QEYRI-NEFT SEKTORUNUN INKIŞAFINDA XARICI
INVESTISIYALARIN ROLU
Sona SADIQZADƏ
Qafqaz Universiteti
sona_sadiqzada@yahoo.com
AZƏRBAYCAN
Dünyanın hər bir yerində iqtisadi fəaliyyətin mövcud olması, əhalinin və dövlətin gəlir
mənbəyinin formalaşmasında investisiya yatırımlarının çox böyük əhəmiyyəti vardır. Xarici kapital,
bir ölkənin qarşılığını müxtəlif formalarda gələcəkdə ödəmək üzrə, başqa ölkələrdən təmin edərək qısa
müddətdə və ya uzun dönəmdə iqtisadi gücünə əlavə edə biləcəyi maliyyə və ya texnolojik qaynaqlar
olaraq tərif edilməkdədir. Xarici investisiyalar birbaşa (Foreign Direct İnvestment) və portfel
investisiyaları olaraq təsnifatlaşdırılırlar. Birbaşa investisiyanın mahiyyəti ondadır ki, investor pulunun
yönəldiyi obyektin idarə edilməsində, ona nəzarətin həyata keçirilməsində bilavasitə hüquqa malik
olur. Bura xarici sərmayədarlar tərəfindən yeni tikintiyə, yenidənqurma və genişləndirmə üzrə tikinti
işlərinə, maşın və avadanlıqların əldə edilməsinə sərf edilən investisiyalar aiddir. Buraya həmçinin
tikinti işlərində istifadə edilmiş xarici kreditlər, qrantlar və humanitar yardımlar hesabına istifadə
edilmiş investisiyalar da daxildir. Beləliklə birbaşa xarici investisiyalar xarici sahibkar kapitalının
ölkədə uzunmüddətli kapital qoyuluşunu təmsil edən investisiya formasıdır və özü ilə birlikdə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
606
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
texnologiya, menecment bilgisi və sərmayədarın kontrol səlahiyyətini də bərabərində gətirən
investisiyalardır. Birbaşa xarici investisiyaların bu şəkildə izahının verilməsindən sonra aydın olur ki
qısa müstəqillik tarixi olan Azərbaycan Respublikasının inkişafında xüsusilədə, inkişafını neft və qaz
sənayesinin hesabına əldə etmiş ölkə iqtisadiyyatında bu investisiyaların əhəmiyyəti təkzib edilməzdir.
Beləki indiki iqtisadi vəziyyət, bütün dünya ölkələrinin valyutalarının dollar qarşısında dəyərdən
düşməsi, eyni zamanda neft qiymətlərinin kəskin şəkildə azalması Azərbaycan iqtisadiyyatına da
təsirsiz ötüşmədi və 2015-ci ilin sonlarından başlayan neft qiymətlərinin düşməsi fonunda gəlirlərin
azalması və nəticədə milli valyutamız- manatın Fevral və Dekabr aylarında müvafiq olaraq 34 və 47
faizlik devalvasiya prosesi baş verdi və ölkədə istehlak olunan məhsulların böyük nisbəti xarici
məhsullar olması səbəbindən idxal infilyasiyasına məruz qalaraq kəskin qiymət artımı ilə nəticələndi,
bir sıra sektorların inkişafında durğunluq dövrü başladı. Sadalanan bu proseslərdən sonra
iqtisadiyyatda qeyri-neft sektorunun inkişafının nə dərəcədə əhəmiyyətli olduğu bir daha ortaya çıxdı.
Qeyri –neft sektorunun inkişafında uzun illər təcrübəsi olan və külli miqdarda kapitala sahib olan
xarici investorlara ehtiyac vardır.
Birbaşa xarici investisiyalara ehtiyac olduğunu vurğuladıqdan sonra onların mənfi və müsbət
cəhətərini, ölkə iqtisadiyyatına gətirmiş olduğu və bu ölkədə dəyişdirəcəyi dəyərlər və istiqamətlər
haqqında bilgilərə ehtiyac vardır. İqtisadi fəaliyyətlə məşğul olunduğu zaman bu fəaliyyətdən mənfəət
və səmərəlilik əldə olunduğu kimi onun yan təsirlərindən də xilas olmaq hər zaman mümkün olmur.
Xarici investisiyaların da yatırıldığı ölkə və eyni zamanda investisiyanın gəldiyi ölkə baxımından
üstün və çatışmayan cəhətləri vardır. Üstün cəhətlərə iqtisadi artıma (ÜDM-nin artımı) müsbət
isqiqamətdə təsiri, məşğulluq səviyyəsinin artımı, gəlir səviyyəsinin atrımını aid etmək olar, mənfi
cəhətlərə isə ekologiyanın korlanması- xüsusi ilə də birbaşa xarici investisiyaların təsiri ilə və ölkədən
valyuta axınları nəticəsində tədiyyə balansında mənfi saldonun yaranmasını aid etmək mümkündür.
Bibaşa xarici investisiyaların səbəb olduğu üstün cəhətlərin qısa şəkildə icmalı:
İqtisadi inkişafın stimullaşdırılması- yerli sənaye və investorlar üçün daha əlverişli şərait
yaradaraq investisiya yatırılan ölkənin iqtisadi inkişafına stimul yaradır.
Asan beynəlxalq ticarət – ümumilikdə hər bir ölkənin idxal tariffləri vardır və bu səbəbdən bu
ölkələrlə ticarət əməliyyatları həyata keçirmək çətin olur. Eyni zamanda elə istehsal sahələri vardır ki,
öz satışlarını realizə etmək və məqsədlərə nail olmaq üçün onlar beynəlxalq bazarlarada iştirak tələb
edir. Birbaşa xarici investisiyalar bu sahələr üçün imkanlar yaradır.
Məşğulluq və iqtisadi canlanma ( milli gəlirin artması)- birbaşa xarici investisiyalar özü ilə
birlikdə yeni iş yerləri, yeni şirkət, yeni imkanlar gətirir. Bütün bunlar əhalinin gəlir səviyyəsinin
artmasına və alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olur.
İnsan kapitalı resurslarının inkişafı - ən mühüm müsbət təsirlərdən biri birbaşa görülməsədə
insan kapitalının inkişafında müsbət təsir yaratmasıdır. İnsan kapitalı işçi qüvvəsinin bilik və
bacarıqlarının artırılması ilə performansının yüksəlməsidir. Təcrübələrin bölüşdürülməsi və təlimlər
vasitəsilə işçilərin təhsilinin artması ümumilikdə ölkədə insan resurslarının inkişafına zəmin yaradır.
Vergi stimulları- şirkətlər xarici investisiya yatırmaqla əlavə təcrübə, texnologiya və məhsul əldə
edəcəklər. Xarici investor kimi məşğuliyyət sferasında vergi güzəştləri əldə etmək imkanları yarana
bilər ki, buda şirkətin maliyyə cəhətdən xeyirinədir.
Gəlir və xərclər arasında uyğunsuzluğun azaldılması- istehsal xərclərinin aşağı salınması xarici
bazarlara çıxış vasitəsilə satışların həyata keçirilə bilmə imkanları bu istiqamətdə müsbət təsirə
malikdir.
Bibaşa xarici investisiyaların səbəb olduğu mənfi yan təsirlər:
Xarici investisiya yatırımlarının əsas özəlliyi müəssisə rəhbərliyi üzərində birbaşa nəzarət təmin
edir. Bu baxımdan bir plana bağlı olmadan qəbul edilən investisiyalar ana sektorları ələ keçirərək
iqtisadiyyatı nəzarət altına ala bilər. Bu isə ölkənin iqtisadi və siyasi müstəqilliyini təhlükəyə atar.
Xarici investisiya yatırımlarının həcmi nə qədər artarsa bu risklər o qədər böyüyər.
Valyuta məzənnəsi üzərində neqativ təsir- ölkəyə valyuta axınları və valyuta çıxışları
məzənnələrə mənfi təsirə malikdir. Xarici sərmayə yatırımları gömrük tariffləri və idxalat qadağaları
kimi qoruyucu sədlərin aşılmasına imkanlar yaradır. Xarici ticarət məhdudiyyətləri bəzi qoruyucu
məqsədlərə görə həyata keçirilirlər. Halbuki xarici investisiyalar ilə bu mallar ölkə daxilində istehsal
olunacağından istehlak azalmaz. Eyni zamanda istehsal da ümumilikdə beynəlmiləl xarakter daşımaz.
Çünki əksər hallarda gedilən ölkədə istehsalın ən son mərhələsi həyata keçirilir, xammal və
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
607
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yarımfabrikat məsulları idxalat yoluyla xaricdəki ana mərkəzdən qarşılanar. Bu isə yerli istehsalı
xaricdən asılı edər və istehsalın valyuta rezervləri üzərində böyük bir təzyiq yaradar.
Aşağıdakı cədvəldə 2005-2014 –cü illər üzrə iqtisadiyyata yatırılmış xarici investisiyalar
göstərilmişdir.
Xarici investisiyalar
(Mln manat)
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
Ümumi
iqtisadiyyata*
4628.5 4514.2 5727.2 5625.8 4395.1 6619.7 6849.8 8102.7 8269.3 9175.7
Sənaye səhələrinə**
3350 3045 2676 2011 1403 1917 2125 2668 3996 4269
FƏRQLİ OLMAĞIN İKİ YOLU – İNNOVASİYA VƏ MARKALAŞMA
Əliqulu MEHDIYEV
Veysəloğlu MMC
aliqulu_mehdiyev@hotmail.com
AZƏRBAYCAN
80-ci illərlə birlikdə sürətlənən qloballaşma prosesi, özü ilə bərabər ciddi rəqabət şərtlərini də
gətirmiş oldu. Dünya üzrə məlumatların və məhsulların mübadilə prosesi artdıqca və sürətləndikcə
məhsullar və xidmətlər də get-gedə bir-birinə bənzəməyə başladı. Nəticə etibariylə yaşanan rəqabət
şəraitinin gedərək daha da çətin bir hala gətirirdi. Qiymət, qablaşdırma, dizayn, məhsullar hətta
şirkətlər də bir-birinə bənzədiyi üçün istehlakçılar üçün monoton olmağa başladı. Bu vəziyyəti yaradan
şirkətlər üçün də ayaqda qalmaq bir o qədər asan deyil. Hazırda bir-birini izləyən, təqlid edən
şirkətlərin ayaqda qala bilməsi də çətinləşdi. Yeni bir ruha ehtiyac duyulur və bu ruhu öz şirkətinə
tətbiq edən müəssisə sahibləri rəqabətdə üstün olmağı təmin etməklə yanaşı bazarda fərqli olmağı
bacarır. Cek Trout-un fikrincə: “Ya fərqliləş, ya da öl”. Peter Druker-ə görə isə, biznes iki əsas
funksiyadan meydana gəlir, bunlar marketinq və innovasiyadır. Schumpeter isə bildirmişdirki,
innovasiya, ticari olaraq istifadə edilən məhsullarda yeni kəşflər edəcək inkişaflar üçün fəaliyyət
göstərməkdir. Göründüyü kimi, fərqli olmaq üçün görünən yol innovativ olmaq və markalaşma üçün
addımlar atmaqdan ibarətdir. Bu addımlar təbii ki strategiya olaraq qəbul edilib şirkətin bütününə xitab
edilib tətbiq edilməlidir.
İnnovasiya nə elmdir nə də texnologiya deyil, bir dəyərdir. İnnovasiyanın ölçüsü mühit
üzərindəki təsir gücündədir. Biznesin açar rolu oynayan innovativ fəaliyyətlər daima bazar mər-
kəzlidir. Şirkətə rəqabət gücü qazanmaq və bu gücü qoruya bilmək innovativ fəaliyyətlərin mövcud-
luğundan asılıdır. İqtisadi və ictimai dəyərlər yaratmaq üçün məhsullarda, xidmətlərdə və işi görmək
metodlarında edilən dəyişiklik, fərqlilik və yeniliklər “innovasiya” olaraq adlandırılmaqdadır. İnno-
vasiya, dəyişmək, yaradıcılıq, inkişaf və risk almaq ilə bütünləşmiş uzun müddətli bir performans
göstəricisidir. İnnovasiyanın idarə edilməsi isə, bütün innovasiya ünsürlərinin (məhsul, xidmət,
təşkilati, marketinq) və elmi, texnolojik və idari proseslərin bütünün idarə edilməsini bildirir. Şirkətlər
uzun müddətdə mövcudluğunu daimi etmək üçün yeniliyə ehtiyac duyurlar. Rogersə görə yenilik,
yaradıcılığın yeni bir proseduru, dizaynı, sistemi və əşyası olan fayda təmin edən bir məhsuldur. Bütün
yaradıcı məhsul və xidmətlər yenilik deyildir. innovasiyanın təmin etdiyi güc, bir ölkənin əlindəki ən
əhəmiyyətli və ən güclü rəqabət silahıdır. Şirkət cəhətdən texnolojik yeniliklərin bərabərində gətirdiyi
əhəmiyyətli üstünlüklər rəqabət üstünlüyü olaraq ifadə edilir. Mövcud məhsul üzərində yaratdığı
innovasiya ilə, istehsal maya dəyərini aşağı endirərək bazara daxil olduqda, aşağı maya dəyərləri
şirkətin rəqabət gücünü yüksəldir. Artan rəqabət gücü artan bazar payı olaraq müəssisəyə geri dönər.
İnnovasiyanın növləri fərqli dəyərləndirilməkdə və bölünməkdədir. Oslo Manual innovasiyanı belə
sinifləndirmişdir – məhsul, proses, marketinq və təşkilati yenilik.
Marka, müəyyən bir məhsulun istehlakçı fikirlərini dəyişə bilər, bazar mövqeyini əhəmiyyətli
dərəcədə inkişaf etdirə bilər və bu sadəcə yenilikçiliklə mümkün olar.Marka, istehlakçılara seçim
edərkən seçim prosesini asanlaşdıran və onların beynində yer etməyə, mövqelənməyə kömək edən
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
608
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
xüsusi addır. Markalaşmaq isə bu prosesi dəstəkləyən, tətbiq edən və davamlı olması üçün idarə edilən
bir prosesdir. Markalaşmaq, maddi ünsürlər qədər maddi olmayan psixolojik ünsürləri də istifadə
edərək əlaqələr qurmaq yolu ilə bir şirkətin, məhsul və xidmətlərini bazarda fərqliləşdirmək prosesidir.
Kotler-ə görə, markalaşmaq sadəcə bir marka adına sahib olmaq demək deyildir. İlk öncə bir marka
üçün adın seçilməsi, bunun ardınca marka kimlik prosesi həyata keçirilərək bu marka adının üzərinə
müxtəlif mənalar və vəədlər inşa edilir. Maykl Porterə əsasən, markalaşma fərqliləşdirməyə əsaslanan
rəqabət strategiyasının bir ünsürüdür. Müxtəlif şəkillərdə nəzəriyyələr olabilər, dizayn və mark,
texnoloji, xüsusiyyətlər, müştəri xidmətləri, marketinq, məhsul fərqlilikləri və ya bazara ilk girən
şirkət olmaq fərqliləşməyi və müştəri sədaqəti qazanmağı təmin edir.
Markalaşma və yenilikçiliyin ortaq xüsusiyyətlərindən biri hazırda firmaların markalaşma və
immovasiyanı ən əhəmiyyətli funksiyalarından biri olaraq görməyi lazımdır. Bu iki anlayış bir-biriylə
yaxından əlaqəlidir. Markalaşma, yenilikçi şirkətlərin təmin edə biləcəyi bir uğurdur və innovasiyada
markalaşmağı artırmaqdadır. Markalaşmağı təmin etməklə şirkətlər nəinki daxili bazarda hətta xarici
bazarda da özləri üçün tələb və bazar yaratmış olurlar. Markalaşmağı özü üçün təmin etmiş şirkət öz
böyümə mərhələsində innovasiyadan da yararlanmış olur. Dünyada baş verən yenilik və markalaşma
proseslərini daima nəzərdə saxlayan, innovativ texnologiyaları tətbiq edən şirkətin bazarda uğursuz
olması mümkün deyil. Marka idarə edilməsində və həqiqətən də “marka” olmaq arzusunda olan və
buna cəhd edən şirkət, loyal müştərilərini artırmaqla yanaşı onların beynində əvəzedilməz bir yer tutur.
Marka olmağı şirkətin bütününə tətbiq etməklə markalaşma prosesi həyata keçirilir və innovativ
texnologiya ilə yanaşı innovativ idarə etmə sistemləri də tətbiq edilir. Beynəlxalq bazarda uğurlu olan
qlobal şirkətlərin yeni bazara daxil olma və ya mövcud bazarda möhkəmlənmə, lider və öncül olma
strategiyalarını analiz etdikdə müşahidə edilirki, bu strategiyalar, marka olmaq üçün atılmış
addımlardır və istər xidmət istərsə də məhsul istehsalı zamanı innovativ metodlardan istifadə edilmiş
və şirkət olaraq mənimsənilmişdir
AZƏRBAYCANDA YERLİ ŞİRKƏTLƏRİN BEYNƏLXALQ
BAZARLARA ÇIXIŞ PROBLEMLƏRİ VƏ PROBLEMLƏRİN HƏLLİ
ÜÇÜN TƏKLİFLƏR
Təyyar MUSTAFAYEV
Qafqaz Universiteti
teyyarm@qu.edu.az
AZƏRBAYCAN
Əliqulu MEHDIYEV
Qafqaz Universiteti
Aliqulu_mehdiyev@hotmail.com
AZƏRBAYCAN
Hər bir ölkənin inkişaf etməsində və iqtisadiyyatın tənzimlənməsində ixracat əhəmiyyətli rol
oynayır. İxracatı təmin etməklə ölkə, öz iqtisadi göstəricilərini yaxşılaşdırmış, daxili bazarda daha da
möhkəmlənmiş, idxaldan asılılığı azaltmış olur və nəticədə inkişaf etməkdə olan ölkələr arasında yer
almağa başlayır. Bu o demək deyil ki ölkə ancaq ixracatla məşğuldur, təbii olaraq müəyyən səviyyədə
idxal fəaliyyətlərini də həyata keçirmiş olur. Keçmiş SSRİ dağıldıqdan və müstəqillik əldə edildikdən
sonra Azərbaycanda da yerli şirkətlər yaranmağa başladı və bunlar əsasən, ilkin mərhələdə kiçik və
orta müəssisələr halında fəaliyyət göstərdi. Daha sonra isə böyüyərək holdinqlərə çevrilən şirkətlər də
oldu və ölkənin iqtisadiyyatını güclənməsini təmin etdilər. Lakin buna baxmayaraq hazırda da davam
edən yerli müəssisələrin xarici bazarlara açılmaq problemləri yaşanır, ixrac göstəriciləri idxaldan
dəfələrlə azdır və bu problemlər yeni müstəqillik əldə etmiş ölkəmizdə aşağıdakı şəkildə müşahidə
edilməkdədir:
- Şirkət rəhbərlərinin və ixracata, marketinqə məsul şəxslərin məsul olduğu işlərə yanaşması
problemi – bir çox şirkət rəhbərləri, marketinq müdirləri stratejik düşüncəyə malik deyillər. Əsasən,
qısa müddətli hədəflər müəyyən edilir və həmin hədəflərə çatdıqda şirkət öz məqsədinə nail olmuş
olur. Uzun müddətli planlar müəyyən edilmir və şirkətin gəlirliliyinin təmin edilməsi qısa müddət
ərzində təmin edilməsi şirkət rəhbərləri tərəfindən tələb edilir. Şirkətin missiya və vizyonun, şirkətin
nəyə görə fəaliyyət göstərməsi, məqsədlərin, siyasətin nədən ibarət olması barədə dolğun şəkildə
müəyyən edilməməsi sayəsində şirkət qısa müddətli qazancları düşünərək fəaliyyət göstərir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
609
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
- Beynəlxalq bazarlara çıxmaq üçün hər ölkə və ya təşkilat tələb etdiyi müəyyən məhsul və
idarəetmə sertifikatları mövcuddur (məs, İSO, BRC, Kosher). Bu standartlar, sertifikatlar olmadan
həmin məhsulları müvafiq ölkələrə ixrac etmək mümkün olmur. Bu sertifikatların əldə olunması üçün
məhsulun keyfiyyətini standartlara uyğun şəkildə istehsal edildiyi və müəssisənin istehsal fəaliyyə-
tinin, şəratinin həmin standartlara uyğun olması təmin edildiyi halda həmin sertifikatlar beynəlxalq
təşkilatlar tərəfindən təqdim edilir.
- Keyfiyyətli məhsul istehsal etmək üçün lazım olan avadanlıqların çatışmazlığı nəticəsinə bir
çox istehsal sahələri hələ də keyfiyyət cəhətdən problemlər yaşamaqdadır. SSRİ dövründən qalmış
maşınlar və avadanlıqlarla, hətta istehsal prosesi və qəliblərlə məhsullar istehsal edilməkdə davam
edir. Bu isə birbaşa olaraq hazır məhsulun keyfiyyətinə təsir göstərir. Texnologiya cəhətdən
çatışmazlıq ixracdan öncə ölkədaxili bazara öz təsirini göstərir. Şirkətlərin əksəriyyətinin məhdud
texnologiya ilə pərakəndə və kiçik formada fəaliyyət göstərməsi istehsal gücünün az olmasına gətirib
çıxarır. Təbii ki, ixracla məşğul olan şirkətin istehsal gücü də daxili bazarla yanaşı xarici bazarın da
tələbini qarşılama gücünə malik istehsal potensialına malik olmalıdır.
- İxracı həyata keçirəcək hazır mütəxəssislərin əsasən xaricdən cəlb olunması ölkədə bu sahədə
qıtlığın olduğunu biruzə verir. Bu sahədə yaranmış problem ixracat prosesinin ləngiməsinə gətirib
çıxarır. Bu həm də ölkənin ixrac təcrübəsinin az olmasından qaynaqlanır.
- Ölkədə istehsal edilən hazır məhsulların istehsal edilməsində daxili tədarüklə yanaşı idxal
olunan xammaddələr, yarım fabrikatlar da təşkil edir. İdxal olunan bu yarım məhsulların gömrük
vergisi ödənir və istehsalatda istehsal edilən hazır məhsul istifadəyə hazır olduqda isə ixrac edilir. Bu
zaman da gömrük vergisi ödənmək məcburiyyətində qalınır. Beləliklə, istehsal edilən hazır məhsul
ixrac olunduğu zaman 2 dəfə gömrüklənmiş olur. Bu da ixrac olunan məhsulun maya dəyərini bir o
qədər də artırmış olur.
- Yerli məhsulların markalaşmaq yolunda atdığı yanlış və ya heç atmadığı addımlar ixracatla
yanaşı daxili bazarda da satışı çətinləşdirir. Şirkətlərin innovasiyaya, markalaşmağa açıq olmaması
beynəlxalq bazarlarda rəqiblərlə mübarizə aparmaq üçün heç bir şans vermir.
- Marketinq araşdırmasının aparılmaması da ixracat prosesini ləngidir, zəiflədir və ya heç ixrac
edilməməsinə gətirib çıxarır. SWOT analizin aparılmaması, mikro və makro mühitin analiz edilmədən
müəyyən ölkəyə ixracın başlaması, elə başladığı kimi də bitmiş olur.
Qeyd edilən problemlər həll edilə bilən problemlərdir. Bunun üçün isə aşağıdakı təkliflər
mövcuddur:
- Rəhbərlərin, marketinq müdirlərin işə yanaşma tərzləri, fikirləri dəyişdirilməlidir. Şirkətin
konkret olaraq missiyası, vizyonu, strategiyası, siyasəti müəyyən edilməli və o istiqamətdə addımlar
atılmalıdır. İlk öncə məqsəd təyin edilməli və bütün fəaliyyətlər onun üzərində qurulmalı və davam
etdirilməlidir. Uzun müddətli planlar qurulmalı və davamlı gəlirlilik, rəqabət üstünlüyü barədə
düşünülməlidir. Hər hansı bir strategiya təşkil edib tez bir zamanda mənfəət barədə düşünmək
strategiyanın yanlışlığını, strategiya olmadığını bildirəcəkdir.
- Keyfiyyətin qiymətdən asılılığı azaldılmalı və beynəlxalq standartlara cavab verə biləcək
məhsullar istehsal etmək üçün tədbirlər görülməlidir. Bununla yanaşı istehsal müəssisələri özləri
bilavasitə maraqlı olmalıdırlar bu sertifikatların əldə olunmasında. Keyfiyyəti yaxşılaşdıraraq həm
sertifikatlar əldə edilmiş olar, həm iş şəraiti yaxşılaşdırılar həm də müştəri məmnuniyyəti hər iki
mühitdə təmin edilmiş olar.
- İstehsal avadanlıqlarının yeniləri ilə əvəz olunması təşkil edilməli, müəyyən fondlar yaradılsa
və ya cəlb olunsa maşınlar yenilənmiş olar və bu da məhsulun keyfiyyətinə, maya dəyərinə, iş
prosesinə, ixracına müsbət mənada təsir etmiş olar. Qeyd etmək lazımdır ki, bu yaxınlarda istehsal
avadınlarının idxalında gömrük vergisi ləğv edilmişdir.
- İxracat mütəxəssislərinin yetişdirilməsində şirkətlər maraqlı olmalıdırlar. Bunun üçün
universitet vaxtlarından bu potensiala malik tələbələr seçilməli, lazım gəldikdə təhsil xərcləri
ödənilməli və ixracat mütəxəssisi kimi yetişməsində, təlim və seminarlarda, beynəlxalq tədbirlərdə
iştirak etməsində və şirkətə dəyərli olmasında yaxından iştirak etməlidir.
- İstehsal edilən hazır məhsulların idxal edilən hissələrinin idxalı və ya hazır məhsulun ixracı
zamanı ixracın təşviq olunması üçün gömrük vergisinin sadələşdirilməsi və ya müəyyən müddətədək
ləğv edilməsi ixracı birbaraşa yüksəldə biləcək qərarlardan biridir. Bu zaman ixraca maraq artır,
məhsulun maya dəyəri aşağı düşür, hazır məhsulların müştərilər üçün qiymətləri münasib vəziyyətə
gəlir və şirkətin istehsal gücü artır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
610
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
- Marka olmaq üçün konkret olaraq keyfiyyətli məhsul istehsal edilərək müştəri məmnuniyyəti
təmin edilməli və markalaşmaq yolunda addımlar atılmalıdır. Müştəri ilə münasibət qura bilən məhsul
və markalar yaradılmalıdır. İnnovativ metodlardan-reklam, qablaşdırma, dizayn və s. metodlardan
istifadə edilərək müştəriyə yaxın olaraq marka olmağa çalışmaq, məhsula tələb oyatmaq və bu tələbi
ölkə xaricinə daşımaq, işdə, idarəetmədə innovasiyaya açıq olmaq lazımdır.
- Bir məhsulu istehsal etmədən öncə marketinq araşdırmasına ehtiyac duyulduğu kimi ixraca
başlamadan da bu araşdırma həyata keçirildiyi təqdirdə ixrac üçün üstünlük əldə edilmiş olur. Həmin
ölkədə müştəri tipləri, istehlakçı davranışları, mədəniyyəti, din və adətləri, rəqiblər, tədarükçülər,
siyasi, iqtisadi, ekoloji mühit analiz edilməlidir.
Bu addımlar atıldığı təqdirdə ixracın qarşısında olan əngəllər ortadan qalxmış və yerli şirkətlərin
beynəlxalq bazarlara çıxışı təmin edilmiş olar.
Dostları ilə paylaş: |