521. Cinayətin törədilməsində təqsirli bilinən şəxs
məhkəmə iclasında günahsız olduğunu bildirdikdə, dövlət
ittihamçısı ona əgər özünü günahsız hesab edirsə, buna
sübuta yetirməyi ondan tələb edir. Dövlət ittihamçısı
haqlıdırmı?
- Xeyr, haqlı deyil. Çünki Azərbaycan Respublikası
Konstitusiyasının 63-cü maddəsinin III hissəsinə görə cinayətin
törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta
yetirməyə borclu deyildir.
522. Məhkəmə prosesinə şahid qismində dəvət olunan
təqsirləndirilən şəxsin qardaşı öz doğma qardaşı əleyhinə
ifadə verməkdən imtina etdikdə dövlət ittihamçısı buna
etiraz edərək şahidin ifadə verməkdən imtina etməsinin
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 298-ci
maddəsi ilə məsuliyyətə səbəb olduğunu bildirir. Məhkəmə,
Dostları ilə paylaş: |