Microsoft Word 86 Agciyerden kenar verem 4


Qadın cinsiyyət üzvlərinin vərəmi



Yüklə 0,51 Mb.
səhifə30/40
tarix28.12.2021
ölçüsü0,51 Mb.
#9458
1   ...   26   27   28   29   30   31   32   33   ...   40
Qadın cinsiyyət üzvlərinin vərəmi 

Qadın cinsiyyət üzvlərinin vərəmi  əsasən sonsuzluğa görə 

aparılan diaqnostik müayinələr zamanı  aşkarlanır. Vərəmin bu 

formasına 7-15% hallarda təsadüf edilir

62

. Adətən, bu zaman 



zədələnmə prosesi uşaqlıq borularının selikli qişasından başlayaraq 

müsariqəyə, endometriuma, yumurtalıqlara, uşaqlıq boynuna və 

uşaqlıq yoluna yayılır.  Bu  proses  həm simptomsuz, həm də  kəskin 

iltihab əlamətləri ilə inkişaf edə bilər. Xəstəliyin fəal fazasında çanaq 

nahiyəsində ağrılar, dismenoreya, vaginal qanaxmalar kimi əlamətlər 

müşahidə edilə bilər. Qadınlarda cinsi orqanların vərəminin 

diaqnostikasında yaranan problemlər bakterioloji müayinələrin 

informativliyinin və tuberkulin sınaqlarının spesifikliyinin aşağı 

səviyyədə olması ilə  əlaqədardır. Eləcə  də bu xəstəliyin 

diaqnostikasında rentgenoloji müayinə (histerosalpinqoqrafiya) və 

USM kifayət qədər effektli deyil

69

. Diaqnostik metodlardan ən 



informativ olan uşaqlıq daxilindən götürülmüş nümunələrin PZR 

müayinəsidir

34



Adətən, bu klinik formaların müalicəsində kimyəvi terapiya yaxşı 



effekt verir və cərrahi müdaxiləyə nadir hallarda ehtiyac olur. Lakin 

bir çox hallarda səmərəli terapiya nəticəsində belə fertil funksiyanı 

bərpa etmək mümkün olmur. Bu hallarda alternativ müalicə kimi 

ekstrakorporal mayalanma tətbiq edilməlidir

7




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin