IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
635
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
- создание экономических рычагов и стимулов в целях заинтересованности
природопользователей в соблюдении норм и правил природопользования, рациональном
использовании и воспроизводстве природных ресурсов.
- обеспечение экологической безопасности.
Одной из основных задач эколого-экономической политики Республики Узбекистан
является достижение существенного улучшения качества окружающей среды на территориях с
повышенной степенью риска для здоровья человека и стабильности экосистем:
Сарыассийский район Сурхандарьинской области (влияние Таджикского алюминиевого
завода);
приграничное с Таджикистаном и Кыргызстаном территории -Ташкентской и
Ферганской областей (радиоактивные отходы) ;
Приаралье (усыхания Аральского моря) и др. и предупреждение ухудшения качества
окружающей среды на остальной территории.
Краткое заключение
Природно-экологические особенности территории и особенности историко-экономичес-
кого развития оказывают существенное влияние на процесс взаимоотношения человека,
общества и природы, формирования и развития экосистем. Антропогенное воздействие на
экосистему постепенно снижало регулирующую функцию природы, устойчивость и интенсив-
ность биопродукционного воспроизводственного процесса. Создается объективная угроза
потери равновесия биосферы в государственно – региональном масштабе, которая оказывает
негативное влияние на глобальное развитие экосистем планеты в целом.
Развитие промышленности и сельского хозяйства не всегда сопровождалось адекватным
развитием природоохранных мероприятий, что привело к нарушению экологического рав-
новесия.
Переход экономики Республики Узбекистан к рыночным методам регулирования выдви-
гает новые требования к природопользованию и охраны природы, к определению критериев
оценки эколого-экономических отношений, внедрению -учитыванию факторов окружающей
среды при выработке и проведении экономической стратегии правительства.
Одной из основных задач эколого-экономической политики Республики Узбекистан
является достижение существенного улучшения качества окружающей среды на территориях с
повышенной степенью риска для здоровья человека и стабильности экосистем:
Сарыассийский район Сурхандарьинской области (влияние Таджикского алюминиевого
завода),
приграничное с Таджикистаном и Кыргызстаном территории -Ташкентской и
Ферганской областей (радиоактивные отходы) ;
Приаралье (усыхания Аральского моря) и др. и предупреждение ухудшения качества
окружающей среды на остальной территории.
NEFT-QAZ GƏLIRLƏRINDƏN ISTIFADƏNIN
SƏMƏRƏLILILIYININ ARTIRILMASI
Yaşar BAYRAMZADƏ
AMEA
ybayramzade@yahoo.com
AZƏRBAYCAN
Neft-qaz gəlirlərdən səmərəli istifadə istiqamətlərinin təhlili və öyrənilməsi həm ölkədə
makroiqtisadi tarazlığın qorunması həm də iqtisadiyyatın dinamik inkişafının təmini baxımından
mühüm əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun, o cümlədən regionların inkişafı, neft-qaz
gəlirlərinin gələcək nəsillər arasında ədalətli bölgüsü, bu mənada həlli vacib məsələlərdir. Neft-qaz
ehtiyatları ilə zəngin ölkələrin əksəriyyəti bu kimi problemlərin həllinin ən optimal variantını neft
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
636
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
fondu təşkil etməkdə görür ki, bu da milli valyutanın real mübadilə məzənnəsinin artmasının qarşısının
alınması, fiskal intizamın qorunması, əldə olunan gəlirlərin gələcək nəsillər arasında ədalətli
bölgüsünün təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı milli iqtisadiyyatın
inkişafı, sağlam makroiqtisadi mühitin formalaşdırılması və makroiqtisadi tarazlığın qorunması
karbohidrogen ehtiyatların ixracından əldə olunan gəlirlərin düzgün istifadəsi və idarəsi ilə sıx
bağlıdır.
Respublikada karbohidrogen ehtiyatlarının geniş miqyaslı istismarı ilə əlaqədar bir tərəfdən neft-
qaz gəlirlərinin 2008-ci ildən başlayaraq kəskin artması, digər tərəfdən mövcud neft-qaz ehtiyatlarının
nisbətən qısa müddətdə tükənmə ehtimalı, böyük həcmdə xarici valyutanın daxil olması şəraitində
ölkədə bərqərar olan makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün
saxlanması ilə yanaşı, onlardan indiki nəslin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft
sektorunun inkişafının stimullaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi neft və
qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın qəbul edilməsi zərurətini gündəmə
gətirmiş, ölkə prezidentinin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə fonda toplanmış vəsaitlərin idarə
olunma prinsiplərini müəyyən və 2005-2025-ci illəri əhatə edən “Neft və qaz gəlirlərinin idarə
olunması üzrə uzunmüddətli strategiya”sı təsdiq edilmişdir. Bu strategiya eyni zamanda neft-qaz
gəlirlərinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq respublikanın payına düşən mənfəət nefti və
ARDNF-in qanunvericiliklə müəyyən edilmiş digər gəlirləri; hasilatın pay bölgüsü sazişlərinə əsasən
sərmayəçilər tərəfindən dövlət büdcəsinə ödənilən mənfəət vergisi; ARDNŞ-in neft-qaz hasilatı ilə
bağlı vergi ödənişləri və dövlət büdcəsinə digər ödənişlər; ARDNŞ-in təsisçisi olduğu neft-qaz hasilatı
ilə məşğul olan müştərək müəssisələrin dövlət büdcəsinə vergi ödənişləri kimi əsas gəlir mənbələrinə
uyğun neftin və qazın satışından ARDNF-a və dövlət büdcəsində toplanan gəlirlərin idarə edilməsini
nəzərdə tutur.
Neft-qaz gəlirlərinin artmasının insan kapitalına sərmayələrin azalması, iqtisadiyyatda inhisarçı
meyllərin güclənməsi, qeyri-neft sektorunun inkişafının zəifləməsi, beləliklə ölkənin idxaldan asılı
vəziyyətə düşməsi kimi fəsadlar törətmə ehtimalı yüksəkdir. Belə fəsadların önlənməsi məqsədilə neft-
qaz gəlirlərinin yığımı və xərclənməsi üçün xüsusi proqram hazırlanmalıdır. Xüsusilə iqtisadiyyatda
yarana biləcək “holland sindromu”na bu mənada diqqət yetirilməsi zəruridir. Bu sindromu
səciyyələndirən əsas əlamətləri “neft dolları”nın valyuta bazarına daxil olaraq milli valyutanın dəyərini
artırması, bunun nəticəsi olaraq da ixrac məhsullarının rəqabət qabiliyyətinin azalması, xarici ticarətdə
iştirak etməyən istehsal sahələrinin güclənərək ölkənin perspektiv iqtisadi təhlükəsizliyini xüsusilə
neftin qiymətinin dəyişməsinə bağlı olaraq yaranacaq iqtisadi şoklara dayanıqlığı və dövlət büdcəsinin
neft gəlirlərindən asılı olması baxımından təhdid etməsi, əmək, kapital resurslarının rəqabət qabiliyyəti
azalan sahələrdən digər sahələrə axını, ölkənin tədricən idxaldan asılı vəziyyətə düşməsi olaraq
sadalamaq mümkündür. “Holland sindromu” iqtisadiyyatda təbii sərvətlərin ixracından əldə olunan
gəlirlərin əsasən ölkə daxilində xərclənməsi ilə meydana gələn “xərclər effekti” və ixracatdan əldə
olunan gəlirlərinin ölkə daxilində xərclənməsinin birbaşa xarici valyutaların yerli valyutaya çevirməsi
ilə meydana gələn resursların hərəkəti effekti kimi özünü büruzə verir. Bütün bu amillər isə öz
növbəsində yerli valyutaya tələbi yüksəltdiyindən onun dəyərini artırır. Beləliklə, ölkədə istehsal
olunan məhsulların maya dəyəri artır və rəqabətqabiliyyətliliyi azalır ki, bu da ölkənin idxaldan asılı
vəziyyətə düşməsi, iqtisadiyyatın birtərəfli inkişafı, cəmiyyətin istehsal edən yox əsasən istehlak edən
cəmiyyətə çevrilməsi ilə nəticələnir.
İnstitusional islahatların sürətlənməsi, neft gəlirlərinin, eyni zamanda ictimai xərclərin şəffaflığı-
nın təmin olunması, vahid iqtisadi sahəyə malik olan iqtisadiyyatla müqayisədə iqtisadi böhranlar və
şoklar baxımından daha etibarlı olması səbəbi ilə iqtisadiyyatın dərin və geniş diversifikasiyası da neft
gəlirlərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə iqtisadiy-
yatın dərin və geniş diversifikasiyası iqtisadiyyatda risk və onun meydana gətirdiyi fəsadlar müxtəlif
sahələr arasında paylanması baxımından əhəmiyyətlidir. Əgər bir sahə tənəzzülə uğrayırsa digər
sahələr ümumi ölkə iqtisadiyyatının daha çox zərər görməsinin qarşısını alır. Belə vəziyyət makroiq-
tisdai tarazlığın qorunması, məşğulluğun təmin olunması, idxaldan asılılığın azaldılması ilə yanaşı
əlavə valyuta daxil olmalarının artırılması baxımından da vacibdir. Bu mənada qeyd olunmalıdır ki,
neftin qiymətindəki dalğalanmaların əvvəlcədən proqnozlaşdırılması və preventiv tədbirlərin görül-
məsi o qədər də asan məsələ deyil. Belə ki, əgər daha öncələr dünyada, əsasən də neftlə zəngin
ölkələrdə baş verən siyasi gərginliklər birjalarda neftin qiymətinin yüksəlməsinə səbəb olurdusa indi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
637
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
(2015 ilin əvvəlindən) biz bunun əksini, hətta kəskin ucuzlaşma müşahidə edirik. Bu da yenə də öz
növbəsində gələcəkdə neft-qaz gəlirlərindən asılılığın bu vəya digər formada ölkə iqtisadiyyatı üçün
təhditlərinin minimuma endirilməsi baxımından neft-qaz hasilatından əldə olunan gəlirlərin qeyri-neft
sektorunun inkişafına yönəldilməsini, bu sahədə inkişafın təmin olunmasının zəruriliyini göstərir.
Respublikada 2015-ci ilin əvvəlində baş verən hadisələr də bunu deməyə əsas verir. Belə ki, neftin
qiymətindəki kəskin ucuzlaşma bir tərəfdən respublikanın gəlirllərinin və beləliklə də büdcə
gəlirlərinin azalmasına, digər tərəfdən ölkənin valyuta ehtiyatlarının sürətlə əriməsinə səbəb oldu.
Nəticədə hökumət manatın dəyərini ucuzlaşdırmaq (devalvasiya) məcburiyyətində qaldı ki, belə
kəskin dəyişikliklər ölkə iqtisadiyyatının dayanıqlı və davalı inkişafı baxımından arzu olunan
deyil.Yaxın vəortamüddətli dövrdəneft-qaz ixracından əldə olunan gəlirlər hesabına bölgələrin
hərtərəfli inkişafı göstəricilərinin artım tempinin optimal səviyyəsinin müəyyənləşdirilərək ona uyğun
dövlət siyasəti qurulması tədbirləri də bu mənada maraqlıdır.
Nəticə
Neft-qaz gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın dərin və geniş diversifikasiyası ilə yanaşı
insan kapitalına sərmayələrin artırılmasını, iqtisadiyyatda inhisarçı meyllərin zəiflədilməsini, qeyri-
neft sektorunun və regionların tarazlı inkişafının gücləndirilməsini zəruri edir. Bu mənada onun
yığımı, xərclənməsi və digər müvafiq tədbirlərlə bağlı xüsusi proqram işlənib hazırlanmalıdır.
İNNOVASİYA PROSESLƏRİNİN TƏNZİMLƏNMƏSİ
Vüqar MURADOV
Qafqaz Universiteti
vmuradov@qu.edu.az
AZƏRBAYCAN
İnnovasiya proseslərinin tənzimlənməsi bir çox ölkələrdə dövlətin sosial-iqtisadi sahədə
yürütdüyü siyasətin əsas tərkib hissəsi olan innovasiya siyasəti vasitəsilə həyata keçirilir. Bu siyasətə
uyğun olaraq ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq innovasiya
strukturlarının, başqa sözlə innovasiya mərkəzlərinin, texnoloji biznes-inkubatorların, texnoparkların
yaradılması vacibdir.
Texnoloji zona ərazisində hər bir innovasiya müəssisəsi müstəqil hüquqi şəxsdir. Ona görə də,
texnopark onlara bu və digər formada təzyiq edə bilməz. Bir çox firmalar qeyri-aksioner cəmiyyət
kimi fəaliyyət göstərməklə bütün hüquqları, o cümlədən, intellektual mülkiyyət hüququnu da özlərində
saxlayırlar. Bütün texnoloji zonalar ilk zamanlar ümumi problemlərlə qarşılaşır. Bu əsasən, ondan irəli
gəlir ki, innovasiya layihələrinin normal tənzimlənməsi üçün hüquqi baza olmur. İnnovasiya sistemini
inkişaf etdirilməsi üçün müvafiq qanunlar olması vacibdir. Texnopark da milli innovasiya sisteminin
bir elementi kimi bu qanunvericilik aktlarından istifadə edə bilər. Eyni zamanda kiçik sahibkarlıqla,
kiçik innovasiya sahibkarlığına münasibətlər bütün səviyyələrdə fərqli olmalıdır.
İnnovasiya fəaliyyəti üçün əlverişli hüquqi mühitin yaradılması aşağıdakı istiqamətlərdə
qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur:
- intellektual fəaliyyətin mühafizəsi, istifadəsi və müdafiəsi;
- innovasiya fəaliyyətinin saxlanılması üçün elmi-texniki və hərbi-texniki informasiya
resurslarından istifadəni nizamlamaq üçün hüquqi normaların müəyyən edilməsi;
- İnnovasiya sistemlərinin formalaşdırılması üzrə regional icra, yerli özünüidarə orqanlarının
qüvvələrinin birləşdirilməsi üçün hüquqi şəraitin yaradılması;
- Vergi, gömrük və qiymət siyasətinin işlənərəkyeni texnologiyalar istehsalında həyata keçirilməsi,
- İnnovasiya fəaliyyətinin maliyyələşdirilməsi üçün şəxsi investisiyaların cəlb olunması məqsədilə
əlverişli mühitin formalaşdırılmasına yönəldilmişnormativ-hüquqi bazanın yaradılması;
- Elmi tutumlu innovasiya layihələri sahəsində vençur sahibkarlığın inkişafı üçün institutsional və
hüquqi mühitin yaradılması.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
638
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Elmi, texniki və innovasiya fəaliyyətin dövlət tərfindən saxlanılan və tənzimlənən sahələrinə
maliyyə, elmi kadrların hazırlanması və saxlanılması, elm və yüksək texnologiyalar dövlət sektorunun
strukturunun təkmilləşdirilməsi, elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət
əmlakından istifadənin səmərəliliyinin yüksəldilməsi, elmi və elmi-texniki fəaliyyətin nəticələrindən
səmərəli istifadə və onların kommersiyalaşdırılması üçün şəraitin yaradılması sahələrini aid etmək
olar.
İstənilən innovasiya fəaliyyəti sahibkarlıq fəaliyyətidir və o, yeni ideyaların axtarışına (yeni
məhsuldan yeni struktura qədər), vacib resursların axtarışına, müəssisənin yaradılması və idarə
olunmasına, pul gəlirinin əldə olunmasına əsaslanır.
Hüququ bazanın təhlili göstərir ki, innovasiya fəaliyyətinin nizamlanmasına yönəldilmiş
normativ-hüququ aktları aşağıdakı əlamətlərə görə təsnifləşdirmək mümkündür:
1. Normativ-hüquqi aktların hüquqi qüvvəsi (ölkə qanunları, regional və bələdiyyə normativ-hüquqi
aktları, müəssisələrin lokal aktları);
2. Normativ-hüquqi aktların normativ məzmunu (ümumi hüquqi mətnlər və ya xüsusi hüquqi
nizamlanma);
3. Normativ-hüquqi aktların sahəvi mənsubiyyəti;
4. Xalq təsərrüfatı sahələri üzrə normativ-hüquqi aktlar;
5. Regional istiqamət üzrə normativ-hüquqi aktlar.
ENERGETIKA SƏNAYESİ VƏAZƏRBAYCANDA TƏTBİQİ
T
ürkan
HÜSEYNOVA
Qafqaz Universiteti
turka.quseynova@gmail.com
AZƏRBAYCAN
Energetika günümüzdəki artan əhəmiyyəti ilə, həyat qaynaqlarından biri halına gəlmişdir. Ayrıca
ictimai və iqtisadi inkişafda ən əhəmiyyətli vəsaitlərdən biri olan energetika, həyat standartlarının
artırılmasında və davamlı bir inkişafın yaradılmasında əhəmiyyətli faktorlardandır.
Azərbaycanda energetikanın inkişafı neft sanayesinin sürətli inkişafı ilə əlaqələndərəlir.
Azərbaycan ərazisinin 70%-i neftli-qazlıdır. Hazırda Azərbaycanda 70-ə yaxın neft yatağı vardır ki,
bunun da 50%-i quruda, 20-si isə dənizdədir. Indiyə qədər Azərbaycanın neftinin 2/5-i mənimsənilib.
Enerji təhlükəsizliyi problemi beynəlxalq əlaqələrində ölkələrin və onların meydana gətirdikləri
müxtəlif birliklərin öz təhlükəsizliklərini təmin etmələri baxımından ən aktual mövzu halına
çevrilmişdir. Müasir sistemdə iqtisadi inkişaf hidrogen qaynaqlı enerjinin istehlakı ilə birbaşa
əlaqəlidir. Hal hazırda iqtisadiyyatların inkişafına bağlı olaraq artan enerji ehtiyacına baxmayaraq
enerji ehtiyatlarının məhdud olması, enerji qaynaqlarında davamlılıq təmin etmək vacibliyini
doğurmuşdur.
Son dövrlərdə dünya ölkələri özlərinin yanacaq – energetik balansına yeni enerji mənbələrinin
cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, dalğa, qabarma – çəkilmə, kiçik çayların hidroloji
enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ enerji mənbələrinin
potensial imkanları sonsuzdur. Onların ekoloji təmizliyi heç kəsdə şübhə doğurmur.
Energetikanın bütün sektorlarda istifadə sahəsinə sahib olması, enerji qaynaqlarının qeyri-kafi
olması, artan əhali və texnoloji tərəqqinin sürətlənməsiylə enerjinin əhəmiyyəti artmış və onun daha
məhsuldar istifadə edilməsini təmin etmək məqsədi ilə enerji tələb təxmin modelləşmələrinə üstünlük
verilmişdir. Enerji qaynaqları baxımından zəngin olan Azərbaycan, müstəqilliyini qazandıqdan sonra,
bənzər bir problemlə qarşı-qarşıya gəlmişdir.
Azərbaycanda vahid energetika şəbəkəsi yaradılmışdır.
O, Rusiya, Iran, Türkiyə və Gürcüstan enerji şəbəkəsi ilə əlaqələndirilmişdir. Azərbaycan hazırda
Gürcüstana enerji verir. Naxçıvana isə enerji Türkiyə və Irandan daxil olur. Gələcəkdə külək, günəş
(xüsusilə Abşeron-Qobustanda) və geotermal-isti sulardan enerji və istilik alınacağı planlaşdırılır.
Onlar ekoloji cəhətdən təmiz və ucuzdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
639
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Enerji tələbi, gündəlik istehlak və iqtisadi fəaliyyətlərin reallaşması üçün fərdlər və müxtəlif
təşkilatlar tərəfindən tələb edilən enerji miqdarıdır. Enerji ölkələrin, iqtisadi böyümə, ictimai inkişafı
və həyat standartlarının artırılmasında əhəmiyyətli olmaqdadır. Enerji, iqtisadiyyatın tələb və təklif
qismində əhəmiyyətli faktorlar içərisində iştirak etməkdədir. Tələb tərəfindən baxıldığında
istehlakçıların faydalarını maksimum etmə məqsədiylə tələb etik bir məhsul olaraq iştirak edərkən;
təklif tərəfindən isə əmək, sərmayə və xammalın yanında təməl faktor olaraq istehsalda iştirak
etməkdədir.
Məqalənin məqsədi energetika anlayışının, energetikanın dünya şəraitində ki əhəmiyyətinin
açıqlanması,energetika məhsuldarlığı anlayışının öyrənilməsi, Azərbaycan da olan əhəmiyyəti və son
olaraq yaradılan model dəyişənlərin araşdırılıb ekonometrik analizlər istifadə olunaraq əldə edilən
nəticələrin açıqlanmasından ibarətdir.
Məqalənin məqsədinə uyğun olaraq qarşıya aşağıdakı vəzifələr qoyulmuş və məntiqi ardıcıllıqla
araşdırılmışdır:
- Dünya energetika resurslarının, energetika infrastrukturunun, energetika bazarlarınin
qiymətləndirilməsinin konkret problemləri;
- Ölkənin enerji mədəniyyəti üzrə ümumi baxışları;
- Gələcəkdə innovativ və ekoloji yönümlü energetika inkişafının strateji istiqamətlərini
öyrənmək;
Növbəti on illik ərzində iqtisadi inkişaf və əhali artımı ilə bağlı əhəmiyyətli dərəcədə enerji isteh-
lakinin artması gözlənilir. Bu təchizat sisteminin təzyiqinin artmasına səbəb olacaq və enerji səmə-
rəliliyinə yüksək diqqət tələb edəcək. Enerji mövcudluğu iqtisadi inkişaf üçün əsas amildir və həyat
keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.Ətraf mühitə enerji təsirinin probleminin həlli kimi tez-
tez enerjinin qənaət edilməsi təklif olunur.
Son illərdə dünyadakı əhali artımı, inkişaf edən sənaye sektoru, energetika qiymətlərindəki artım
və qalıq ehtiyatlarının tükənmə meylində olması energetika siyasətinin yenidən nəzərdən keçirilməsi,
təklif- tələb analizlərinin əhəmiyyətini artırmışdır. Energetika ehtiyatlarının təklif-tələb təhlili, ölkənin
ümumi enerji siyasətinin yaradılmasında böyük əhəmiyyət kəsb edir.
AZƏRBAYCAN İQTISADİYYATINDA LOGİSTİK SİSTEMİN MÜASİR
VƏZİYYƏTİNİN TƏHLİLİ
Samir MƏMMƏDOV
“Azərsu”ASC
samir.mammadov.86@mail.ru
AZƏRBAYCAN
Azərbaycan Respublikasında logistik fəaliyyətin formalaşması prosesinin davam etməsi onu bir
sıra çatışmazlıqlarla müşayət edir, bu isə axın proseslərinin sürətini azaldaraq logistik elementlerin
müxtəlif kanallarda ləngiməsinə səbəb olur. Tədqiqatlar göstərir ki, ölkəmizdə logistik fəaliyyət əsasən
aşağıdakı formalarda həyata keçirilir:
Nəqliyyat və anbar təsərrüfatı;
Poçt göndərmələri;
Ayrı-ayrı müəssisələrin logistik xidmətləri.
Dünya Bankının 2014-ci ildə Azərbaycanın Logistik Performans İndeksini (LPİ) 160 ölkə
sırasında 154-cu təsnifata və 2,75 xala layiq görmüşdür. Burada təsnifləşdirmə Gömrük, İnfrastruktur,
Beynəlxalq daşımalar, Logistik qabiliyyət, Logistik elementlərin izlənməsi və müşayət olunması,
Zəruri vaxtda meyarları üzrə aparılır. Azərbaycanın LPİ hər bir meyar üzrə belə təsnifləşdirilir:
Gömrük – 2,57; İnfrastruktur – 2,71; Beynəlxalq daşımalar – 2,57; Logistik qabiliyyət – 2,14; Logistik
elementlərin izlənməsi və müşayət olunması – 2,14; Zəruri vaxtda – 2,57. Sərhəd keçid əməliyyatları
üzrə Azərbaycan 177-ci yerə malikdir. Belə ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda sərhəd
keçid əməliyyatları üzrə sənədlərin sayı 6,4 və 4,4 olduğu halda, Azərbaycanda bu göstərici 9 ayrı-ayrı
sənəddən ibarətdir. Bu isə idxal və ixrac proseslərinin 43 və yaxud 46 gündən tez olmayaraq həyata
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
640
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
keçirilməsinə səbəb olur ki, bu göstəriciləri Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri ilə
müqayisə etdikdə analoji rəqəmlər 26,7 və 28,1 gün arasında dəyişir. Bundan başqa, Azərbaycan idxal
və ixrac əməliyyatlarında konteyner daşımaları üçün bahalı ölkə hesab edilir. Yəni, bu göstəricilər 20
fut konteynerlərdə ixrac üçün $2,980, idxal üçün $3,480 təşkil edir. Ümumilikdə, Azərbaycanda
nəqliyyat və ticarət sahəsində təkanverici proseslər aşağıdakı vasitələrdir:
Strateji nəqliyyat dəhlizlərinin layihələndirilməsi, əhəmiyyətli magistral dəmir yolu və
avtomobil yolu marşrutlarının məhdudlaşdırılması, bundan sonra investisiyaların bura istiqamətlən-
dirilməsi, əsas dəmir yolu və avtomobil yolu marşrutlarına müxtəlif təyinatlı fondların diqqətini cəlb
etmək;
Əlaqələndirilmiş hərtərəfli nəqliyyat infrastrukturu yeni qiymətləndirmə tələb edir və
nəqliyyat infrastrukturunun inkişafı investisiyanın yüksək ödəmə qabiliyyətinə malik olur, müxtəlif
formalı infrastrukturda investisiya həcmini tarazlaşdırır və cəlbedici hava/avtomobil/dəmir yolu/dəniz
modal inteqrasiyanı təmin edir;
Yollardan istifadə üçün əlavə ödəniş sistemlərinin təsis edilməsi mövcud maliyyə rejimini
möhkəmləndirir və beləliklə, bu yolların dayanıqlı adekvat istismarına və inkişafına şərait yaradır;
İctimai əhəmiyyətli layihələrdə özəl sektor investisiyaların həvəsləndirilməsinə təşəbbüs
göstərmək;
Azad İqtisadi Zonalar, multimodal karqo şəbəkəsi, logistik mərkəzlər və soyuducu anabar
vasitələrinin inkişafı;
Azad İqtisadi Zonalar, multimodal karqo şəbəkəsi, logistik mərkəzlər və soyuducu anabarlar
üzrə pilot layihələrin yaradılması ilə müasir sərhəd keçid məntəqələrinin nümayiş etdirilməsi
nəticəsində əldə edilmiş təkmilləşdirməni nümayiş etdirmək.
Dostları ilə paylaş: |