PARA-XLORFENOLUN İZOPRENİN TSİKLODİMERLƏRİ İLƏ
KATALİTİK ALKİLLƏŞMƏ REAKSİYALARININ TƏDQİQİ
S.T.ŞAHMURADOV
Azərbaycan MEA Neft-Kimya Prosesləri İnstitutu
shahmuradov_samir@mail.ru
AZƏRBAYCAN
Ç.Q.RƏSULOV
Azərbaycan MEA Neft-Kimya Prosesləri İnstitutu
AZƏRBAYCAN
Neft kimyasında ən geniş istifadə sahələri olan kimyəvi birləşmələr içərisində alkilfenollar
xüsusi yer tuturlar. Onlar polimerlərə, kauçuklar, yağlara antioksidant, stabilizator, aşqar və s. kimi
əlavə olunmaqla bərabər, qida məhsullarına antioksidant, kənd təsərrüfatı bitkilərinə pestisid,
insektisid, herbisid və s. dərman preparatları kimi geniş istifadə olunmaqdadırlar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
242
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Alkilfenollara müxtəlif fraqmentlər daxil etməklə, onların keyfiyyət göstəricilərini səmərəli
istiqamətdə dəyişmək mümkündür.
Təqdim olunan işdə para-xlorfenolun КУ–23 katalizatorunun iştirakında izoprenin tsiklodi-
merləri ilə alkilləşmə reaksiyalarının tədqiqindən bəhs olunur.
2 –(Tsikloalkil)– 4 – xlorfenolların alınması üçün ilkin xammal kimi para – xlorfe-noldan,1–
metil – 3 – izopropeniltsikloheksen – 1 – il (dipren), 1 – metil – 4 –izopropenil-tsikloheksen – 1 – il
(dipenten) və izoprenin tsiklodimerinin 160 – 180
0
C fraksiyasından istifadə edilmişdir. Katalizator
kimi КУ – 23- dən istifadə olunmuşdur.
PXF istifadədən qabaq qovulub təmizlənmişdir: qayn. temp. 216 – 217
0
C; ρ
40
4
1,2651; n
40
D
1.5579; mol kütlə 129.5
DP izoprenin avtoklavda tsiklodimerləşməsi reaksiyasından alınır və təmizləndikdən sonra
aşağıdakı fiziki–kimyəvi xassələrə malikdir. T
q
= 160 – 161
0
C; n
20
D
1.4656; ρ
20
4
0.8347;mol kütlə 136.
DPT də eyni üsul ilə alınır və qovulduqdan sonra aşağıdakı xassələrə malikdir: T
q
=174 – 175
0
C; n
20
D
1.4745; ρ
20
4
0,8476; mol kütlə 136.
İTSD avtoklavda izoprenin tsiklodimerləşməsindən alınır. Alınmış məhsuldan 160 – 180
0
C
fraksiyası qovulub ayrılır. İTSD əsasən DP və DPT qarışığından ibarətdir və aşağıdakı fiziki –
kimyəvi xassələrə malikdir: T
q
= 160 – 180
0
C; n
20
D
1.4735; ρ
20
4
0,8458; mol kütlə 136.
PXF-un DP, DPT və İTSD ilə alkilləşmə reaksiyaları fasiləli laboratoriya qurğusunda həyata
keçirilmişdir.
2 –(Tsikloalkil)– 4 – xlorfenolların alınması üçün ilkin xammal kimi para –xlorfe-noldan, 1 –
metil – 3 – izopropeniltsikloheksen – 1 – il (dipren), 1 – metil – 4 – izopropenil-tsikloheksen – 1 – il
(dipenten) və izoprenin tsiklodimerinin 160 – 180
0
C fraksiyasından istifadə edilmişdir. Katalizator
kimi КУ – 23- dən istifadə olunmuşdur.
PXF 1 – metiltsikloalkenlərlə tsikloalkilləşmə reaksiyaları fasiləli laboratoriya qurğusunda
həyata keşirilmişdir: üçboğazlı kolbaya hesablanmış miqdarda PXF və katalizator doldurulub
qızdırılır. Temperatur 45–50
0
C-yə çatdıqda qarışığın üzərinə damcı qıfından damla – damla lazım olan
miqdarda 1 – metiltsikloalken əlavə olunur. 1 – metiltsikloalken damızdırılıb qurtardıqdan sonra
temperatur 80 – 140
0
C qaldırılaraq qarışma prosesi 3 – 6 saat davam etdirilir. Sonra reaksiya qarışığı
40 – 45
0
C-dək soyudulur, katalizatordan süzülüb ayrılır və rektifikasiya olunur. İlk öncə, atmosfer
təzyiqində reaksiyaya girməyən metiltsiklen, sonra isə aşağı təzyiqdə (10 mm c.st.) reaksiyaya
girməyən PXF və reaksiya məhsulları qovulub ayrılır. Sonra məqsədli məhsulların fiziki – kimyəvi
xassələri və kimyəvi quruluşları təyin olunur.
PXF-un DP, DPT və İTSD ilə katalitik alkilləşmə reaksiyalarının tənliyi aşağıda verilir:
Para – xlorfenolun diprenlə, dipentenlə və izoprenin tsiklodimerlərinin 160 – 180
0
C fraksiyası
ilə КУ – 23 katalizatoru iştirakında tsikloalkilləşmə reaksiyaları tədqiq olunmuşdur. Müəyyən
edilmişdir ki, reaksiya temperaturunun 130 – 140
0
C, müddətinin 5 – 6 saat, PXF-un tsiklenə 1:1 mol
nisbətində, katalizatorun 12 – 15% miqdarında məqsədli məhsulların – 2 – (izopropil – tsikloheksenil)
– 4 – xlorfenolların götürülən PXF-a görə çıxımı 61.2 – 68.3%, seçiciliyi isə məqsədli məhsula görə
87.3 – 91.4% olur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
243
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Sintez olunmuş maddələrin quruluşları İQ, NMR
1
H və C
13
analiz üsulları ilə təyin edilmişdir.
İQ spektrlər Almaniyanın “Bruker” firması tərəfindən istehsal olunan “ALPA İQ-Furye”
spektrometrində,
1
H NMR və
13
C NMR spektrləri Bruker TOP SPİN cihazında uygun olaraq 300.13
MHs tezliklərdə aseton – d
6
, D
2
O, CDCl
3
və CCl
3
həlledicilərində çəkilmişdir.
QURĞUŞUN STİBİUM SELENİDİN ALINMA ŞƏRAİTİNİN TƏDQİQİ
İşdə sürmə(III)selenidlə qurğuşun(II)asetatın su mühitində qarşılıqlı təsiri öyrənilmişdir. Tədqiqat
zamanı reaksiyanın mexanizmi aydınlaşdırılmış, termodinamik parametrləri hesablanmış və prosesin
optimal şəraiti müəyyən edilmişdir. Eyni zamanda qurğuşun stibium selenidin (PbSb
2
Se
4
) sıxlığı təyin
edilmiş, termoqramı çəkilmiş (ərimə temperaturu), müxtəlif qatılıqlı turşu və qələvilərə münasibəti
öyrənilmişdir. Reaksiya zamanı narıncı- qəhvəyi rəngli sürmə(III)selenidin rənginin qaramtıl-qəhvəyi
rəngə dəyişməsi və məhlula keçən sürmənin (sürmənin 1/4 hissəsi məhlula keçir) təyini prosesin
gedişinə nəzarət etməyə imkan verir. Reaksiya aşağıdakı tənlik üzrə gedir:
3Pb(CH
3
COO)
2
+ 4Sb
2
Se
3
+ 6H
2
O = 3PbSb
2
Se
4
+ 2Sb(OH)
3
+ 6CH
3
COOH
Təcrübələr bu qaydada aparılmışdır: təzə çökdürülmüş sürmə(III)selenid bidistillə suyu ilə təmiz
yuyulduqdan sonra təcrübə stəkanına keçirilir, üzərinə müəyyən miqdar qurğuşun asetat məhlulu əlavə
edilir və mühitin pH-ı əsasiliyə doğru (pH=8) azca dəyişdirilir. Bu zaman tünd qəhvəyi-qara rəngdə
çöküntü əmələ gəlir. Proses başa çatdıqdan sonra çöküntüdə qala biləcək qurğuşun hidroksidin həll
olması üçün məhlulun pH-ı 4-ə nizamlanır. Reaksiya tənliyindən göründüyü kimi alınan məhsullardan
biri sürmə duzu olduğundan və onun hidrolizindən alınan oksibirləşmələr çöküntüyə qarışaraq
kütlənin artmasına səbəb olur. Sb(OH)
3
-ün əmələ gəlməsinin qarşısını almaq üçün pH-ı 4-ə çatdırılmış
məhlulun üzü süzüldükdən sonra çöküntü bir neçə dəfə su ilə dekantasiya edilir və üzərinə 5%-li çaxır
turşusu məhlulu əlavə edilib qarışdırılır. Çöküntü şüşə filtrdən süzülür və Sb
3+
ionları qurtarana kimi
distillə suyu ilə yuyulur və 375K temperaturda sabit kütləyə gətirilir. Nümunənin analizi və məhlula
keçən sürmənin (reaksiya üzrə) miqdarı birləşmənin (PbSb
2
Se
4
) əmələ gəldiyini təsdiq edir.
Bundan sonra prosesin gedişinə təsir edən amillər öyrənilmişdir. Müəyyən edilmişdir ki, məhlul
pH-ın 7-8 həddidində 8-10 dəqıqə qarışdırıldıqdan sonra pH-ı 3-5 həddinə qədər endirdikdə sürmə
selenidin qurğuşun sürmə selenidə çevrilmə tamlığı kifayət qədər yüksək olur. Eyni zamanda
süzüntüyə keçən sürmənin miqdarı da nəzəri miqdara uyğun gəlir. Proses pH-ın 3 həddində zəif gedir
və çıxım aşağı düşür, pH-ın yuxarı qiymətlərində isə sürmə duzu hidroliz etdiyindən proses PbSe-in
əmələ gəlməsi ilə başa çatır.Temperaturun prosesin gedişinə təsiri az olsa da, çöküntünün
formalaşmasına, məhluldan tez ayrılmasına və reaksiyanın getmə müddətinə xeyli dərəcədə təsir edir.
Belə ki,çöküntü otaq temperaturunda 10-15 dəqiqəyə məhluldan ayrılırsa, 50-60
0
C temperaturda 2-3
dəqiqəyə başa çatır.
Optimal şəraitdə alınmış çöküntü nitrat turşusunda həll edilərək analiz edilmişdir. Götürülən
nümunə tam həll olduqdan sonra nitrat turşusunun artığı buxarlandırılır, qalan ağ rəngli çöküntü suda
həll edilərək məhlula sulfat turşusu əlavə edilir, məhlul şəffaflaşana kimi qızdırılır və sürmə ionlarının
hidrolizinin qarşısını almaq üçün məhlula 5%-li çaxır turşusu məhlulu əlavə edilir. Qurğuşun sulfat
şüşə filtrdən süzülərək məhluldan ayrılır, yuyulur, qurudulur, çəkilir və qurğuşunun kütləsi təyin
edilmişdir. Filtrat məlum həcmə keçirilərək ondan müəyyən həcm götürülmüş və 0,1 N kalium
bromat məhlulu ilə titrlənərək sürmənin kütləsi təyin edilmişdir. Selen üçün ayrı nümunə götürülərək
məlum metodika əsasında təyin edilmişdir: Pb (25,7), Sb (38,9), Se (37,3).
Nümunənin ərimə temperaturu differensial termiki analiz vasitəsilə təyin edilmiş, sistemdə
konquryent əriyən bir birləşmənin olduğu müəyyənləşdirilmişdir. Qurğuşun stibium selendin qızma və
soyuma əyrilərində ərimə temperaturu təqribən üst-üstə düşərək 567,4
0
C olmuşdur.
R.Y. QULIYEV
AMEA Naxçıvan Bölməsi,
Təbii Ehtiyatlar İnstitutu
AZƏRBAYCAN
A.B. RZAYEVA
AMEA Naxçıvan Bölməsi,
Təbii Ehtiyatlar İnstitutu
aliye.rzaeva@mail.ru
AZƏRBAYCAN
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
244
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Qurğuşun stibium selenidin müxtəlif qatılıqlı turşulara və qələvilərə qarşı münasibəti öyrənilmiş,
onun suda həllolma qabiliyyəti təyin edilmiş və həllolma hasili hesablanmışdır. Qurğuşun stibium
selenid suda çətin həll olan birləşmədir və çöküntünün su ilə yuyulması qorxusuzdur. Eyni zamanda
qurğuşun stibium selenid orta qatılıqlı turşulara qarşı davamlıdır, lakin qatı nitrat turşusunda və
qələvilərlə qarşılıqlı təsirdə parçalanır. Beləliklə, müəyyən edilmişdir ki,su mühitində alınan qurğuşun
stibium selenidin bütün fiziki-kimyəvi xassələri (sıxlığı 6,19 q/sm
3
, ərimə temperaturu 567,4
0
C və
analizi) onun PbSb
2
Se
4
formuluna uyğun gəldiyini təsdiq edir.
STUDYING INFLUENCE OF ACIDITY CONDITION ON SOLUTION
OF DOXYCYCLINE BY ULTRAVIOLET METHOD OF ELECTRONIC
SPECTROSCOPY
Mirvari HASANOVA, Shamo TAPDİQOV, Hidayat MAMMADOV,
Dilgam TAGHİYEV, Nizami ZEYNALOV
Institute of Catalysis and Inorganic Chemistry named after acad. M.Nagiyev
shamotaptiqov@mail.ru
AZERBAİJAN
In recent years, using of a less amount of drugs and in order to ensure to have a long-term effect
that obtaining polymer composites as a carrier is developing rapidly as a direction in the science of
biotechnology. Among the drugs obtained composites by immobilization of doxycycline antibiotics to
poly-4-vinylpyridine, poly-N-vinylpyrrolidone, polyacrylic acid and so on based hydrogels, at the
same time to their polymer composites containing Ag- nanoparticles is widely used in medicine today.
In this case, studying the impact of pH condition onthe ionization degree of functional groupsin the
composition of antibiotics fastened to a polymerand as well as the process of separating them in
solutionis one of the main terms.
The investigation of solutions of varying concentration of doxycycline antibiotic bearing
antibacterial effect, also its solutions in rate pH 1÷10 of condition was carried out by the method of
electron spectroscopy in the presented report. An aqueous solution of doxycycline that having an
antracycle structure and observing the main functional groups caused by the absorption as being
investigated of an electronic spectrum with various buffer systems in 200-600 nm line also changes
occurring in the characteristic absorption zone of antibiotic with the effect acidity of the condition
have been studied.
Figure 1. Doxycycline molecule
It was determined that electronic spectrum of doxycycline molecule consist of wide range of
absorption zone with some maximums in 204, 274 and 345 nm line. Its electronic spectrum at
0.004÷0.0335 g/l concentration solutions in water and at 275 nm the range of light absorption
coefficient to be k=17 have been determined. It was shown that absorption zone at 204 nm of
antibiotic in acidic condition (pH=1÷6) coincide with absorption zone of the components of buffer
solution. For this reason, is not possible to follow analytically the characteristic absorption zone of
doxycycline at 200-210 nm line. Also as increasing alkalinity (pH=7÷10) of condition does not occur
any chemical sliding at 275-345 nm absorption zone which is typical for antibiotic. From this point of
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
245
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
view, analytical observing of doxycycline is possible in kinetic investigations at this line. It was
determined that light absorption coefficient of doxycycline forms k=20 in 275 nm at pH> 7.
Thus, changes in the acidic condition are affecting the ionization of -OH,>C=O and -NH
2
functional groups in doxycycline composition and this is being observed with batochrom and
hypsochrom effects on electronic spectrum. Changes in electron density around doxycycline in acidic
condition create favorable conditions to passing to an excited state its valence electrons. It also affects
its biological and physiological properties. Because of decreasing electronic transitions in alkaline
condition contains the same electronic spectrum of doxycycline with the electronic spectrum of its
ordinary solution in water. As well as it was indicated that the changes in the condition of pH do not
affect on the change of light absorption coefficient of condensation aromatic ring with core that
composition in antibiotic.
IV QRUPUN ƏSAS YARIMQRUP ELEMENTLƏRİNİN KƏND
TƏSƏRRÜFATI İSTEHSALATI İLƏ ƏLAQƏLNDİRİLMƏSİ
Şükufə HACIYEVA
ADPU
elmi.hisse.08@mail.ru
AZƏRBAYCAN
Dövlət başçımız tərəfindən 2015-ci il kənd təsərrüfatı ili kimi qeyd edilmişdir. Bununla əlaqədar
olaraq Universitetdə dərs aparan kimya və biologiya müəllimlərinin də üzərinə mühüm vəzifələr
düşür. Belə ki, onlar yeri gəldikdə kənd təsərrüfatında istiadə olunan kimyəvi maddələrlə tələbələri
tanış etməli, bu sahədə onlarda maraq yaratmalıdır.
IVqrupunəsas yarimqrup elementlərinin kənd təsərrüfatı istehsalatı ilə əlaqəlndirilməsi zamanı
əsasən karbon və onun birləşmələrinin kənd təsərrüfatında oynadığı rol izah edilməlidir. Qeyd
edilməlidir ki, karbon birləşmələri canlı təbiətin əsasını təşkil edir. Əsas qeyri-üzvi birləşmələri
karbonatlardır. Yer kürəsində 10
16
ton miqdarında yayılmışdır.
Canlı orqanizmlərin tərkibində 18% kütləcə karbon vardır. Atmosferdə 6.10
11
ton karbon qazı
vardır. Sularda həll olmuş karbon qazı daha çoxdur. (10
14
ton). Təbiisularda karbon Ca(HCO
3
)
2
kalsium-hidrokarbonat və Mg(HCO
3
)
2
maqnezium-hidrokarbonat şəklindədir. Canlı təbiətdə
orqanizmlərin tərkibində 10
12
ton karbonvardır.
Təbiətdə sərbəst karbon azdır. Yer kürəsində sərbəst karbon iki allotrop modifıkasiya halında –
almaz və qrafıt halında mövcuddur. Nəhayət, süni surətdə alınan karbon. Daha bir allotrop
şəkildəyişməsi polikumolindir.
Hamıya məlumdur ki, həyat karbon birləşmələri əsasında qurulmuşdur. Bunun əsassəbəbi odur ki,
əvvəla heç bir element karbon kimi mürəkkəb qabiliyyətə malikdeyildir. İkincisi, karbon müxtəlif
şəkildə çoxlu elementlərləbirləşmək xüsusiyyətinəmalikdir. Üçüncüsü, karbon atomları-nın öz
aralarında, eləcə də hidrogen, oksigen,azot, kükürd, fosfor və başqa üzvi maddələrin tərkibinə daxil
olan elementlərinatomları arasında olan əlaqəsi təbii faktorların təsiri nəticəsində pozu-lur. Bu
səbəbdəndə təbiətdə karbonun fasiləsiz dövr etməsi hadisəsi olur: atmosferdən bitkilərə, bitkilərdən
canlı orqanizmlərə, canlı orqanizmlərdən məhv olmuş orqanizmlərə, ölüorqanizmdən canlılara.
Dumanda, kometlərdə, ulduzlarda karbon və onun birləşmələrinin olduğu müəyyən edilmişdir.
Həmçinin meteoritlərdə də karbon və onun birləşmələrinə təsadüf edilir. Torpaqdakı CO
2
-nin miqdarı
torpaq ilə atmosfer arasındakı qaz mübadiləsinin intensivliyindən asılıdır. Torpaqda əmələ gələn
karbon qazı qismən atmosferə buraxılır, qismən isə torpaqdakı rütubətdə həll olur. Karbon qazının
torpaqdakı diffuziyası nəticəsində bilavasitə bitkilərin yarpağını yuyan torpaqüstü hava zənginləşir.
Havanın yerə yaxın təbəqəsində karbon qazı miqdarının yüksəlməsi bitkilər tərəfındən karbon qazının
assimilyasiyasından ötrü daha yaxşı şərait yaradır, məhsulun yüksəlməsinə kömək edir. Karbon
qazının torpaq rütubətində həll olması nəticəsində karbonat turşusu əmələ gəlir.
CO
2
+
H
2
O
=
H
2
CO
3
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
246
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Havada karbon qazının konsentrasiyası (qatılığı) artan zaman onun (karbon qazının) məhlula
keçməsi artır, bunun nəticəsində onda hidrogen ionlarının konsentrasiyası yüksəlir və əksinə, havada
karbon qazının miqdarı azalan zaman karbon qazı məhluldan buraxılır. Torpağın karbon qazı ilə
zənginləşməsi onun (torpağın) mineral birləşmələrinə (kalsium-fosfat, kalsium-karbonat vəs.) həlledici
təsirini gücləndirir. Onların bitkilərdən ötrü mənimsənilə biləcək formaya çevrilməsinə yardım edir.
Eyni zamanda torpaqda karbon qazının çox olması və oksigenin çatmaması bitkilərin və mikro-
orqanizmlərin inkişafına mənfı təsir göstərir. Karbon bütün üzvi birləşmələrin tərkibində vardır. Son
illərin alimləri isbat etmişlər ki, bitkilərə karbonat turşusunun duzları köklər vasitəsilə hissə-hissə
torpaqdan daxil olur. Digər tərəfdən, karbon qazının yarpaqları vasitəsilə bitkiyə daxil olması çox
böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsində məhsulda üzvi maddələr əmələ gəlir.
Beləliklə, karbon canlı aləmin ən başlıca və ən universal ilkin biogen tikinti materialıdır. Bundan
başqa, karbon atomları öz aralarında kifayət qədər davamlı kimyəvi rabitələr əmələ gətirir və eyni
vaxtda belə rabitələr biokimyəvi reaksiyalarzamanı asan qırılır. Məhz bu səbəbdən karbon bir nömrəli
orqanogen element hesab olunur. Digər tərəfdən, mürəkkəb canlı həyatın bünövrəsi ən mükəmməl
təbiilaboratoriyadan ibarət olan bitkilərin yaşıl yarpaqlarında gedən fotosintez zamanıkarbon qazının
bilavasitə iştirakı ilə qoyulur. Bunlara əsasən bəzən alimlər haqlıolaraq, karbonu “həyat elementi” ad-
landırırlar, və ya "həyat CO
2
ilə başlayır"deyirlər.
Karbonun canlı aləmdə başqa bir vacib xidməti onun karbon qazı şəklində yerinistilik balansında
həlledici roloynadığıtələbələrinnəzərinəçatdırılmalıdır.
PARA-TSİKLOHEKSİLFENOLUN MANNİX ƏSASLARININ
ALINMASI REAKSİYALARININ TƏDQİQİ
R.Z.BAĞIRZADƏ
AMEA Neft-Kimya Prosesləri
İnstitutu
bagirarencik@mail.ru
AZƏRBAYCAN
E.M.RAMAZANZADƏ
AMEA Neft-Kimya Prosesləri
İnstitutu
AZƏRBAYCAN
Ç.Q.RƏSULOV
AMEA Neft-Kimya Prosesləri
İnstitutu
AZƏRBAYCAN
Alkilfenolların aminometilləşmiş törəmələri neft kimyasının ən geniş tədqiq olunmuş və eyni
zamanda ən prespektivli sahələrindən biri sayılır. Alkilfenolların Mannix əsasları həyatımızın elə bir
sahəsi yoxdur ki, orada onlar istifadə olunmasınlar. Bu birləşmələr əsasən alifatik sırası
karbohidrogenlər əsasında alınırlar və bunların da ən ciddi nöqsanı termostabil olmamalarıdır. Bu
baxımdan tsikloalkilfenollar əsaında alınmış kimyəvi maddələr yüksək temperaturda davamlıdırlar,
poliolefinlərdə və yağlarda yaxşı həll olurlar.
Təqdim olunan iş para-(tsikloheksil)-fenolun formaldehid və anilinlə, morfolinlə aminometil-
ləşmə reaksiyalarının aparılmasına, nəticədə Mannix əsaslarının alınmasına həsr olunmuşdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
247
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Aminometilləşmiş para-(tsikloheksil)-fenolların alınması iki mərhələdə həyata keçirilmişdir. İlkin
mərhələdə fenolun tsikloheksenlə KУ-23 katalizatorunun iştirakında tsikloalkilləşmə reaksiyaları
tədqiq edilmişdir. Fenolun tsikloheksenlə katalitik tsikloalkilləşmə reaksiyası fasiləli və fasiləsiz
işləyən qurğularda həyata keçirilmişdir. Fasiləli qurğuda məqsədli məhsulun çıxımına və seçiciliyinə
temperaturun, vaxtın, ilkin komponen-tlərin mol nisbətlərinin katalizatorun miqdarının təsiri
öyrənilmişdir. Tsikloalkilləşmə prosesi eyni zamanda Sumqayıt ”Tural-110” elmi-istehsalat
müəssisəsində quraşdırılmış fasiləsiz işləyən mini qurğuda tədqiq olunmuşdur. Fenol və tsikloheksen
hesablanmış mol nisbət-lərində qarışdırılaraq katalizator doldurulmuş reaktorun aşağı hissəsinə verilir.
Qarışıq katalizatorun üzərindən keçərək reaktorun yuxarısından çıxır, soyuducuda soyudulduqdan
sonra alkilat tutumunda yığılır və oradan rektifikasiya göndərilir. Aparılmış tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, fenolun tsikloheksenlə tsikloalkilləşmə reaksiyalarının optimal şəraitində
məqsədli məhsulun para-(tsikloheksil)-fenolun çıxımı götürülən tsikloheksenə görə 76.7%, seçiciliyi
isə məqsədli məhsula görə 92.3% təşkil edir.
Nümunə üçün fenolun КУ-23 katalizatorunun iştirakında tsikloheksenlə fasiləli qurğuda
tsikloalkilləşmə reaksiyalarının nəticələri cədvəldə verilir.
Dostları ilə paylaş: |