hansı hallarda mandatından məhrum edilir?
- 1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar
olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya
başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda,
sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul
olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla);
5) özü imtina etdikdə.
222. Azərbaycan Respublikası Milli Məclisinin deputat-
lığından məhrumetmə nəyin əsasında qəbul edilir?
- Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından
məhrumetmə haqqında qərarın əsasında qəbul edilir.
223. Azərbaycan Respublikası Milli Məclisinin deputat-
larının səlahiyyətləri hansı hallarda itirilir?
- Öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda
nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir.
Dostları ilə paylaş: |