Şəkil 46. Optik illuziya
a- Müller-Layer illuziyası; b- kvadratın tərəfinin deformasiya
olunmuş şəkildə görünməsi; v- bucaqların qeyri-bərabər görünməsi;
q- boyuna və eninə cizgiləri olan sahələrin qeyri-bərabər
görünməsi; d- maili xətlərdə kəsişən üzün şaquli xətlərinin bir-
birindən fərqli görünməsi; e- eyni ölçülü qara və ağfiqurların müxtəlif
ölçüdə görünməsi; j- kiçik və böyük dairələrlə əhatə olunmuş eyni
dairələrin müxtəlif böyüklükdə görünməsi; z- üfiqi və şaquli xətlər
çəkilmiş divarın hərəkətdə və sükunətdə görünməsi.
Istehsalata təsir edən ən önəmli faktorlardan biri də rəng və işıq
kontrastı və nüansdır. Istehsalat intensivliyinin, dəzgahların rəngləri
və işıqlanma istehsalat məhsuldarlığına böyük təsirgöstərir.
60
16. STANDART VƏ ESTETIKA
Standartlaşdırma milli iqtisadiyyatın inkişafı və beynəlxalq
münasibətlərin genişləndirilməsi üçün əsas vasitələrdən biridir.
Keçmiş SSRİ-də Əmək və Müdafiə Şurası nəzdində 1926-cı ildə
standartlaşdırma komitəsi yaradılmışdır.
Standartlaşdırmada məhud sayda parametrlərin müxtəlif
kombinasiyasəndan çox geniş çeşiddə məmulların müəyyən tələbatı
ödəyən istehsalını yaratmaq mümkündür.
Təbiətdə çoxlu sayda sadə elementlər olsa da, onun 99,5%-ni 12
əsas element “ standart” təşkil edir. Bu prinsip standartlandırmada da
əsas qəbul olunmuş və standartlaşdırma üçün – parametrik standart
sıranın yaradılması üçün münasib rəqəmlər sırasından istifadə olunur.
Bu sıranı ilk dəfə olaraq fransız mühəndisi Şarl Renard tərtib etmişdir
(1886-cı il).
1956-cı ildə Beynəlxalq standartlaşdırma komitəsinin qərarı ilə
bu sıra qəbul edilmişdir. Beynəlxalq standartlar təşkilatı bunu 1953-cü
ildə qəbul etmişdir. (QOST 8032-56). Bu münasib rəqəmlər sırası
cədvəl 1-də verilmişdir. Beynəlxalq standartlar təşkilatı bunu 1953-cü
ildə qəbul etmişdir. Insan tərəfindən hazırlanan məhsulların utilitar-
funksional, konstruktiv-texnoloji, ekonomik, sosial, estetik-ideya
keyfiyyətlərini nəzərə alan xüsusiyyətlərə ayırmaq olar (Şəkil 47).
Standartın əsasını faydalılıq, utilitarlıq, məqsədəuyğunluq və
gözəllik təşkil edir. Standartlar yaxşı və qənaətbəxş ola bilməz, onlar
daha mükəmməl olmalı, utilitar-funksional-texniki tələbləri
öyrənməkdən başqa estetik tələbləri də tam ödəməlidir. Texniki
mükəmməlliyin və standartın estetikliyini, istehsalat məhsulunun
forma dəyişməsinin əsas parametrlərindən biri olaraq həndəsi və
münasib rəqəmlər sırası təşkil edir.
|