IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
615
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
23 % gap between actual and balanced levels coverage during a quarter. Moreover, the exchange rate
does not demonstrate the short term adjustment at all, and interest rate on the short term deposits is
able to make destructive impact on the economic system by going away from the long term
equilibrium. Therefore, the special attention of the regulator should be focused on these two indicators.
The forecasting quality of the model is high, which can be proven by the test that results are presented
in Fig. 1. The forecasting test is based on the real data for 2014 which were included in the building
set and 2015 that are used only for the future values calculation.
Fig. 1. Model based forecast of the consumer price index (CPI, %) and short term
interest rate on deposits (RD_SH, %) for 2014 – 2015
As it is seen from the graph, the model replicates general dynamics and the main turning points of
the interest rate and consumer price index, which is especially important under the course on the
inflation targeting chosen by the National Bank of Ukraine.
To conclude, the innovation of this research is provided by the new approach to modelling, which
includes the use of the complex of techniques for better representation of real system behavior.
Efficiency of the proposed method can be observed from the demonstrated use of it on the base of
Ukrainian monetary sector. High level of forecasting, valuable analytical conclusions about factor
impact on each other, and important measurement of the internal ability of the separate indicators to
adjust to the long term balance after occurred current shocks make the modeling approach useful for
the research and policy making in monetary sphere. Moreover, it can be unlimitedly applied to the
other countries in order to define specific features of the monetary sector and create practical
recommendations for its regulation and stabilization.
AZƏRBAYCANDA PUL SİYASƏTİNİN TRANSMİSSİYASI
MEXANİZMİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Şəhriyar MUXTAROV
Qafqaz Universiteti
smuxtarov@qu.edu.az
AZƏRBAYCAN
Cavid ƏLİYEV
Qafqaz Universiteti
cavidbsns@mail.ru
AZƏRBAYCAN
Mərkəzi banklar, 1980-ci illərdən etibarən pul siyasəti qərarlarının real iqtisadiyyata hansı
müddət və sıxlıqla təsir etdiyini başa düşmək və ictimayət ilə paylaşmaq üçün pul siyasətinin
transmissiyası mexanizmilərini analizlərində aktiv bir şəkildə istifadə etməyə başlamışdır. Pul
siyasətinin transmissiyası mexanizmi ümumilikdə, Mərkəzi Bank tərəfindən qəbul edilən pul siyasəti
qərarlarının iqtisadiyyata ötürülməsiprosesidir. Tərifdə də ifadə edildiyi kimi, Mərkəzi bankın verdiyi
pul siyasəti qərarları real iqtisadiyyata müxtəlif transmissiya kanalları vasitəsi ilə təsir göstərir.
90
95
100
105
110
115
120
125
1Q2013
2Q2013
3Q2013
4Q2013
1Q2014
2Q2014
3Q2014
4Q2014
1Q2015
2Q2015
3Q2015
CPI (Actual)
CPI(Model)
95 % bounds
0
5
10
15
20
25
RD_SH (Actual)
RD_SH (Model)
95 % bounds
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
616
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Pul siyasətinin transmissiyası mexanizmini ümumi olaraq iki addımda müəyyən etmək müm-
kündür. Birinci addım, pul siyasəti qərarları nəticəsində ortaya çıxan dəyişikliklərin bazar faiz
dərəcələri, varlıq qiymətləri, valyuta məzənnəsi kimi maliyyə bazarları alətlərinə ötürülməsi ilə
əlaqədardır. İkincisi isə, bazar şəraitindəki dəyişmələrin istehsal səviyyəsi və inflyasiyanı necə
dəyişdirdiyini göstərir.
Pul siyasətinin yararlı təsirlərinin və nəticələrinin olması üçün Mərkəzi bank, verdiyi pul siyasəti
qərarlarının hansı transmissiya kanalları vasitəsi ilə real iqtisadiyyata təsir göstərdiyini bilməsi son
dərəcə əhəmiyyət kəsb edir. Çünkü, pul siyasəti təsir gücü baxımından çox önəmli siyasət olması ilə
bərabər, bəzən ön görülməyən və ya istənməyən nəticələrə də səbəb ola bilər. Pul siyasətinin transmis-
siyası mexanizmiləri, bu vəziyyətdən qaçmaq və pulun iqtisadiyyatdakı rolunu daha yaxşı analiz etmək
üçün lazımı məlumatları təmin edir. Eyni zamanda Pul siyasətinin səmərəliliyini təmin etmək üçün
müvafiq qərarların iqtisadiyyata optimal ötürülməsi haqqında doğru bir qiymətləndirmə etmək lazımdır.
Pul siyasətinin uzunmüddətli dövrdə bitərəf (neytral) olduğunu müdafiə edən bəzi iqtisadçılar ən
azından qısamüddətli dövrdə, pul siyasətinin iqtisadi fəaliyyətlər üzərində böyük ölçüdə təsirli olduğu
mövzusunda həmfikirdirlər. Son zamanlarda aparılan empirik tədqiqatların çoxu, pul siyasətinin real
iqtisadi fəaliyyətlərə təsir göstərdiyi fikrini təsdiqləməkdədir.
Hər bir ölkənin makroiqtisadi durumuna təsir edən müxtəlif amillər mövcüddur. Bu amillərdə baş
verən dəyişiklik bütövlükdə, makroiqtisadi vəziyyəti dəyişmək gücünə malik ola bilər. Azərbaycan
iqtisadiyyatında pul siyasəti belə amillərdən biri hesab olunur. İqtisadi vəziyyətin yaxşılaşması ölkədə
yaşayan insanların rifah səviyələrinin də yaxşılaşması mənasına gəlməktədir ki, bu da iqtisadi vəziyyətin
yaxşılaşmasında ən vacib amillərdən biri olan pul siyasətinin yaxşı idarə olunmasıyla mümkündür.
Bu çərçivədə səmərəli pul siyasəti həyat keçirmək üçün pul siyasətinin transmissiyası mexaniz-
miləri haqqında doğru bir qiymətləndirmə etmək və ətraflı məlumat əldə etmək lazımdır. Bu da
müvafiq sahədə empirik tədqiqat sayının və müxtəlifliyinin artırılması ilə mümkün ola bilər. Son
dövrlər xarici iqtisadi ədəbiyyatlarda pul siayasətinin transmissiyası mexanizmiləri istiqamətində
çoxsaylı elmi tədqiqat işləri aparılmışdır. Bu mövzü ilə bağlı müxtəlif ölkələrə aid çox sayıda tədqiqat
olmasına baxmayaraq regionda sürətlə inkişaf edən Azərbaycana aid çox az sayıda araşdırma
aparılmıştır. Pul siyasətinin transmissiyası mexanizmiləri ölkə iqtisadiyyatındahəm mikro, həm də
makro səviyyədə mühüm əhəmiyyətə malik olduğundan bu mövzü üzrəelmi tədqiqat işinin aparılması
xüsusi əhəmiyyət kəsb etməkdədir.
Bu tədqiqatın məqsədi pul siyasətinin transmissiyası mexanizmlərini araşdıraraq, müvafiq
transmissiya kanallarının istehsal və qiymət səviyyəsinə necə təsir etdiyini nəzəri olaraq izah etmək və
pul siyasətinin transmissiya kanallarının Azərbaycan iqtisadiyyatında effektiv nəticə verib
verməməsini yoxlamaqdır. Bu araşdırmada 2001:4-2014:3 dövrünü əhatə edən 3 aylıq datalardan
istifadə edilərək həm qısa, həm də uzun müddətli əlaqələni göstərmək üçün vektor xəta düzəltmə
modeli (VECM) istifadə edilmişdir. Əldə edilən nəticələr faiz dərəcəsi və kredit kanallarının
Azərbaycan iqtisadiyyatı üçün önəmli, amma az da olsa fərqli xüsusiyyətlər göstərdiklərini ortaya
qoyur. Eyni zamanda analiz nəticələri Azərbaycan iqtisadiyyatı üçün kredit kanalının faiz kanalına
nisbətən daha önəmli olduğunu göstərir.
NƏQLİYYAT MÜƏSSİSƏSİNDƏ İNVESTİSİYA VƏ İNNOVASİYA
FƏALİYYƏTİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ
Məhəmməd SÜLEYMANOV
Milli Aviasiya Akademiyası
mehemmed_suleymanov05@mail.ru
AZƏRBAYCAN
Nəqliyyat elmi nəqliyyat fəaliyyəti sahəsini maddi istehsalın ayrıca sferası hesab edir. Lakin onu
digər təsərrüfat sahələrindən fərqləndirən müxtəlif cəhətlər vardır. Maddi istehsal sferasına aid olan
əkinçilik, hasilat və emal sənayesindən başqa, inkişafın sənətkarlıq, manufaktura və maşın mər-
hələlərindən keçmiş dördüncü bir sahəsi də vardır ki, bu da nəqliyyat sənayesidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
617
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Nəqliyyat infrastruktur xarakterinə malikdir. Belə ki, maddi istehsalın ümumi şərtidir,
ümumiqtisadi, sosial, mədəni, siyasi əhəmiyyətə malikdir, ümumdövlət təsərrüfat funksiyası yerinə
yetirir. Fəaliyyət növü kimi, sahələrarası xarakter daşıyır və buna görə də onu “sahələrüstü qurum” –
sahələrarası kompleks hesab etmək olar.
Nəqliyyat genişləndirilmiş təkrar istehsal prosesinə, onu sürətləndirməklə, yaxud ləngitməklə,
təsir edə bilir, həmçinin, hazır məhsul kütləsini artırmaqla tədavül prosesində mühüm rol oynayır. Bu
mənada nəqliyyatın maddi istehsala təsiri coğrafi mühitin, faydalı qazıntıların, əmək və digər
resursların təsiri kimidir. Nəqliyyat istehsalının özü də mühüm xüsusiyyətlərə malikdir. Bu onun
maddi-texniki bazasının strukturunda, istehsal fəaliyyətinin xarakterində idarəedilməsinin təşkilində
təzahür edir.
Nəqliyyat istehsalı vasitələrinin daha çox hissəsi (20-25%-dən 80 - 85%-ə qədər) stasionar deyil
və daşınma imkanına malikdir (maşın və təyyarələr, lokomotiv, dəniz donanması və s.), hərəkət edə
bilir və istehsal prosesində hərəkət heyəti adlanan bu aktiv hissə müxtəlif rejimlərdə və təşkilati
formalarda fəaliyyət göstərir.
Nəqliyyatın fəaliyyət rejimi də xeyli dərəcədə özünəməxsusluğa malikdir. Onun istehsal gücünün
yüklənməsinin qeyri-stasionarlığı, bununla da, daşımaların zamana və məkana görə qeyri
müntəzəmliyi xarakterik xüsusiyyətdir. Nəqliyyatın “döyünən” mühitdə, dəyişən istismar şəraitində
fəaliyyət göstərməsi bir tərəfdən nəqliyyat axının idarəedilməsinə insan müdaxiləsini, digər tərəfdən –
istehsal gücündə və nəqliyyat həlqələrində - dəmiryolu sahələri və stansiyalarında, dəniz limanlarında,
aeroportlarda və digər məntəqələrdə zəruri ehtiyatların yaradılmasını tələb edir.
Nəqliyyat yüksək təhlükəliliyə malik istehsal sahələrinə aiddir. Bu, təkcə nəqliyyatda insan
tələfatının çoxluğunda deyil, həm də nəqliyyatın ətraf mühitə mənfi təsirində təzahür edir. Belə ki,
ölkəmizdə yalnız avtomobil yollarında hər il 1000-dən çox insan həyatını itirir (dünyada bu rəqəm
yüzminlərlə ölçülür), ətraf mühitin çirklənməsində nəqliyyatın payına 50% düşür (istilik
elektrostansiyaları - 16%; kənd təsərrüfatı -15%; bütün sənaye sahələri - 14%; digər sahələr -5%
olduğu halda).
Nəqliyyatda məşqul olan işçi heyətinə tələblər də digər insan fəaliyyəti sahələrində olduğundan
fərqlidir. Burada heyətin psixoloji cəhətinə tələb ciddidir, belə ki, nəqliyyatçi peşəsi fəhlə, qulluqçu və
nəqliyyat müəssisəsi rəhbərindən daha çevik təfəkkür, daha cəld reaksiya və geniş dünyagörüşü tələb
edir. Öz növbəsində nəqliyyatda işləmək insanın psixikasına təsirini göstərir. Bütün bunlar nəqliyyat
istehsalının idarə edilməsinin təşkili prosesində nəzərə alınmalıdır.
Ümumiyyətlə, bütün sahələr üzrə bazar iqtisadiyyatı şəraitində müəssisələr rəqabətə davamlılığını
gücləndirmək, öz mövqelərini qorumaq, istehsalın səmərəliliyini, keyfiyyətini artırmaq və s. kimi
vacib məslələrin həlli zamanı investisiya qoyuluşlarını həyata keçiririlər. Əlbəttə, investisiya
qoyuluşlarında ən başlıca məqsəd sahibkarın, dövlətin və digər təşkilatların yüksək mənfəət əldə
etməsindən ibarətdir.
Məlumdur ki, makroiqtisadiyyatda investisiya qoyuluşları ümumi (məcmu) xərclərin tərkib
elementlərindən biridir. Belə ki, fabrik, zavod, yaşayış binalarının tikilməsi, yeni maşın və avadan-
lıqların alınması, həmçinin cari ildə istehsal edilmiş, lakin istehlak olunmamış əmtəə-material
qiymətləri investisiya kimi qəbul edilir.
Mikroiqtisadiyyatda isə investisiya yeni kapitalın istehsalın maddi-əşya elementlərinin yaradıl-
ması, həmçinin şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yiyələnməsnə vəsait sərfi kimi
başa düşülür.
İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasinin Qanununda investisiyaya belə tərif
verilmişdir:
İnvestisiya-gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər
fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən
ibarətdir. [investisiya fəaliyyəti haqqında Azərbaycan respublikasının Qanunu, Maddə 1.]
Yuxarıda qeyd etdiyimiz kimi, müəssisələr xərcin aşağı düşməsi üçün köhnə avadanlıqların yenisi
ilə əvəz edilməsini, işçilərin ixtisas səviyyəsinin yüksəldilməsini, istehsalın və əməyin səmərəli
təşkilini investisiya qoyuluşları vasitəsi ilə həyata keçirirlər.
Bu nəqliyyat müəssisələrində də belədir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, geniş-
ləndirilməsi, nəqliyyat vasitələrinin əldə edilməsi əsasən investisiya fəaliyyətinin nəticəsidir ki, bu
fəaliyyətin formalarından biri də innovasiyadır. Məhz innovasiya fəaliyyətinin həyata keçirilməsi ilə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
618
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
əlaqədar olaraq investisiya prosesi daha geniş forma alır. İnnovasiya prosesi yalnız texniki sahə ilə
məhdudlaşmır.Müxtəlif növlərdən ibarət olan nəqliyyat sahəsinin bütövlükdə mürəkkəb sistem təşkil
etməsi, eləcə də hər nəqliyyat növündə fəaliyyətin çoxşaxəliliyi burada innovasiya fəaliyyətinin də
geniş texniki, texnoloji, təşkilati və sosial yeniliklər kompleksini əhatə etməsini şərtləndirir.
Nəqliyyatda innovasiya fəaliyyəti əsasən bu sahənin texniki inkişaf səviyyəsini, işin keyfiyyətini
və əmək məhsuldarlığını müəyyən edən istiqamətləri əhatə edir. Nəqliyyatın innovasiya inkişafı
məsələlərinin həlli sərnişinlərin və yüklərin daşınmasına olan tələbatın daha dolğun və səmərəli
ödənilməsinə yönəlir. Nəticədə sahədə əmək məhsuldarlığının qaldırılması təmin olunur.
Nəqliyyatda innovasiya fəaliyyətinin konkret istiqamətləri sərnişin və yük daşımalarının
mütərəqqi texnologiyalara keçirilməsi, nəqliyyat kompleksinin bütün həlqələrinin və ilk növbədə
müştəri xidmətlərinin, eləcə də idarəetmənin avtomatlaşdırılması, elektronlaşdırılması,
informasiyalaşdırılmasıdır.
Nəqliyyatın bütün istismar fəaliyyətinin idarə olunması prosesinin tam avtomatlaşdırılması təmin
olunmalıdır. Ilk növbədə əməliyyatların həyata keçirilməsində əl əməyinin ləğv edilməsi,
avtomatlaşdırmanın təmin edilməsi vacibdir, belə ki, aşağı səviyyəli əmək məhsuldarlığı mənfəətin
kəmiyyətini aşağı salır, bu da öz növbəsində bazar iqtisadiyyatı şəraitində nəqliyyat xidmətlərinin
rəqabətədavamlılığının səviyyəsini endirir. Nəqliyyatda avtomatlaşdırmanın daha yüksək səviyyəsi
kompüterləşdirmə ilə bağlıdır ki, bu da nəqliyyatın ayrı-ayrı məsələlərinin – planlaşdırma, uçot,
maddi-texniki təminat və digər məsələlərin həllinin bütün ölkədə nəqliyyat proseslərinin kompleks
idarə olunmasını təmin edər. İnformasiyalaşdırma isə nəqliyyat kompleksinin idarə edilməsinin
təşkilati strukturunun təkmilləşdirilməsi ilə bağlıdır.
Nəqliyyatda innovasiya fəaliyyətinin daha bir sahəsi də Yerin ekologiyasının mühafizəsi ilə
bağlıdır. Belə ki, ekoloji mühitin dağılmasının əsas amillərindən biri də yüksəksürətli magistrallardır.
Hesablamalara görə, Qərbi Avropa və ABŞ-da təsərrüfat fəaliyyəti nəticəsində təbiətin dağılmamış
hissəsi indi cəmi 4-5 % təşkil edir. Rusiya Federasiyasinda da vəziyyət qənaətbəxş olmasa da, bu faiz
50-yə yaxındır ki, ekoloji təmiz sahə daha çox ölkənin şimal hissəsini əhatə edir. Dünya təcrübəsi
göstərir ki, sürətli dəmiryolu magistralı keçən yerdə iqtisadi həyat donur, demoqrafik vəziyyət pisləşir:
insanlar tarixboyu yaşadıqları torpaqları ekoloji dağıntılar səbəbindən tərk edirlər.
Bütün sadalanan istiqamətlərdə innovasiya fəaliyyətinin əsas məqsədi nəqliyyat xidmətinin
səviyyəsinin yüksəldilməsidir. Bu isə, yeni xidmət texnologiyalarının tətbiqini tələb edir. Nəqliyyat
xidmətinin ən mütərəqqi üsullarından biri xidmətin kompleks şəkildə həyata keçirilməsi, multimodal
daşımaların təşkil edilməsidir ki, bu da yüklərin əvvəldən sona qədər daşınmasının bir nəqliyyat
operatoru tərəfindən aparılmasını nəzərdə tutur.
Nəqliyyatın uğurlu fəaliyyəti onun elmi-texaniki inkişafınnın səviyyəsindən asılıdır.
ÜZƏN MƏZƏNNƏ REJİMİ ZAMANI İNFLYASİYA
PROSESLƏRİ VƏ ONUN TƏNZİMLƏNMƏSİ
Ramin MƏMMƏDXANOV
Azərbaycan Dövlət İqtisad Universiteti
ramin.mammadkhanov@yahoo.com
AZƏRBAYCAN
Uzun müddət Azərbaycan iqtisadiyyatını xarakterizə edən əsas cəhətlərdən biri milli valyutanın
ABŞ dollarına nəzərən məzənnəsinin sabit qalması olmuşdur. Bu isə öz növbəsində milli iqtisadiy-
yatda müşahidə olunan inflyasiya proseslərində digər amillərlə müqayisədə mübadilə məzənnəsinin
təsirini azaltmışdır. Lakin, 2014-cü ilin sonundan etibarən bir sıra xarici amillərin səbəb olduğu dollar
ajiotajının təsiri altında əvvəlcə 2015-ci il 21 fevral devalvasiyası, daha sonra isə 21 dekabr tarixində
həm təkrar devalvasiya, həm də üzən məzənnə rejiminə keçilməsi barədə Mərkəzi Bankın qərarı ilə
mübadilə məzənnəsinin inflyasiya proseslərinə təsiri artmış və perspektivdə bu təsir daha çox hiss
olunmağa başlayacaq. Bu baxımdan mübadilə məzənnəsində olan tərəddüdlərin inflyasiya proseslərinə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
619
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
təsir yolları, onların miqyası, dövlətin bu sahədə tənzimləyici tədbirləri barədə dünya təcrübəsinin
öyrənilməsi mühüm rol oynayır.
Açıq iqtisadiyyata malik ölkələrdə mübadilə məzənnəsinin inflyasiya proseslərinə təsiri birbaşa
və dolayı kanallarla baş verir.
Birbaşa kanal vasitəsilə mübadilə məzənnəsindəki dəyişikliklər əvvəlcə idxal olunan son
məhsulların və aralıq məhsulların qiymətlərində əks olunur. Daha sonra isə idxal olunan məhsulların
istehlak səbətindəki xüsusi çəkisindən, istehsal prosesində istifadə olunan aralıq məhsullarında
çəkisindən asılı olaraq mübadilə məzənnəsindəki dəyişikliklər ümumi inflyasiyada əks olunur.
Müəyyən müddət sonra ümumi inflyasiyanın artması ilə inflyasiya gözləmələrinin də artması digər
daxili istehsal amillərinin də qiymətinin yüksəlməsinə səbəb olmaqla orta müddətli dövrdə idxal
inflyasiyasının mənfi təsirlərinin miqyasını böyüdür.
Dolayı kanal vasitəsilə mübadilə məzənnəsinin artması xalis ixraca təsir edərək məcmuu tələbin
artmasına səbəb olmaqla ölkə daxilində qiymətlərə təzyiqi artırır. Lakin, bu kanalın fəaliyyəti
müəyyən zaman tələb edir. O, həmçinin ölkə iqtisadiyyatında daxili istehsal potensialından asılı olaraq
idxal əvəzləyici sahələrin inkişafına səbəb olmaqla inflyasiyaya xarici amillərin təsirini azalda da bilər.
Ümumiyyətlə, xarici valyutanın mübadilə məzənnəsinin inflyasiya proseslərinə təsirinin miqyası və
sürəti bir çox amillərdən asılıdır:
- daxili bazarda rəqabət mühitinin vəziyyəti;
- iqtisadi subyektlərin yeritdikləri qiymət siyasəti;
- daxili istehsalda xərclərin səviyyəsi, keyfiyyətin hansı səviyyədə təmin olunması;
- ölkədə daxili fiskal, monetar siyasətin nəticəsi olaraq mövcud olan inflyasiya proseslərinin
səviyyəsi;
- idxal məhsullarının istehlak səbətindəki xüsusi çəkisi;
- ölkə iqtisadiyyatının böyük və ya kiçik olması və s.
Üzən məzənnə rejimininin milli iqtisadiyyata, eyni zamanda inflyasiya proseslərinə təsiri
baxımdan ən əsas nəticələrindən biri dollarlaşma səviyyəsinin yüksəlməsidir. Ölkə iqtisadiyyatının
dollarlaşmasının inflyasiya proseslərinə təsirini aşağıdakı kimi göstərmək olar:
- iqtisadi subyektlər, əhali öz aktivlərində daha çox xarici valyuta saxladığından mövcud büdcə
kəsirinə nəzərən inflyasiya vergisinin səviyyəsi azalır. Bu isə öz növbəsində dövriyyəyə daha çix milli
pul kütləsinin buraxılmasına səbəb olur;
- monetar orqanın ölkədə pul kütləsinə təsir imkanlarını zəifləyir və pula tələbin qeyri-
müəyyənliyinə səbəb olur ki, nəticədə pul bazarında tarazlıq pozulur;
- maliyyə-kredit sisteminin və qeyri-maliyyə təşkilatlarının xarici valyutada olan öhdəliklərinin
həm həcminin artması, həm də milli valyuta ifadəsində artmasına səbəb olmaqla bütövlükə milli
iqtisadiyyatın dayanıqlığını zəiflədir;
- milli valyutaya inam azalır və o, öz funksiyalarını normal yerinə yetirə bilmir.
Nəzəri və praktik cəhətdən dollarlaşma və inflyasiya arasında ikili əlaqə vardır. Belə ki, onların hər
ikisi həm səbəb, həm də nəticə kimi çıxış edə bilər. Dünya ölkərinin təcrübəsi sübut edir ki,
dollarlaşmanın ilkin mərhələsində xarici valyuta əsasən yığım vasitəsi kimi istifadə olunsa da, sonradan
inflyasiya proseslərinin kəskinləşməsi, milli valyutanın sabitliyinə inamın azalması ilə xarici valyutadan
həmçinin ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılır. Dollarlaşmanın səviyyəsinin yüksəlməsi
mübadilə məzənnəsində olan tərəddüdlərin ölkə iqtisadiyyatına olan təsirlərini daha da artırır.
2015-ci ildə manatın iki dəfə devalvasiya edilməsi və onun məzənnəsinin üzən rejim çərçivəsində
formalaşmasına keçidlə bağlı qərar verilməsi Azərbaycan iqtisadiyyatında dollarlaşmanın səviyyəsini
yüksəltmişdir. Belə ki, əgər milli valyutada olan depozitlərin ümumi depozitlərdə olan xüsusi çəkisi
2013-cü ilin sonunda 51 faiz idisə, 2015-ci ilin sonunda bu göstərici 18 faizə düşmüşdür. Yuxarıda da
qeyd olunduğu kimi, bu, Mərkəzi Bankın daxili iqtisadiyyata təsir imkanlarını zəiflədir.
Bu baxımdan, üzən məzənnə rejimi zamanı dövlətin iqtisadi siyasətində ən mühüm prioritet
istiqamətlərindən biri olan qiymət sabitliyinin təmin edilməsinin aktuallığı artır. Mübadilə məzən-
nəsindəki tərəddüdlərin inflyasiya proseslərinə təsirini neytrallaşdırmaq, minimuma endirmək üçün
real iqtisadiyyatda kompleks tədbirlər həyata keçirilməlidir ki, bunlardan bir neçəsini sadalamaq olar:
- ölkədə rəqabət mühitinin daha da yaxşılaşdırılması; sahibkarlığın inkişafına və güclənməsinə
dövlət dəstəyinin artırılması; idxal əvəzləyici sahələrin inkişaf etdirilməsi; zəruri ərzaq məhsulları üzrə
özünütəminetməyə nail olunması və s.
|