IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
601
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
3. Diskont faiz dərəcəsi
4. Məcburi ehtiyat norması
Dolayı pul siyasəti alətlərinin, sabit iqtisadi şərtlərə və davamlı maliyyə siyasətinə ehtiyacı vardır.
Dolayı pul siyasəti alətlərinin effektiv istifadəsi üçün, maliyyə intizamının təmin olunması çox
əhəmiyyətlidir. Bunun üçün hökumətin fiskal kəsrinin pul maliyyəsinə mərkəz bank tərəfindən bəzi
məhdudiyyətlər və həyata keçirilən pul siyasəti baxımından çox faydalıdır.
Məsələyə Azərbaycan nümunəsində baxsaq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsini nəzərdən keçirək. Burada pul
siyasətinin aşağıdakı alətləri göstərilmişdir:
1. Açıq bazarda əməliyyatlar,
2. Faiz dərəcələrinin müəyyənləşdirilməsi,
3. Məcburi ehtiyat normaları,
4. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi,
5. Depozit əməliyyatları.
Makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meyilləri
nəzərə alaraq, Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirmişdir. İdarə
Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz
dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilmişdir. Likvidlik əməliyyatları üzrə faiz
dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanılmışdır.
Nəticə olaraq dayanıqlı makroiqtisadi sabitliyin təmin olunması, o cümlədən milli valyutadan
yığım vasitəsi kimi daha geniş istifadənin təşviqi, pul-maliyyə bazarlarının inkişafı üçün pul siyasəti
alətləri haqqında bir çox tədbirlər görülməkdədir. Dövlət qiymətli kağızlarının yüksək gəlirliklə
yerləşdirilməsi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin isə daha
yüksək səviyyədə müəyyən olunması manata etimadın gücləndirilməsinə yönəlmişdir.
QLOBAL İQTİSADİ BÖHRAN VƏ ONUN RİYAZİ MODELİ
İlqar SADIQOV
Azərbaycan Milli Elmlər Akademiyası
ilgarsadikov@gmail.com
AZƏRBAYCAN
Dövrümüzdə bank və kredit böhranı, birja böhranı, işsizlik böhranı, ticarət böhranı və ya sənaye
böhranı, ifrat istehsal böhranı, səmərəsiz bölgü böhranı kimi bir çox terminlər istifadə edilməkdədir.
Bunları bir başlıq altında, “İqtisadi böhran” adı altında toplamaq olar.
İqtisadiyyatda böhranlar müxtəlif şəkillərdə ortaya çıxır. İstehsalda sürətli bir azalma, qiymətlərin
ani düşməsi, iflaslar, işsizlik səviyyəsində ani artım, əmək haqqının azalması, birjanın iflası,
spekulyativ hərəkətlər və s. faktorlar iqtisadi böhranların başlıca səbəbləridir. Qlobal iqtisadi böhran
isə bu faktorların təsiri ilə böhranın “domino təsiri” yaradaraq silsiləvari şəkildə bütün dünyaya
yayılması nəticəsində yaranır. İşlərimizi olduqca asanlaşdıran elmi-texnologiyanın inkişafı ilə qlobal
böhranlar da sanki yeni və heç bir kəsin təsəvvür edə bilməyəcəyi bir mərhələyə qədəm qoymuşdur.
Buna 2008-cil il qlobal iqtisadi böhranını misal göstərmək olar.
2008-ci il, sentyabrın 15-də ABŞ-nın 4-cü böyük bankı “Lehman Brothers” iflas olduğunu elan
edir. Bu böhran tarixə "Qara Bazar Ertəsi" olaraq düşmüşdür. Böhran ilk olaraq 2007-ci ilin ikinci
yarısında ABŞ-da başlamış, 2008-ci ildə isə qlobal səciyyə daşımışdır. Böhranın “ayaq səsləri” hələ
2006-cı ildə eşidilməyə başlamışdı.
2008-ci il iqtisadi böhranı maliyyə əsaslı bir böhrandır. Amerika Birləşmiş Ştatlarında bankların
səhv kredit siyasəti və mənzil bazarında paylanan kreditlərin geri dönməsində yaşanan çətinliklər
böhranın əsas səbəbləridir. Belə ki, böhrandan əvvəlki illər mənzil bazarında qiymətlərin sürətlə
artmasını görən insanlar banklardan kredit götürərək iki, hətta üç ev almağa başladılar. Banklar isə
kredit keçmişi yaxşı olmayan insanlara belə yüksək miqdarda kredit verməyə davam edirdilər. 2008-ci
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
602
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
il ortalarında təkcə yüksək faizli ipoteka kreditlərinin həcmi 1,5 trilyon dollara qədər yüksəlmişdi.
Böhrandan sonrakı illərdə hətta, səbəbkarlar özləri də bu hallara yol verilməsini “dəlilik” adlandırdılar.
Federal Ehtiyat Sisteminin (FES) o dövrdə faizləri davamlı artırması borclu şəxslərin aldıqları
kreditləri geri ödəyə bilməməsinə səbəb oldu. ABŞ-dakı evlərin qiymətləri 2007-ci ilin sonunda ən
yüksək həddə çatdıqdan sonra, sürətli bir eniş göstərməyə başladı. Beləliklə, bankların şəxslərdən borc
qarşılığı aldığı çoxlu sayda evlər dəyərini itirdi. Bunun digər banklara təsir göstərməsinin səbəbi isə
ipoteka krediti verən bankların, bu kreditlərə əsaslanb, törəmə maliyyə alətləri yaradaraq onları
qiymətli kağızlar birjasında satması idi. Elə bunun nəticəsində böhran qısa müddətdə ölkə xaricinə də
sıçradı. 2007-ci ildə, ABŞ-da istifadə edilən ipoteka krediti və bu kreditlərə bağlı törəmə məhsulların
ümumi həcmi 10 trilyon dollara çatmış və dünyanın ən böyük kredit bazarını meydana gətirmişdir.
Mənzil qiymətləri sürətlə düşüb, ipoteka kreditlərinin ödənməməsi riski ortaya çıxdıqda,
“Lehman Brothers” iflas təhlükəsi qarşısında qaldı. ABŞ rəhbərliyinin də səssiz qalması nəticəsində
maliyyə nəhəngi “Lehman Brothers” 2008-ci il sentyabrın 15-də iflas etmişdir.
Bəs iqtisadi böhranları əvvəlcədən bilmək, modelini qurmaq və beləliklə də qarşısını almaq
mümkündürmü?
Qeyd etdiyimiz kimi iqtisadiyyatda böhranın yaranmasının çoxlu səbəbləri olduğundan onun
riyazi modelini qurmaq xeyli çətindir. Böhranın yaranmasının təsadüfi amillərlə də əlaqədar olduğunu
nəzərə alsaq modeldə qeyri müəyyənliklərin öyrənilməsi məcburiyyəti yaranır. Qlobal iqtisadi böhran
məsələsini müxtəlif aspektdən modelləşdirmək olar. Bu iqtisadi böhranın əsas iştirakçıları dövlətlər
olduğundan böhranın yaranmasında dövlətlərin iqtisadi münasibətlər məsələsini araşdıraq. Tutaq ki, n-
sayda dövlət var. Müəyyən dövlətlərin bir-birinə münasibətləri müsbət və ya əks ola bilər. Əgər
baxdığımız modeldə bütün dövlətlərin münasibətləri bir-birinə əks olarsa, belə məsələni antoqanist
oyun məsələsinə, əgər dövlətlərin koalisiya yaratmasına imkan verən iqtisadi məsələyə baxılarsa, belə
məsələni kooperativ oyun məsələsinə gətirmək olur.
Antoqanist oyunda hər bir dövlət sərbəst fəaliyyət göstərdiyindən və məqsədi yalnız öz gəlirini
maksimallaşdırmaq olduğundan bu halın öyrənilməsi daha sadədir. Ona görə də bu işdə dövlətlər
arasında koalisiya olmayan hala baxılır. Əgər dölətlər arasında koalisiya olmazsa baxılan məsələ n-
şəxs arasında koalisiyasız oyunun xüsusi halı olur. Sadəlik üçün tutaq ki, dövlətdə məhsullar şirkətlər
tərəfindən istehsal olunur. i-ci dövlətdə şirkətlərin sayını
i
N -ilə işarə edək. Tutaq ki, i-ci dövlətdə k-
nıncı şirkətin istehsal etdiyi məhsulların sayı
k
,
i
m -ya bərabərdir. İstehsal edilən məhsulların miqdarı
uyğun olaraq
)
x
,
,
x
,
x
(
k
,
i
m
k
,
i
2
k
,
i
1
k
,
i
-yə bərabər olur. Burada
j
k
,
i
x , i-ci dövlətin k-cı şirkətinin istehsal
etdiyi j-ci məhsulun miqdarıdır. i-ci dövlətin k-cı şirkətinin istehsal etdiyi j-ci məhsulun vahid
miqdarının dəyərini (bazar qiymətini)
j
k
,
i
q ilə işarə edək. Onda i-ci dövlətin məhsulların satışından
aldığı gəlir
j
k
,
i
N
1
k
m
1
j
j
k
,
i
i
q
x
P
i
k
,
i
-yə bərabər olur.
i-ci dövlətin k-cı şirkətinin işçilərinin sayını
k
,
i
m ilə işarə edək. k-cı şirkətinin
-ci işçiyə vahid
zaman müddətində (məsələn ildə) verdiyi pul
k
,
i
e -yə bərabər olarsa, onda k-cı şirkətinin vahid zaman
müddətində işçilərinə xərclədiyi pul
k
i,
m
1
ν
ν
k
i,
k
i,
e
D
olar. i-ci dövlətin digər xərclərini
i
Q ilə, i-ci
dövlətin vahid zamanda xalis gəlirini
i
U ilə işarə etsək, onda
i
i
i
i
Q
D
P
U
olur.
)
)
)
((e
,
Q
,
)
q
,
,
q
,
(q
,
)
x
,
,
x
,
((x
s
i
k
i,
i
k
i,
i
k
i,
N
1
k
m
1
ν
ν
k
i,
i
N
1
k
m
k
i,
2
k
i,
1
k
i,
N
1
k
m
k
i,
2
k
i,
1
k
i,
i
işarə edək.
n}
,
{1,2,
I
ilə dövlətlər çoxluğunu, i-ci dövlətin bütün
i
s
strategiyalar çoxluğunu
i
S
ilə,
)
s
,
,
s
,
(s
s
n
2
1
və
n
S
S
S
S
2
1
işarə edək. Bazar iqtisadiyyatında hər bir dövlət
istehsal etdiyi məhsulu istədiyi dövlətdə olan bazarda sata bildiyindən, onun gəliri digər dövlətlərlə
çox əlaqəlidir. Hər bir
s
parametrinə i-ci dövlətin
(s)
H
i
uduşu uyğun olur, burada
R
S
:
H
i
verilmiş funksiyadır (
s
-in qeyd olunmuş qiymətində
i
i
U
)
s
(
H
olur).
i
H -yə gəlir funksiyası deyilir.
}
}
{H
,
}
{S
{I,
G
I
i
i
I
i
i
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
603
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
sistemi koalisiyasız oyun adlanır. Əgər
n
dövlətin gəlirləri cəmi sabit olarsa və C -yə bərabərdirsə,
yəni ixtiyari
S
s
olduqda
C
(s)
H
(s)
H
(s)
H
n
2
1
olarsa, onda
}
}
H
{
,
}
S
{
,
I
{
G
I
i
i
I
i
i
koalisiyasız oyunu sabit cəmli oyun adlanır.
Dövlət üçün əlverişli vəziyyət anlayışını verək. Tutaq ki,
}
}
{H
,
}
{S
{I,
G
I
i
i
I
i
i
oyununda
müəyyən
)
s
,
,
s
,
s
,
s
,
,
s
,
(s
s
n
1
i
i
1
i
2
1
vəziyyəti verilmişdir,
i
s isə i-ci dövlətin hər hansı
strategiyasıdır.
)
s
,
,
s
,
s
,
s
,
,
s
,
s
(
s
n
1
i
i
1
i
2
1
strategiyasında
i
s strategiyasının
i
s strategiyası ilə
əvəz edilməsindən alınan strategiyanı
i
s
s ilə işarə edək. Əgər i-ci dövlətin ixtiyari
i
i
S
s
strategiyası üçün
)
s
(
H
)
s
s
(
H
i
i
i
(1)
bərabərsizliyi ödənərsə, onda
s
strategiyası i-ci dövlət üçün əlverişli vəziyyət adlanır.
Əgər s strategiyası hər bir dövlət üçün əlverişli vəziyyət olarsa, onda
s
strategiyası tarazlıq
vəziyyəti adlanır. Başqa sözlə (1) bərabərsizliyi bütün
n
,
,
2
,
1
i
üçün ödənərsə, onda
s
strategiyası
tarazlıq vəziyyəti adlanır. Tarazlıq vəziyyətinin tərifindən alınır ki, koalisiyasız oyunda heç bir dövlət
tarazlıq vəziyyətindən imtina etməkdə maraqlı deyil. Əgər oyunda tarazlıq vəziyyəti varsa, onda belə
iqtisadi vəziyyəti normal adlandıraq. Əgər oyunda tarazlıq vəziyyəti yoxdursa, belə iqtisadi vəziyyəti
böhranlı hal adlandıraq. Beləliklə alırıq ki, dövlətlər arasındakı iqtisadi münasıbətin gətirildiyi anto-
qanist oyunda tarazlıq vəziyyəti yoxdursa, iqtisadıyyatda yaranan belə şərait böhranlı vəziyyət adlanır.
Baxdığımız modelləşmədə bir çox amillər, xüsusi ilə siyasi amillər, dövlətlərin ehtiyatlar yığımı
və dövlətlərin iqtisadi gücü nəzərə alınmayıbdır.
Dövlətlər arasında koalisiya olan hala da baxmaq olar. Belə məsələni kooperativ oyuna gətirmək
olur. Kooperativ oyunda koalisiyaların yaranıb və dağılması məsələsi ümumi halda öyrənilə
bilmədiyindən, xüsusi hallarda kooperativ oyunun nüvəsi məsələsi öyrənilmiş və iqtisadiyyatın nüvəsi
məsələsinə tətbiq olunmuşdur.
AZƏRBAYCANIN TİKİNTİ MATERİALLARI SƏNAYESİ
MÜƏSSİSƏLƏRİNDƏ SAHİBKARLIĞIN MÖVCUD VƏZİYYƏTİ VƏ
İNKİŞAFI MEYLLƏRİ
Qızbəs HƏSƏNLİ
Azərbaycan Memarlıq və İnşaat Universiteti
gizbeshasanli@hotmail.com
AZƏRBAYCAN
Hazırda Respublikamızın xalq təsərrüfatının bütün sahələrində olduğu kimi tkinti materialları
sənayesi müəssisələri də radikal iqtisadi islahatlar mərhələsindədir. Bu mərhələdə həyata keçirilən
sosial-iqtisadi tədbirlərin hər birinin sənayenin ümumi iqtisadi inkişafında yerinin düzgün dərk
edilməsi və həyata keçirilməsində ardıcıllığın gözlənilməsi köklü islahatların nəticələrinə əhəmiyyətli
dərəcədə təsir edən əsas məsələlərdəndir. Tikinti materialları sənayesi müəssisələrində reallığa
gəldikdə, bir neçə müəssisələri çıxmaq şərti ilə bu sahədə vəziyyətin qeyri qənaətbəxş olması ilk
baxışda aydınlaşır.
Tikinti materialları sənayesi müəssisələrində qiymətlərin liberallaşdırılmasından sonra sahə
iqtisadiyyatında yaranmış vəziyyət iqtisadi islahatların özəyini təşkil edən özəlləşdirmə prosesini, bu
əsasda sahədə sahibkarlığın inkişafı və rəqabət mühitinin formalaşdırılmasını həyati zərurətə çevirdi.
Tikinti materialları sənayesi müəssisələrində sahibkarlığın müasir vəziyyətinə qiymət verərkən,
sahədə onun təşəkkülü və inkişafı prosesinin ziddiyyətli xarakteri nəzəri cəlb edir. Görünür məhz
bunun nəticəsidir ki, 1996-cı ilin dekabr ayında prezidentin sərəncamı ilə tikinti materialları sənayesi
nazirliyi ləğv edilir və sahədəki istehsal müəssisələrinin 90%-ə qədəri özəlləşdirməyə açıq elan edilir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
604
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Fikirimizcə bu addım bir tərəfdən bəzi praktiki mülahizələrlə əlaqədar idisə, digər tərəfdən daha çox
sahədə sivil sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi mühitin formalaşdırılmasına xidmət edirdi.
Araşdırmalarımız göstərir ki, məhz bundan sonra tikinti materialları sənayesi müəssisələrində müxtəlif
mülkiyyət formalı sahibkarlıq strukturları sürətlə artmağa başlamışdır. Çünki sonrakı 4 il (1997-2000-
ci illər) ərzində sahədə fəaliyyət göstərən müəssisələrin 87,6%-i xüsusi 8,7%-i kollektiv mülkiyyətə
çevrilir və yalnız 3,7%-i dövlət mülkiyyətində qalır.
Tikinti materialları sənayesi müəssisələrində istehsal avadanlığının köhnə olması, sahəyə dövlət
investisiyasının yatırılmaması istehsal edilən material-məhsulların müasir tələbləri ödəyə bilməməsi və
buna bənzər problemlər səbəbindən müəssisələr tələbatları ödəyə bilmir. Nəticədə əksər tikinti
materialları məhsulları xaricdən idxal edilir.
İnkişaf etmiş dövlətlərin təcrübəsindən görünür ki, son illərdə kiçik və orta sahibkarlıq müəssi-
sələri öz istehsal fəaliyyətin kifayət qədər çətinliklərlə üzləşirlər. O cümlədən Azərbaycanda tikinti
materialları sənayesində kiçik və orta müəssisələrin inkişafında əsas problemlər onların maddi–texniki
istərsə də maliyyə cəhətdən kifayət qədər resurs bazasına malik olmamasıdır. Digər tərəfdən son bir
ildə sənaye sahəsində baş verən proseslər sahibkarlara işgüzar fəaliyyəti həyata keçirmək üçün tələb
olunan ehtiyat maliyyə vəsaitlərinə malik olmağa imkan vermir. Bu vəsait ən müxtəlif yollarla
axtarılır, çünki ona kəskin ehtiyac vardır. 2016-cı il dövlət büdcəsinin hədsiz dərəcədə gərgin vəziyyəti
bu sahədə vəsait mənbəyi kimi çıxış etməyə imkan vermir. Nəticədə isə yeganə çıxış yolu kimi kredit
təşkilatlarına üz tutmaq lazım gəlir. Kreditlər sahibkarlığın inkişafında hər hansı problemin həllində
mühüm rola malik olsa da, indiki halda daimi və artan inflyasiya, işsizlik və iqtisadi problemlər
şəraitində sahibkarın müflisləşməsində qorxulu bir amilə çevrilir.
Tikinti materialları sənayesi müəssisələrində problem yaradan məsələlərdən biri də kiçik və orta
müəssisələrdə təsərrüfat fəaliyyətinin ətraflı və geniş təhlilinin aparılmamasıdır. Müəssisə
fəaliyyətinin nəticələri ilə bağlı hesabat sənədlərinin tələbatlara uyğun olmaması bu sahədə vəziyyəti
bir qədər də mürəkkəbləşdirir. Sahədə kiçik və orta müəssisələrin təsərrüfat fəaliyyətinə əhəmiyyətli
təsirə malik texniki təchizat məsələləri də qənaətbəxş səviyyədə deyildir. Günün tələbatlarını ödəyə
bilən müasir texnika və innovativ texnologiyalar, kiçik və orta müəssisələr üçün nəzərdə tutulan və
onların özünəməxsus xüsusiyyətlərini nəzərə alan maşın-mexanizm, avadanlıq və digər mütərəqqi əsas
istehsal vasitələri demək olar ki, yoxdur. Digər bir tərəfdən kiçik müəssisələrin yüksək texnoloji
avadanlıqlara malik olması məhdud xarakter daşıyır, çünki, yüksək texnologiyanın əldə edilməsi üçün
külli miqdarda maliyyə məsrəfləri tələb olunur.
Sahədə fəaliyyət göstərən iri müəssisələrdən fərqli olaraq, kiçik və orta biznes subyektlərinin
əksəriyyətində, əsasəndə təsərrüfat fəaliyyətlərinin ilk dövrlərində lazimi maliyyə vəsaitinin olmaması
səbəbindən istehsal texnikası ilə silahlanma səviyyəsi aşağı olur, müəssisədə sosial infrastruktur
qurulmur, əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri həll edilmir, nəticədə bu da təsərrüfat
fəaliyyətinin nəticələrinə mənfi təsir edir.
Fikrimizcə mövcud şəraitdə tikinti materialları sənayesi müəssisələrində sahibkarlığın inkişafının
zəruri iqtisadi mühitinin yaradılması bu bölmənin inkişafına yönəldilmiş tədbirlərə sistemli yanaşmanı
nəzərə almaqla aşağıdakı istiqamətlərdə həyata keçirilməlidir:
- istehsal müəssisələrində işgüzar fəaliyyətin ümumi təşkilati şəraitini təmin edən, müasir
tələbləri ödəyən infrastrukturlar yaradılmalıdır;
- sahə müəssisələrində inkişafın vacib amillərindən biri olan investisiya və innovasiya tədbirləri
reallaşdırılmalı və sahibkarlığın maliyyə təminatı həyata keçirilməlidir;
- sahə müəssisələrində xarici iqtisadi fəaliyyət də daxil olmaqla, güzəştli kreditləşmə və vergi
qoyma mexanizmi elə tətbiq edilməlidir ki, indiki şəraitdə sahibkarlığın inkişafına əlverişli şəraitin
yaradılması istiqamətində tələbatların təmin edilməsi ön plana çıxmış olsun;
- sahə müəssisələrində sahibkarlıq strukturlarının müasir şəraitə uyğun fəaliyyət göstərə bilməsi
üçün idarəetmədə təşkilati dəyişikliklər edilməli, sahibkarlıq fəaliyyətinin təşkilati təminatı reallaş-
dırılmalıdır;
- sahə müəssisələrində vergi və investisiya siyasəti sahibkarlığın inkişafı istiqamətinə yönəl-
dilməli, sahibkarlıq subyektlərində elmi-metodiki və kadr təminatı məsələlərinə yüksək diqqət
yetirilməlidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
605
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Doğrudur son bir ildə dövlət sahibkarlarla münasibətlərinin inkişaf etdirilirməsi, sahibkarlığın
dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görmüş, nəticədə
müdaxilə halları kəskin azalmışdır. Həmdə sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi
yaradılmışdır ki, bu mənbə hesabına kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə olan
tələbatlarının ödənilməsi xeyli yaxşılaşmışdır. Son aylarda sahibkarlığa konsaltinq, informasiya
təminatı və işgüzar əlaqələrin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir. 2015-ci
ildə ölkə sahibkarlarının işgüzar əlaqələrinin dəstəklənməsi istiqamətində həm ölkə daxilində, həm də
xaricdə mühüm iqtisadi tədbirlər, biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilmişdir ki,
bunlar da istər respublikamızda biznes mühitinin və iqtidasi potensialın təbliği, istərsə də yerli
sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından xeyli əhəmiyyətli olmuşdur.
Perspektiv dövrdə Azərbaycanın tikinti materialları sənayesi müəssisələrində inkişaf etmiş
ölkələrdə geniş yayılan və dünyada “françayzinq” adı ilə məşhur olan təsərrüfat formasından da
istifadə etmək sahədə müəssisələrin inkişafına müsbət təsir göstərmiş olar. Çünki françayzinq
sistemindən istifadə edən həm iri, həm də kiçik müəssisələr müəyyən üstünlüklər əldə edir. Ən əsası
odur ki, iri müəssisələrlə kiçik müəssisələr arasında sıx qarşlıqlı əlaqə yaranır və inteqrasiya fəaliyyəti
güclənir.
Françayzinq əsasında iri və kiçik müəssisələrin qarşılıqlı əlaqələrində vacib məsələlər dən biri də
müəssisələr arasında dayanıqlı münasibətlərin qurulmasıdır. Bu zaman kiçik müəssisələrin françayzinq
formasında fəaliyyəti nəticəsində əldə etdikləri mənfəət, onların müstəqil fəaliyyəti zamanı
qazandıqları mənfəətdən həmişə çox olur.
Françayzinq iri və kiçik sahibkarlığın qarşılıqlı əlaqə forması olaraq Azərbaycanın tikinti
materialları sənayesi müəssisələrində, ticarət və xidmət sferasında geniş tətbiq edilə bilər ki, bu da
Qərb texnologiyasının ən yaxşı nümunələrinin yerli müəssisələrin fəaliyyətində istifadə olunmasına
şərait yaratmış olar.
Azərbaycan Respublikası Prezidentinin sahibkarlıq fəaliyyətinin gücləndirilməsi və yerli isteh-
salın artırılması ilə bağlı verdiyi sərəncamlar və tapşırıqlar, sahibkarlığa dövlət dəstəyi tədbirlərinin
səmərəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2016-cı
ilin ilk ayları ərzində xeyli işlər görülmüşdür. İnanmaq olar ki, il ərzində görüləcək digər tədbirlər
nəticəsində sahə müəssisələrinin təsərrüfat fəaliyyətində yeni canlanma yaranacaq və tikinti
materialları sənayesi müəssisələrinin fəaliyyətində mühüm nailiyyətlər əldə ediləcəkdir.
Dostları ilə paylaş: |