30
Miliar vərəmin müalicəsi
Müalicə aparılmadığı təqdirdə bütün hadisələr letallıqla
nəticələndiyi üçün müalicəyə mümkün qədər tez başlamaq
lazımdır
Kimyəvi terapiyanın empirik rejimi 1-ci müalicə rejiminə
müvafiq olmalıdır: 2HRZE/4HRE (B)
80
(Cədvəl 3)
Uşaqlarda klinik əlamətləri və sümük-oynaq sisteminin
zədələnməsi müşahidə olunmayan miliar vərəmin empirik
müalicə rejimi 9 aya qədər uzadılır: 2HRZE/7HRE
14
Vərəm meningiti və ya sümük-oynaq sisteminin zədələnməsi
müşahidə olunduqda və ya bu zədələnmələrə şübhə olduğu
hallarda miliar vərəmi olan uşaqlar və ya yaşlı xəstələr üçün
uyğunlaşdırılmış müalicə rejimi tövsiyə olunur:
2SHREZ/1HREZ/9HRE (Cədvəl 3)
Dərmanlara davamlılıq aşkar olunduğu hallarda buna müvafiq
müalicə rejimi təyin edilir (
Cədvəl 3)
Miliar vərəmi olan xəstələrdə MSS zədələnmələri, perikardit,
eləcə də refrakter hipoksemiya əlamətləri kimi yanaşı
ağırlaşmalar müşahidə edilərsə, kortikosteroidlərin
(deksametazon) təyini tövsiyə edilir (A)
80
v/d, yavaş-yavaş şırınqa və ya damcı üsulu ilə (kəskin və
təxirəsalınmaz hallarda) və ya ə/d 4-20 mq gündə 3-4 dəfə
(gündəlik doza 80 mq-a qədər), saxlayıcı doza
0,2-9 mq/gündə 3-4 gün ərzində, sonra daxilə qəbul ilə davam
etdirilməklə. Uşaqlara deksometazon ə/d-nə
0,02776-0,16665 mq/kq hər 12-24 saatdan bir yeridilir.
Müalicə tədricən dozanın azalması ilə kəsilir (sonda bir neçə
kortikotropin inyeksiyası təyin olunur)
Vərəm əleyhinə terapiya fonunda hepatotoksik reaksiyalar
(bilirubinin, transaminazaların səviyyəsinin 5 dəfədən artıq
qalxması) müşahidə edildiyi hallarda izoniazidin, rifampisinin və
pirazinamidin təyini dayandırılmalı, müalicə streptomitsin,
etambutol və ftorxinolonların kombinasiyası ilə davam
etdirilməlidir. Laborator göstəricilərin səviyyəsi normallaşdıqda
və ya icazə verilən hədlərə qədər azaldıqda izoniazid, rifampisin
və pirazinamidin təyini bərpa oluna bilər.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.