yoldakı çalalar 

mane olmasa, on-on beş dəqiqəyə burdadır. Yoldaş 

Görüşovu qarşılamaq üçün zırpı Hətəm öz əsabələrilə 

Arababatan çayının körpüsündə gözləyir. Zırpı Hətəm bu 

məsul yoldaşın qarşısına keçmişlərdə olduğu kimi əli gül-

çiçəkli bir dəstə qız çıxartmaq istəyib, lakin qızlar artıq 

bunun köhnəlik əlaməti olduğunu bildirərək imtina etmişlər. 



(Musiqi davam edir.) 

HƏSƏNQULU KIŞI  

 (Səhnəcik önünə gəlir.) Ay camaat, 

fürsətdən istifadə iliyib qonaq gəlib çıxanacan sizdərə bir 

məlumat vermək istəyirəm. Yəqin ki, eşidənlər var, 

respublikamızın prezdentinə məktub yazmışam, daha 

doğrusu, nəvəmə yazdırmışam. Bilirsiniz ki, mənim savadım 

yoxdu. Digər nəvəmə də oxutdurmuşam. Uşax sağ olsun, 

ağzımdan necə çıxıb heylə də yazıb. Kəndin tamaşa 

çıxardanları saqqızımı oğurruyub həmin məktubun əsas 

yerlərini özdərinin diliynən disək, səhnələşdiriblər. Hindi 

istiyirəm, o məktubnan siz də tanış olasız. Məktubu hələ 

göndərməmişəm. Bəlkəm diyirəm, daa nəsə artırmax 

lazımdı. Hər halda prezdent balaca adam dölü, hər şeyi ona 

yazmax da düz dölü. Hə, nə diyirsiz? 



YERDƏN SƏSLƏR -  

 Buyur, buyur, Həsənqulu kişi. Çox sağ ol 

ki, dərdimizi heç olmasa kiməsə yazmısan. 

-  Bu həsənsoxduda nə məktub, a kişilər? 

-  Ə, sən otur yerində. Yəqin səə xeyir iləmir. 

-  Ə, bir dayanın da görək, nə yazıb o kişi! 

-  Başdıyın, başdıyın, onsuz do oturmuşuz da. 

I AKTYOR -  

 (Tribunaya gəlir. Həsənqulu kişi kim i gözünə 



eynək taxıb. Zərfdən bir neçə vərəq çıxardıb eynilə onun 

danışıq ədası ilə oxuyur.) Hörmətdi prezdent, mənim 

yetmişdən artıx yaşım var. Bu dünyada bir çox maraxlı 

hadisələrin şahidi olmuşam. Son günlər kəndimizdə baş 

vermiş qəribə əhvalatları isə olan ömrümdə görməmişəm. 



 

 

 

 

 

60 

 

 

 



Bilirəm, vaxtınız çox dardı, lakin genə də sizdən təvəqqe 

iliyirəm ki,  arada imkan tapıb bu məktubu axıracan 

oxuyasınız. Bunu elə-belə, sizə də maraxlı gəlsin diyə 

yazdırmamışam, sözümün canı var. 

Bu günnərdə gördük ki,  bu skorı maşınnarına oxşuyan bir 

xarici maşın gəlib gimgədə dayandı. Alçaxboy, yoğunboyun, 

iri qarınnı, əynində təzə qəsdum, ağ köynək və boynunda da 

qırmızı kalstux bir kişi maşından düşüb bizə yaxınnaşdı, 

ədəb-ərkannan salam verdi, hamıynan əl tutub görüçdü. O 

adam kim idi, nəçiydi, bilmirdik.  



II AKTYOR -  

 (Səhnəyə gəlir.) Narahat olmuyun, ay camaat, 

hindi tanış olarıx. Mən rayonumuzun imkannı 

piznesmeniyəm. Mən bilirəm ki,  hindi hamının güzəranı 

ağırdı. Odur ki, sizin kəndi isponsurluğa götürmüşəm. Lap 

açığı, istiyirəm ki, siznən bazar qiymətdərinnən xeyli aşağı 

alış-veriş iliyim. Bax, görürsüz bu maşını? Onda nə istəsəniz 

tapa bilərsiniz. Içində də ağ xalatdı satıcısı. Qiymətdər də 

bazardan çox-çox aşağı.  Məsələn, bazrda qəndin kilosunu 

beş-altı məmmədə verirlər, mən sizə üç məmməd bir 

nizamıya vericəm. Pesox, özünüz bilirsiniz ki, bazrda dörd 

məmmədədir. Amba mən iki məmməd bir nizamıya verirəm. 

Qaloş bazarda üç şirvanadı, bırda iki şirvana. Özü də bu İran 

buraxan taxta qaloşlardan dölü ha, əsil Urusiyyət qaloşudu... 

Soora, pılıız yoxdu, eyib etməz, yerinə qoz verin, fındıx 

verin, nə bilim, şor verin, yumırta verin. 



III AKTYOR -  

 (Səhnəyə gəlir.)  Ay piznesmen məllim, vallah, 

disəm, inanmayacaxsız, bu il quraxlıx oldu, meyvə də yoxdu, 

mallar da sağılmır, toyuxlar da yem dərdinnən yumurttamır. 



II AKTYOR -  

 Eyib etməz, mən nisyə də verə bilərəm. Hələ onu 

da diyim ki,  ayın axırında  verdiiz pulun əlli faizini də  

özünüzə qaytaracam. Amba iki şərtim var. Birincisi, gərək bu 

barədə heç yanda danışmayasız, yoxsa kənar kəntdərdən  

gəlib məndən ucuz alıb aparıb bazarda baha satacaqlar. 

Yaxud kimsə digər yerdə yaşayan qohumnarına da burdan 

ucuz mal alacax.  Ikincisi, belə qatışıxlıx düşməsin diyə 

gərək siz paspırtdarızı məə verəsiz, mən sizin addarızı qeyd 

iliyim. Mən bu malları ancax sizin üçün gətirmişəm. (Çəkilir.) 



I AKTYOR -  

 Hə, beləcə hər gün kişi gəldi kəndimizə, başdadı 

həqqətən ucuz qiymətdərə mal satmağa. Hələ orası da az 

qala yadımnan çıxacaxdı, sözümüzü eşidib kişi gələn dəfə 

vallah kəndə şor da gətirdi, yumırta da gətirdi. 



 

 

 

 

 

 

61 

 

 

Çaş-baş olub qaldıx. Didik, diyəsən dünya düzəlir, bizim də 



qayğımızı çəkən tapılıb. 

Hörmətdi prezdent, sən Allah, bir az səbir elə, gör hələ 

sonura nələr olub. 

Ertəsi gün gimgədə dayanıb genə avtodükanı gözdüyürdük, 

bir də gördük ki, bir ağ otuz bir gəldi dayandı qabağımızda, 

dolu bədən, salidni geyimni, kalstuxlu başqa bir kişi düşdü 

maşınnan, bu da ədəb-ərkanan salam verdi, hamıynan əl 

verib görüşdü. Amma bu adamı tanıdıx. O, əslən bizim 

kəntdəndi, neçə illərdi ki, Bakıda alm işdiyir, brafissurdu. 

Amma e, çoxdan kəndə gəlib iləmirdi. Axırıncı dəfə heç 

bilirsiz onu haçan görmüşdük? Hə, onda, hələ Brejnev sağ 

idi, yağ qıtdıöı olmuşdu haa, bax onda tez-tez gəlirdi kəndə, 

hər dəfə də beş-on qarubka slivişni yağ gətirirdi, verirdi 

kəntdə yaşıyan əmisi oğluna, o da kilosunu satırdı yeddi 

manıt  əlli köpüyə. 

IV AKTYOR - 

 (Səhnəyə gəlir.) Ay camaat, nə çaş-baş olub 

qalmısız, mən də bu kəntdən deyiləmmi? Professor  

Qulamovsoygilzadəliyevskini nə tez unutdunuz? 



III AKTYOR - 

 (Ona yaxınlaşır.) Hə, brafissur Qulamov? (Əl 



verib görüşür.) Xoş gəlmisiz, xoş gəlmisiz. Sizdən nə əcəb 

bizdəri yad iləmisiz? 



IV AKTYOR - 

 Brafissur Qulamov yox, professor, elmlər doktoru, 

dosent Qulamovsoygilzadəliyevski. Keçmişdəkilər keçmişdə 

qaldı. Hərü, hindi hamı özünün soy kökünə qayıdır. Mən də 

gəldim sizləri görməyə. Nöşün ki, mən də bu kənddənəm,  

sizlərdən biriyəm. Nə olsun ki, Bakıda oluram. Düzdü, 

mənnən bir az inciksiz, ona görə ki, Bakıya oxumağa gələn, 

işləməyə, alverə gələn  kəndçilərimə hörmət eliyə 

bilməmişəm. Inanın ki, imkanım olmayıb.  Hərü, göz açmağa 

qoymurlar.  Hindi Allaha şükür, zəmanə dəyişib. Imkanlarım 

da çoxalıb. Gəlmişəm ki, pasportlarınızı yığıb sizi siyahı 

eləyim. Kim oxumax istiyirsə, bütün vuzların qapılarını 

açacam onların üzünə. Lap özəl universitet olsun, pulunu 

özüm verəcəm. Neçə min dollar olsa da. Qalmağa yeri 

olmayanlara otellərdə öz pulumnan nömrə alacam, evimdə 

yerləşdirəcəm, təki oxuyub adam olsunlar. Kim harda 

işləmək istəsə, iş tapacam. Prezident aparatında da admım 

var, lap o ministirlər qabinetində də. Hələ milli məclisdə də. 

Təki siz südlü inəy olun, hərü.  (Çəkilir.) 

 

 



 

 

 

 

 

 

62 

 

 

 



I AKTYOR -

  Ertəsi günü genə gimgədə dayanmışdıx. Genə bir 

maşın gəldi. Əli sumkalı, gözü oçkili bir kişi düşdü qaz iyirmi 

dörtdən. 



V AKTYOR -

   Salam, camaat! Mən həkiməm, mal həkimi yox ha, 

adam həkimi. Sizin kəndi şefliyə götürmüşəm. 

Pasportdarınızı verin, sizi qeydə alım. Hamınızı tibbi 

yoxlamadan keçirdəcəm. Hindi dərman bahadı, həkim xərci 

də çoxdu diyə əksər adamlar ölümcül xəstə olsalar da 

doxdura gedə bilmir. Belə getsə, bir çox nəsillərin kökü 

kəsilə bilər. Mən kimdə nə azar varsa aşkar iliyicəm. Və 

həmin adamı pulsuz-parasız öz dərmanlarımla sağaldacam. 

(Çəkilir.) 

I AKTYOR - 

 İki gündə məlum oldu ki, kənd camaatının yarıdan 

çoxu  naxoşmuş. Və hər birində də bir neçə löyüm xəstəlik 

varmış. Təkcə 95 yaşlı Xeyransa qarının canında heç demə 

9,5 löyüm azar varmış. Sağ olsun o kişi, yeşik-yeşik dava-

dərman gətirdi, cürbəcür otdar gətirdi və başdadı həqiqətən 

də onnarı pulsuz camaata paylamağa. Vallah, şəfa tapannar 

da oldu, xəstəliyi bir az babatdaşnnar da. Yalnız Xeyransa 

qarı... bir dənə kinə udan kimi o dünyalıq oldu. Doxdur didi 

ki, bu kinəlik dölü, qarının fərzinin tamam olmasıynan kinə 

udması  eyni günə düşüb, bu bir təsadüfdü. Buna 

baxmayarax, doxtur qarının yasını da öz hesabına ötürdü, 

üçgünnüyün ertəsi günü, vallah,  kişi elə bir şves buğası 

kəsib xeyrat verdi ki, yalan olmasın,  çoxdan ət yimiyən 

camaat iki günə yeyib qurtara bilmədi o buğanı.  

Sonura bir kişi də gəldi. 

VI  AKTYOR -  

Salam-məlöyküm. Mən injinerəm. Yollarınız çox 

bərbaddı, onu düzəldicəm. Arababatan çayının üstündəki 

körpünü təzəliyicəm. Cavannara istadiyon tikdirəcəm. Təzə 

fitbol qamandası yaradacam. Pasportdarınızı verin, sizi uçota 

götürüm. (Çəkilir.) 



I AKTYOR -

  Bir gün də gözəl-göyçək, incə-mincə bir xanım da 

gəlib çıxdı. 

VII AKTYOR -

  Salam. Mən də mədəniyyət işçisiyəm. Sizin 

kəndin mədəni səviyyəsini qaldırmağa söz vermişəm. 

Kənddə video salon tikdirəcəm. Yekə bir Qrosnu antena 

gətirib qoyacam kəndin ortasına, qoy dünyanın bir çox 

kanalları gəlsin öyünüzə. Nə? Televizorlarınız xarabdı? Pul  

dərdindən  düzəltdirə bilmirsiniz? Eyibi yox, usta gətirərəm, 

bir-bir öyləri gəzib sınıx televizorları öz hesabıma  



63 

 

 

düzəltdirərəm. Qlubunuzu da remont elətdiricəm. Qocaların, 



qarıların xorunu düzəldicəm. Konsertdər verərsiz burda. Hər 

həftə Bakıdan bura məşhur artistləri gətirtdirəcəm. Lap elə 

Zeynəbin özünü də, Arif Quliyevi, Şou Əlini də. Türkiyədən 

hətta Sezən Ağsunu da gətirtdirəcəm. Bir sözlə, qısa 

müddətdə kəndin mədəni həyatı  şəhər səviyyəsinə 

qalxacaq. Nə? Acqarına nə mədəni səviyyə? Arxayın olun, 

qarnınız da doyacax. Söz verirəm. Təkcə siz pasportdarınızı 

mənə verin. (Çəkilir.) 



I AKTYOR -

  

Vallah, hörmətdi prezdent, çaşıb qalmışıx. 



Diyirik , daa diyəsən müharibə də qurtarıb, qaçqınnarımız da 

qayıdırlar  öz yuvalarına, dünya da başdıyır əvvəlkinnən 

yaxşı olmağa. 

Elə bu zaman məsələnin üstü açılır. Onsuz da bu paspırt 

söhbətindən mən nəsə şübhəyə düşmüşdüm. Sən dimə, 

kəndimizə gələn bu qonaxların hamısı diputat olmax 

istiyirmiş. Hindi diyirlər ax, milli məclisə seçkilər 

başdıyıb.keçmişdə belə şeylər görməmişdik. Bizi heç itirib 

axtaran olmazdı. Hindi diputatdarın özdəri öz ayaxlaıynan 

gəlir yanımıza. Hamısı başdıyır kəndin,  camaatın işdərinə 

yarımağa ki, istədikləri imzanı topluya bilsinlər, biz onnara 

səs verək. Doorudu, onnarın didiknərinin hamısı  düz olmasa 

da, həyata keçənnəri də var. Vallah, xeyli faydalı işdər dı baş 

verib. 


Möhtərəm prezdent, bu məktubu yazmaxda sizdən 

təvəqqəm odu ki, bu diputat sekilərini tez-tez salasınız, beş 

ildən bir yox, beş-altı aydan bir. Bəlkə bizdəri də beləcə tez-

tez yad iliyən, bizdərə də bir balaca köməy əli uzadan tapıla. 

Vəssalam, şüttamam. 

Hörmətnən: Həsənqulu kişi, Meşəli kəndi, 1995. 



 

Kimlərsə əl çalır. 

Fit çalanlar da var. 

 

YERDƏN SƏSLƏR -

  Əladı, əla! Elə-belə də göndər getsin. 

-  Qəşəng! Sağ ol səni, Həsənqulu kişi. 

-  Bu nədi ə? Kəndimizi biabır iliyib. 

-  Sənə sərf iləmədi diyəsən. Hamısını düppədüz yazıb ki 

-  O kişini tutub dama salanda diyicəm, düz idi, yalan idi. 

Gəlib bizdərə hörmət iliyirlər, biz də bu hörmətdərini 

başlarına çaxırıx. Daa kim üz tutar bu tərəflərə? 



 

 

 

 

 

64 

 

 

 



-  Belə hörmət bizə lazım dölü. Bu hörmət yox, rüşvətdir. 

Uşax aldadan kimi aldadıblar bizdəri. Hələ çox şeyi 

yazmayıb, mənnən olsa, hələ bir az artırmax lazımdı. 

 

 

 

 

 

 

                                    İYİRMİ ALTINCI FRAQMENT 

 

MOLLA PİRVƏLİ -   

(Yerindən qalxır.) Ay camaat, ay camaat, 

bir hour  sakit olun. Mənim də bir sözüm var. Orda heç 

məscid məsələsinə toxunulmuyub. Məscid heç bir diputatın 

yadına düşmüyüb. Yenə sağ olsunnar Ərəbistandakə varlı-

karlı qardaşlarımız.                           

YERDƏN SƏS -

  (Gizli bir istehza ilə.) Ay molla, hörmətdi 

ruhanisiz, bir keçin qabağa, ordan diyin sözünüzü. Qoy 

camaat sizi bir əməlli-başlı görsün, eşitsin. 



SƏSLƏR -  

 Hə, düzdü, keç, keç qabağa, ordan danış. 



MOLLA PIRVƏLI -  

 (Səhnəciyin önünə gəlir. Boğazını artdayır, 



uzun təsbehini çevirir.) Bismillahi-r-rəhmani-r-rəhim... Hə, 

onu diyirəm axı... Ay camaat, biabırçılıxdı vallah. 

Ərəbistandakı müsəlman qardaşlarımız öz pullarıynan dədə-

babalarının xeyratına kəndimizdə məscid tikdirmək istiyirlər. 

Bizim razılığımızə gözdüyürlər. Mən yas yerində bu barədə 

çox danışdım, ancax bir qərara gələ bilməmişik. Hindi 

camaatın çoxu burdaykən bu söhbəti bir də açmax istiyirəm. 

O kişilər Allah rizasına ciblərinin puluynan bizə məscid 

tikdirib bağışdıyırlar. Siz niyə bu işə razılıx vermək 

istəmirsiniz? 



YERDƏN SƏS -  

 Bizə məscid lazım deyil! 



MOLLA PIRVƏLI -

  Küfr danışmıyın! Hindi hər kəndin, şəhərin 

öz məscidi, minarəsi var. Çox yerlərdə azan da çəkirlər. 

 

Elə bu vaxt hardasa eşşək bərkdən anqırır. 

Gülüşmə qopur. 

 

YERDƏN SƏS –

 Bu da bizim azan. 



MOLLA PIRVƏLI -

  Bax ona görə də belə geri qalmışıx da. 



YERDƏN SƏS -  

Yox, bizi geri qoyan məscidlərdi. O varlı-karlı 

müsəlman qardaşlarımızın bizə elə canı yanırsa, niyə bizim 

kənd üçün məktəb tikdirmir, məscid tikdirir? Peygəmbərimiz 

də buyurub ki, yüz il ibadət etməkdənsə, bir saat elm, savad 

öyrənmək daha əfsəldir. Din insanı təmizliyə səsləyirsə, elm 

bu işi daha tez görür. Təmiz paltarın yuyulmağa ehtiyacı                        

                                                           65 


 

 

olmadığı kimi ziyalı, təmiz insanların da dinə ehtiyacı yoxdur. 



Bizə məscid yox, məktəb lazımdır, savad lazımdır. Kənd 

məktəbinə baş soxmaq olmur. Sinif otaqları mal pəyələrinə 

oxşuyur. 

YERDƏN SƏS -

  Tamamilə doğrudur. Məsciddənsə bizə məktəb 

daha əfsəldir. Heç olmasa,  bir dənə  hamam tikdireydilər. 

Bir vedrə su ilə nə qədər gəndalaşlıxda, lobyalıxda çimmək 

olar? Hamını bit-birə basıb. 

MOLLA PIRVƏLI -

  Bəxtimizdən məscidin proyektində hamam 

da çıxa bılər, artizan da çıxa bilər. 

HƏMIN ŞƏXS -

 Hə, bax bunnarın xatirinə tikir tiksin. Mən razı. 



BIR NƏFƏR -

  Bərkdən.)  Ay camaat, ay camaat, mənim bir 

təklifim var. Gəlin məscid yox, kilsə tikdirək. Akop Ağacanı 

da ora baş keşiş qoyaq.      



 

Ümumi gülüşmə. 

 

MOLLA PIRVƏLI -

  Tfu! Daa mənim sizə heç bir sözüm-zadım 

yoxdu. 

HƏMIN ŞƏXS - 

 Dayan ee! Niyə acıqlanırsan? Sözümün canı var. 

Heç bilirsən, kəndimizdən Bakıda olan neçə nəfər cavan uşax 

xristianlığı, krişnadı, nədi, onu qəbul iliyib? 



MOLLA PIRVƏLI - 

 Hərəsinə bir az pul-para verib 

şirnikləndirirlər də. O dinsizlər, kafirlər də ağıl ucbatından 

haram pullara uyurlar. 


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə