10-30% hallarında vərəm meningiti aşkar edilir.
distress-sindromu, poliorqan çatışmazlığı ilə müşaiyət olunur. Miliar
28
miokardit, durğunluqla müşahidə edilən ürək çatışmazlığı, endo- və
perikardit ürəkdaxili tromboz, aortanın anevrizması, antiretrovirus
terapiyası fonunda immunitetin bərpasının iltihabi sindromu kimi
fəsadlar səciyyəvidir.
Ağciyərin rentgenoqramlarında 85% hallarda diffuz interstisial
dəyişikliklər fonunda çoxsaylı kiçik, 2-3 mm diametrli ocaqlar aşkar
olunur. Qarın boşluğu orqanlarının USM-də lakunar assit, qaraciyər
və dalağın ocaqlı zədələnməsi, adneksit, mezenterial limfa vəzlərinin
böyüməsi və bağırsaqlararası soyuq abseslər aşkar olunur. Laborator
müayinələrdə normoxrom anemiya, leykopeniya, yaxud leykositoz,
EÇS artması və hiponatriemiya kimi dəyişikliklər müşahidə edilir
39
.
Ağciyər vərəmindən və ağciyərdənkənar orqanların vərəminin digər
formalarından fərqli olaraq miliar vərəm üçün tuberkulin sınaqlarının
anergiyası səciyyəvidir, belə ki, 20-75% hallarda Mantu sınağının
nəticəsi mənfi olur
73
. Diaqnozu dəqiqləşdirmək üçün aparılan digər
müayinələrə bəlğəmin, bronxoalveolyar lavajın, mədənin yuyuntu
sularının müayinəsi, onurğa beyninin punksiyası və onurğa beyni
mayesinin, qanın (VMB-ni aşkarlamaq üçün) əkmə üsulu ilə
müayinəsi, qaraciyər və sümük iliyinin biopsiyası, eləcə də göz
dibinin müayinəsi aiddir.
Müalicənin gecikdirilməsi yüksək ölüm səviyyəsinə gətirib
çıxarır. Hətta vərəm əleyhinə terapiya fonunda miliar vərəmi olan
xəstələr arasında letallığın səviyyəsi uşaqlarda 15-20%, böyüklər də
isə 25-30%-ə çatır.
Dostları ilə paylaş: