Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə121/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   117   118   119   120   121   122   123   124   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

651



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycanda hədəflənən və ya arzu olunan iqtisadi inkişaf baxşının əsası qeyri-neft sektorunun 

iqtisadi baxımdan rentabelli inkişafına hədəflənmişdir. Bu həm də ölkə daxili təbii potensial 

imkanlarının daha səmərəli istifadəsi üçün, regional və qlobal iqtisadi mövqelərin verdiyi əlverişli 

strateji imkanların maxsimum dəyərləndirilməsi, eləcə də intelektual yanaşmanın tətbiqi ilə mümkün 

olacaqdır. Nəzərə almalıyıq ki, intellektual yanaşmanın inkişafında cəmiyyətin problemə müsbət 

baxışı xüsusi əhəmiyyət kəsb edir. Ona görə  də  cəmiyyətdə innovasiyaların inkişafını  dəstəkləyən 

təşəbbüskar yanaşmalar təşviqi  əhəmiyyətli məqam kimi qiymətləndirilməlidir. Bu mənada, 

Azərbaycanda innovasiya sahibkarlığının inkişafında xüsusi rol oynayan "Yeni Fikir Müsabiqəsi"nin 

həyata keçirilməsi , cəmiyyətimizdə təşəbbüskar mədəniyyətin formalaşmasında ciddi rol oynadığını 

qeyd edə bilərik. 

Yeni Fikir Müsabiqəsi (YFM) Qafqaz Universiteti Texnoparkının (Qutexnopark) təşkil etdiyi 

layihədir. YFM 2013-cü ildə Qutexnopark-da təsis edilib. Bu layihə Azərbaycanda innovativ 

sahibkarlığın inkişafına dəstək vermək məqsədilə  həyata keçirilir. Bununla belə, gənclər arasında 

təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir. YFM təşəbbüskar gənclərlə iş dünyası, eləcə də investorlar 

arasında real körpü rolunu oynayır. 

YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan 

Respublikasında yaşayan hər kəs iştirak edə bilir. 

Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və 

tətbiqi imkanlarına töhfə verərək, Qutexnopark-da ekosistemi gücləndirməklə yanaşı, innovasiya 

iqtisadiyyatını gücləndirməkdir.  

Əsas istiqamətlər: Startaplar, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti 

proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot 

texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün 

informasiya texnologiyaları və s. 

YFM-nin hədəflərini aşağıdakı kimi qiymətləndirmək olar: 

a.  Ölkənin və regionun inkişafında rol oyanaya biləcək, beynəlxalq rəqabətə dayanıqlı  şirkətlərin 

 formalaşdırılması; 

b.  Yüksək texnologiyaların inkişaf etdirilməsi; 

c.  Təşəbbüskar yanaşmanın və innovasiyaların inkişaf etdirilməsi; 

d.  Məhsulunu pula çevirə biləcək iş fikirlərinin şirkətləşməsini təmin etmək; 

e.  İnetektual mülkiyyətin inkişafını dəstəkləmək. 

 YFM 

əsasında layihlərin inkişafına verilən dəstək formaları aşağıdakı kimidir: 



a.  İlkin maliyyə dəstəyi;  

b.  Toxum investisiyanın tapılmasına dəstək; 

c.  Qutexnopark nəzdində  fəaliyyət göstərən  İnkubasiya Mərkəzindən 1 il müddətində ödənişsiz 

 istifadə haqqı; 

d.  İdeyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər; 

e.  İş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək;  

f.  İş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi; 

g.  Beynəlxaq bazara inteqrasiya; 

h.  Media və lobbiçilik dəstəyi; 

2016-cı ildə 4-cü dəfə keçirilən YFM-yə 600-dən çox layihə daxil olmuşdur. Bu layihələrdən 

münsiflər heyəti tərəfindən seçilmiş real biznesə ən yaxın olan, həmçinin təklif olunan innovasiyaların 

reallaşdırılmasının üstünlüyünə görə  fərqlənən 27 iş fikrinin inkişafı Qutexnopark tərəfindən 

dəstəklənib və dəsətklənməkdədir. 

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

652



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCANDA EKOLOJİ TURİZMİN İNKİŞAF 

PERSPEKTİVLƏRİ 

 

Vəfa CƏFƏROVA  

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 



Faithfulness_88@mail.ru 

AZƏRBAYCAN



 

Vüsal HÜSEYNOV 

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 



vusal2468@gmail.com

 

AZƏRBAYCAN



 

 

Ekoloji turizm anlayışı bütün dünyada olduqca yeni bir anlayışdır.  İlk dəfə 1992-ci ildə “Rio 

Ətraf Mühit Zirvəsində” davamlı bir dünya və  ətraf mühit üçün zəruri olan şərtlər müəyyən 

olunmuşdur. Bu mərhələdən sonra turizmin Zirvədə müəyyənləşdirilən kriteriyalar üzrə inkişaf 

etdirilməsinin zəruriliyi qeyd olunmuşdur. Buradakı  ən  əsas məqsəd isə  məhz  ətraf mühitə  zərər 

vermədən inkişaf etdirmək olmuşdur. 2002-ci ildə Kanadada keçirilən “Dünya Ekoloji Turizm 

Zirvəsində” isə bu anlayış biraz daha konkretləşdirilərək, təbii resursların davamlılığını təminat altına 

alan, yerli əhalinin iqtisadi baxımdan inkişafına dəstək olan, sosial və  mədəni bərabərliklərini 

muhafizə edən bir anlayış kimi qəbul olunmuşdur. Həmin il məhz BMT (Birləşmiş Millətlər Təşkilatı) 

tərəfindən “Dünya Ekoloji Turizm ili” elan olunmuşdur.  

Ümumilikdə isə, ətraf muhitin muhafizəsini əsas alan ekoloji turizmin əsas prinsipləri və tətbiq 

olunması zəruri olan metodları isə aşağdaklardır: 

-  Ekoloji Turizm siyasətinin inkişaf etdirilməsi və planlaşdırılması, 

-  Ekoloji Turizm qaydalarının müəyyənləşdirmək, 

-  Ekoloji turizim məhsullarının inkişaf etdirilməsi, marketinqi və reklamının həyat keçirmək, 

-  Ekoloji Turizmin xeyir və zərərlərinin müəyyənləşdirməsi. 

Məlumdur ki, turizm fəaliyyətlərinin  ətraf mühit üzərində müəyyən mənfi təsirləri mövcuddur. 

Xüsusi ilə turizm məkanlarında  əhalinin məskunlaşması, yeni kənd və yaşayış yerlərinin meydana 

gəlməsi, vəhşi həyatın və təbii mühitin yox edilməsi, torpaq və bitki örtüsünə zərər verilməsi olaraq 

sıralanabilər. Ekoloji turizm məhz qeyd olunan bu mənfi təsirləri aradan qaldımaq üçün inkişaf 

etdirilməyi  əsas hədəf olaraq müəyyənləşdirmişdir. Ümumi olaraq Ekoloji Turizm davamlı turizmin 

bir alt sahəsidir

Ekoloji Turizm bu sahənin 



digər növləri ilə müqayisədə insanlar tərəfindən daha az 

korlanmış  təbii ərazilərdə  həyata keçirilir ki, buda ətraf aləmin dağıdılmasına və onun keyfiyyətinin 

aşağı düşməsinə səbəb olmur. 

Azərbaycan yaşadığımız regionda ən zəngin təbii sərvətlərə malik ölkədir. Ölkə  ərazisində 9 

iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-

ni, keçmiş Sovet İttifaqının isə bütün florasının 24%-ni təşkil edir. Bu bitkilərin 7%-i yəni 240 növü 

endemik və relikt olub 108 cinsə və 36 ailəyə daxildir. Qeyd olunan təbii imkanlar onu deməyə əsas 

verir ki


Azərbaycanda da ekoloji turizmin xeyli böyük potensialı mövcuddur. Bugün qeyd olunan 

sahə lazımı inkişaf səviyyəsinə sahib olunmasada ölkənin sahib olduğu təbii potensial məhz bu 

sahənin gələcəkdə geniş inkişaf imkanlarının olduğunu göstərir. Ölkənin sahib olduğu təbii resurslarla 

bərabər zəngin tarixi və  mədəni irs ekoloji turizmin inkişafı baxımında mühüm əhəmiyyət kəsb 

etməkdədir.  Ənənəvi turizm fəaliyyətləri ilə  bərabər ekoloji turizm potenisalının da müəy-

yənləşdirilərək inkişaf etdirilməsi müasir iqtisadi şəraitdə mühüm əhəmiyyətə sahibdir. 

Fikrimizcə, ekoloji turizmin Azərbaycanda inkişafı üçün aşağdakı zəruri addımların atılması xeyli 

vacibdir.  

-  Ekoloji turuzm inkişaf kriteriyalarına uygun olaraq Azərbaycanda bu sahənin potensialının 

müəyyənləşdirilməsi, 

-  Xüsusi ilə bu potensiala sahib regiondakı insanların bu istiqamətdə maarifləndirlməsi, 

Milli parkları və qoruqların bu məqsədlə istifadə olunması,



 

-  Turistlər üçün sığınacaq, otel və düşərgələrinin hazırlanması, 

-  Ekoloji Turizm sahəsində elmi tədqiqatların aparılması, 

-  Bu sahənin inkişafında dövlət dəstəyinin və diqqətinin artırılması. 

Geniş turizm potensialına sahib olan Azərbaycanda ekoloji turizmin inkişaf etdiriməsi, davamlı 

iqtisadi inkişafa dəstək verəcəyi kimi, xüsusi ilə regiondaki əhalinin gəlirlərinin artmasına ölkəmizin 

milli və mədəni irsinin daha çox tanınmasına səbəb olacaqdır.

  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

653



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 

 

 

 

PROCEEDINGS 

SECTION III 

ECONOMICAL SCIENCES 

 

 

 

Administration 

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

654



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

NEFT-KİMYA MÜƏSSİSƏLƏRİNDƏ  İDARƏETMƏ 

STRATEGİYASININ FORMALAŞMASI  İSTİQAMƏTLƏRİ 

 

Dilarə ƏMİRASLANOV 

Sumqayıt Dövlət Universitetinin doktorantı 



dilare.amiraslanova@mail.ru 

AZƏRBAYCAN 

 

Bazar iqtisadiyyatı şəraitində müəsissənin idarəetmə strategiyasının  təkmilləşdirilməsi, idarəetmə 



strukturunun optimallaşdırılması mülkiyyət formasından asılı olmayaraq hər bir müəsissənin 

qarşısında duran əsas vəzifələrdən biridir. Müasir şərait  istehsal, satış proseslərinin operativ idarə 

edilməsinə imkan verən çevik, dinamik idarəetmə strategiyasının formalaşmasını  tələb edir. Belə 

idarəetmə strategiyasının formalaşdırılması, təbiidir ki, müəsissənin daha səmərəli idarə edilməsi üçün 

lazımi şəraitin yaradılmasına zəmin hazırlayardı. 

Müəsissənin idarə edilməsi strategiyasının təkmilləşdirilməsi respublikamızın neft-kimya 

sənayesi müəsissələri üçün də olduqca aktualdır. 

Müəsissənin müəyyən etdiyi məqsədlərin həyata keçirilməsi zamanı idarəetmə strategiyasının 

formalaşmasının bir sıra spesifik xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərin nəzərə 

alınması bazar iqtisadiyyatı şəraitində xüsusilə vacibdir. 

Təcrübə göstərir ki, idarəetmə strategiyasının xüsusiyyətləri hər bir idarəetmə sisteminin inkişafı 

və formalaşmasında özünü göstərir və özünəməxsus rol oynvyır. Bu xüsusiyyətlər aşağıdakılardır: 

● dinamiklik; 

● sabitlik; 

● fasiləsizlik 

İdarəetmə prosesinin əsas mərhələ  və pillələrinin qanunauyğunluq xarakteri daşıyan təkrarlan-

ması, mərhələlərin və əməliyyatların əsas qruplarının ciddi ardıcıllığı. 

İdarəetmə prosesinin dinamikliyi (dəyişkənliyi) özünü idarəetmənin     istiqamətlərinin və onun 

problemlərinin axınındakı dəyişikliklərdə, idarəetmə prosesinin müxtəlif mərhələ və əməliyyatlarının 

aktiv qarşılıqlı  təsirində özünü biruzə verir. İdarəetmə prosesi bütün idarəetmə sistemlərində  həyata 

keçirilir-bu zaman idarəetmə təsiri sistemin müxtəlif hissələrində məqsəddən asılı olaraq müxtəlif olur. 

Bundan başqa idrəetmə prosesi daimi özünün əsas istiqamətlərini dəyişir-idarəetmə sistemində daha 

zəif vəsilələri aşkara çıxarır və idarəetmə sisteminin xarici təsirindən asılı olaraq dəyişməsini nəzərə 

alır və  kənarlaşmanı aradan qaldırmaq üçün operativ qərarlar qəbul edilməsini nəzərdə tutur. Həll 

edilən problemin xarakterindən asılı olaraq, idarəetmə prosesi mərhələlər, pillələr və əməliyyatlar üzrə 

müxtəlif cür həyata keçirilir. 

İdarəetmə prosesinin dəyişkənlik xüsusiyyəti-bəzən onun idarəetmə prosesinin mütəhərrikliyi də 

adlandırırlar-müəyyən mənada idarəetmənin operativliyini göstərir ki, bu da bütün idarəetmə 

fəaliyyətinin səmərəliliyinin artırılmasında xüsusi rol oynayır. Əlbəttə, bu cür dəyişkənliyin müəyyən 

həddi vardır və bu idarəetmənin digər xüsusiyyəti, sabitliklə bağlıdır. 

İdarəetmə prosesinin sabitliyi dedikdə onun həyata keçirilməsini təmin edən forma və kanalların 

sabitliyi başa düşülür. Bu, məsələn, idarəetmənin təşkilat quruluşunun, onun vəsilə  və pillələrinin 

dəqiq müəyyənləşdirilməsində, ayrı-ayrı idarəetmə orqanlarının funksiyalarının müəyyənləşdirilmə-

sində, idarəetmə zamanı paralelizmə yol verməməkdə, təşkilati aktların qəbul edilməsində və s. özünü 

biruzə verir.  

İdarəetmə sisteminin sabitliyinin təmin edilməsi müəssisənin təsərrüfat-istehsal fəaliyyətinin 

səmərəli təşkil edilməsində  həlledici rol oynayır. Buna görə  də idarəetmə prosesinin sabitlik 

xüsusiyyəti onun ən əsas xüsusiyyəti hesab olunur. 

Məlumdur ki, müəssisə bütövlükdə götürüldükdə iki sistemdən ibarətdir-idarə edən və 

idarəedilən. Müəssisənin təsərrüfat-istehsal fəaliyyətinin nəticələri, onun ahəngdarlığı xeyli dərəcədə 

bu iki sistemin qarşılıqlı əlaqələrinin qurulma səviyyəsindən asılıdır. İdarəetmə prosesinin fasiləsizlik 

xüsusiyyəti qeyd edilən sistemlər arasında qarşılıqlı  əlaqələrin fasiləsiz təmin edilməsi zərurətindən 

doğur.  Əgər hər hansı bir səbəbdən idarəedən sistemdə  qərarların qəbul edilməsində  və onların 

idarəedən sistemə ötürülməsində fasilələr baş verərsə, bu istehsal prosesində fasilələrə, boş 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

655



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

dayanmalara səbəb olar və nəticədə itgilərə yol verilər. Belə vəziyyətlərin baş verməsi, idarəetmə və 

istehsal proseslərinin fasiləsizliyinin təmin edilməsi üçün idarəetmə  qərarlarının qəbul edilməsi və 

icraçıya çatdırılması istehsal prosesini qabaqlamalıdır. 

İdarəetmə strategiyasının xüsusiyyətlərindən biri də idarəetmə  mərhələləri və pillələrinin 

təkrarlanmasıdır. İdarəetmə fəaliyyətinin nəticəsi idarəedilən sistemin arzu olunan, şəraitin tələb etdiyi 

yeni vəziyyətə  gətirməkdən ibarətdir. Bu isə öz növbəsində idarəetmənin yeni məqsədinin forma-

laşmasını  və ya mövcud vəziyyətə uyğun  əvvəllər müəyyənləşdirilmiş  məqsədə müəyyən dəyişik-

liklərin edilməsini nəzərdə tutur. Bu zaman idarəetmə prosesinin mərhələləri təkrarlanır. Bəzən isə 

idarəetmənin məqsədinin dəyişdirilməsinə ehtiyac olmur. Bu halda idarəetmənin məqsədinə çatmağın 

daha səmərəli yolunun axtarılması zərurəti meydana çıxır ki, bu da idarəetmə prosesinin pillələrinin 

təkrarlanması ilə nəticələnir. 

İdarəetmə strategiyasının mərhələlərinin və əsas əməliyyatlar qrupunun ciddi ardıcıllığı onun əsas 

xüsusiyyətlərindəndir. Bir qayda olaraq əgər idarəetmə prosesində ciddi ardıcıllıq gözlənilmirsə, bir 

sıra  əməliyyatlar və  mərhələlər yerinə yetirilmirsə, o, qeyri-səmərəli olur. Belə olduqda idarəetmə 

prosesi qarşıda duran məqsədə çatmağa şərait yaratmır. 

Bəzi hallarda idarəetmə  qərarı  qəbul edilərkən istehsalın, işin mövcud vəziyyəti hərtərəfli 

araşdırılmır və tam nəzərə alınmır. Bu o zaman baş verir ki, təhlil əməliyyatları ya aparılmır, ya da 

natamam yerinə yetirilir. Nəticədə istehsalın vəziyyətinə uyğun gəlməyən valyuntarist qərarlar qəbul 

olunur. Bəzən digər hallara da təsadüf edilir-qərar qəbul edilərkən ancaq mövcud şərait nəzərə alınır, 

istehsalın əsas məqsədi diqqətdən yayınır. Bu halda qəbul edilən qərarlar ziddiyyətli xarakter daşıyır 

və uzun müddətli olmur. Nəzərə almaq lazımdır ki, məqsəd qərarların məcmusunu sistemləşdirir, 

onlara ümumi istiqamət verir; şərait – qərarın praktiki əhəmiyyətini müəyyənləşdirir. Buna görə  də 

idarəetmə prosesinin bütün mərhələləri zəruridir və onlar ardıcıl olaraq yerinə yetirilməlidir. 

Müasir bazar iqtisadiyyatı  şəraitində istehsalın idarə edilməsinin  təkmilləşdirilməsi, az xərclə 

dahaçox məhsul istehsal edilməsinin təşkili, çevik idarəetmə quruluşunun formalaşdırılması  hər bir 

müəsissənin qarşısında duran əsas vəzifələrdən hesab olunur. Bu təsərrüfat-istehsal fəaliyyətinin 

səmərəli təşkili və idarə edilməsi üçün hərtərəfli əsaslandırılmış qərarların qəbul edilməsinin təşkilinin 

əsasıdır ki, ona da idarəetmə strtegiyasının təkmilləşdirilməsi yolu ilə nail olmaq mümkündür.  

 

 

 

MENECMENTDƏ KADRLARIN ÖYRƏDİLMƏSİ VƏ YENİDƏN 

HAZIRLANMASI 

 

Şöhrət ƏLİYEVA 

Sumqayıt Dövlət Universiteti 



sh_aliyev@mail.ru 

AZƏRBAYCAN 

 

Kadrlardan istifadənin səmərəliliyinin  əsas istiqamətlərindən biri də müəssisənin işçilərinin 



hazırlanması, öyrədilməsidir. 

Hazırlanmanın aşağıdakı növləri mövcuddur: xüsusiləşdirilmiş müəssisələrdə istehsalatdan ayrıl-

mamaqla hazırlıq; xüsusiləşdirilmiş müəssisələrdə istehsalatdan ayrılmaqla hazırlıq; xüsusiləşdirilmiş 

müəssisələrdə eksternat üsulu ilə attestasiyalı hazırlıq; attestasiyasız öz-özünə öyrənmə; iş yerində 

hazırlıq. 

Daxili istehsal təhsil prosesi xətti rəhbərliyin bilavasitə  vəzifəsi və kadr potensialının inkişaf 

strategiyasının ayrılmaz hissəsidir. Bu da işçilərin hazırlanması və yenidən hazırlanmasının səmərəli 

sisteminin yaradılmasını tələb edir. Hər bir işçi kateqoriyası üçün hazırlıq və yenidən hazırlığın xüsusi 

alt sistemini işləyib hazırlamaq lazımdır. 

Təhsilin və hazırlığın müxtəlif təşkilati formaları mövcuddur. Mütəxəssisin təhsil və öyrətmə 

prosesinin təşkili üçün öyrətmə və ya təhsil modelindən istifadə edirlər. Bu da işçilərin idarə olunması 

üzrə menecerin işinin əsası üçün tətbiq oluna bilər. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

656



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Təhsilə, öyrətməyə olan təlabatın müəyyənləşdirilməsi müxtəlif səviyyələrdə: müəssisə, şöbə, iş 

yerləri və  s. həyata keçirilə bilər. Bu, yeni işin mənimsənilmə nəticələrindən, xidmətdə irəliləyişdən, 

qanunvericilikdə olan dəyişikliklərdən, yenidən təşkil etmədən, attestasiyadan və s. asılıdır. 

Son mərhələ  təhsilin nəticələrinin qiymətləndirilməsi adlanır. Bu mərhələdə  təhsilin nəticələri 

müəyyənləşir, hazırlığın dərəcəsi, təhsilin iqtisadi səmərəliyi, qoyulan xərclərin ödəncliyi aşkarlanır. 

Burada əsas amil mövcud təhsil metodlarını bilmək və onlardan idarə etmə fəaliyyətində səmərəli 

şəkildə istifadə etməkdir. Müxtəlif mövcud metodların içərisindən aşağıdakıları ayırmaq olar: öz-

özünü təkmilləşdirmə, iş yerində  təhsil, vəzifə öhdəliklərinin daxil edilməsi, işlərin rotasiyası, 

təkmilləşdirmənin planlı kursları, aktiv öyrətmə, distansional təhsil, məsləhətvermə və s. 

Müəssisənin rəhbərliyi bu və ya digər işçi kateqoriyası, ya da ayrıca işçi üçün hansı metodun 

məqbul olduğunu müəyyən etməli və  qərar çıxarmalıdır. Təhsil metodlarının düzgün seçilməsinə 

aşağıdakı suallar kömək edə bilər: nə haqqında fikirləşmək lazımıdr? təhsilin seçilməsi zamanı  nəyi 

nəzərə almaq lazımdır? (texnalogiyanın dəyişməsi, qanunvericiliyin dəyişməsi üzrə informasiya və s.); 

sizin işçinizin öyrədilməsi və  təhsili üçün kifayət qədər ixtisaslı, yüksək səviyyəli kadrlar kimdir?; 

ixtisaslaşmaya nə qədər vaxt ayrılır?; ixtisaslaşma neçəyə başa gələcək?; alınan bilik və informasiya 

çəkilən xərci ödəyəcəkmi? 

Distansional təhsilə xüsusi fikir vermək lazımdır. Bunun üstünlüyü ondan ibarətdir ki, bu cür 

təhsil iş yerinin harada yerləşməsindən asılı deyil. Müasir texnika distansion təhsilin intensivliyini və 

diapazonunu genişləndirmişdir. Video kassetlər, bir çox hallarda onların kompüterə birləşdirilməsi 

təhsil alana əlavə stimul verməyə imkan verir. Belə ki, dinləyicinin peşəkar müəllimlərin, aparıcı 

professorların, yüksək ixtisaslı mütəxəssilərin müəyyən sahədə biliklərini bilavasitə müşahidə etmək 

imkanı olur. Dinləyici həmçinin yaxş işlənmiş metodiki göstərişlər və tədris ədəbiyyatını da alır. 

İşçilərin idarə olunması xidmətinin rəhbəri  mütləq təhsilin nəticələrini qiymətləndirməlidir. 

Nəticələr bir çox suallar üzrə qiymətləndirilir. Bu hər  şeydən  əvvəl tədris prosesinin iştirakçılarının 

reaksiyasdır: tədris kursunun məzmunu onların nə dərəcədə xoşuna gəlmişdir? proqram maraqlı idimi? 

və s. Sonra dinləyicilərdə yeni faydalı biliklərin yaranmasına nəzarət etmək lazımdır. Üstün 

keyfiyyyətlər kimi peşəkarlıq, texniki vərdişlər nəzərdə tutulur. 



Cədvəl 1. Karyeranın və təlabatların mərhələləri 

S.s. Mənsəbə 

çatmanın 

mərhələləri 

Yaş  

həddi 

Mənsəbə çatmanın 

təlabatları 

Mənəvi təlabatlar Fzioloji 

və maddi 

təlabatlar 

1. Qabaqcadan 

və 

ilk iş olaraq 



25 yaşa 

qədər 


Təhsil, müxtəlif işlərdə sınaq Özünü 

təsdiqləmənin 

başlanğıcı 

Mövcud olmanın 

təhlükəsizliyi 

2. Təşəkkül tapma 

30 yaşa 

qədər  


İşin dərk edilməsi,vərdişlərin 

qazanılması, peşəkar 

mütəxəssisin və ya rəhbərin 

formalaşması 

Özünü təsdiq, 

müstəqilliyin əldə 

edilməsinin başlanğıcı 

Mövcud olmanın 

təhlükəsizliyi, sağlamlıq, 

əmək haqqının normal 

səviyyəsi 

3. 


İrəliləyiş 45 

yaşa 


qədər 

Xidməti pillələr üzrə 

irəliləyiş, yeni vərdişlərin və 

təcrübələrin qazanılması, 

peşəkarlığın artması 

Özünü təsdiqin artması, 

böyük müstəqilliyin 

əldə edilməsi, özünü 

idarə etmənin 

başlanğıcı 

Sağlamlıq, əmək 

haqqının yüksək 

səviyyəsi 

4. Sabitlik 

saxlanma 



60 yaşa 

qədər 


Peşəkar mütəxəssis və ya 

rəhbərin 

təkmilləşdirilməsinin zirvə 

dövrü, öz peşəkarlığının 

yüksəlməsi, cavanların 

öyrədilməsi 

Müstəqilliyin 

stabilləşməsi, özünü 

idarənin artması, 

hörmət etmənin 

başlanğıcı 

Əmək haqqı səviyyəsinin 

artması, digər gəlir 

mənbələrinə maraq 

5. Başa çatma-

tamamlanma 

60  yaşdan 

sonra 


Tədaüdə getməyə hazırlıq, 

özünü əvəz etməyə kimi isə 

hazırlamaq və təqaüddə yeni 

fəaliyyət növünə hazırlıq 

Özünə hörmətin 

stabilləşməsi, hörmətin 

artması 

Əmək haqqının 

səviyyəsinin saxlanması, 

digər gəlir mənbələrinə 

marağın artması 

6. Təqaüd 65 

yaşdan 

sonra 


Yeni fəaliyyət növü ilə 

məşğulluq 

Yeni fəaliyyət növündə 

özünü ifadə, hörmətin 

stabilləşməsi 

Təqaüdün ölçüsü, digər 

gəlir mənbələri, 

sağlamlıq 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin