Microsoft Word Info-5 mv az (11-07-20). docx


saat  KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə69/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

4 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
1 saat
3.3.1. İnternet haqqında ilkin biliklərini izah edir. 
3.3.2. İnternetdə sadə iş bacarıqlarını nümayiş etdirir. 
4.1.1. İnformasiya resurslarını əlamətlərinə görə təsnif edir. 
4.1.2. İnformasiya resurslarını əsas əlamətlərinə görə qruplaşdırır. 
4.1.3. Təbiətlə əlaqədar informasiya resurslarının əhəmiyyətini izah 
edir.
TƏDRİS VAHİDİ –
5
İNTERNET


89
Müəllim mövzuya başlayarkən resurslar haqqında ümumi məlumatı müzakirə 
edə bilər. O, informasiya resurslarının toplanması və gələcək nəslə ötürülməsində 
arxivlər, kitabxanalar və muzeylərin rolundan söz aça bilər. “Siz məktəbdə, evdə 
informasiya almaq üçün hansı resurslardan istifadə edirsiniz?” mövzusunda 
diskussiya təşkil etmək olar.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda məqsəd informasiyaları 
mövzulara görə qruplaşdırmaqdır. Bu tapşırığın yerinə yetirilməsi şagirdlərdə 
qruplaşdırma və müqayisəetmə kimi idraki bacarıqların inkişaf etdirilməsinə 
əsaslanır. Tapşırıqda koordinat şəbəkəsi və simmetriya həm riyaziyyata, həm də 
informatikaya aid edilə bilər.
Diferensial təlim
. Təlim nəticələri zəif olan şagirdlər qruplaşdırmanı şifahi də apara 
bilər. Müəllim onlara kömək məqsədilə yönəldici suallar verə bilər. 
İşin müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Cədvəllərin düz-
günlüyünü yoxlamaq üçün müəllim uyğun informasiyalarla hansı dərslərdə tanış 
olduqlarını soruşa bilər.
Bu hissədə verilən izahat və yeni məlumatlar oxunur. Müəllim resursların 
təsnifatını izah edərkən sxematik olaraq lövhədə çəkə bilər. Bu zaman müxtəlif 
nümunələrdən istifadə etmək olar. Fənlər üzrə yazılmış dərslikləri mövzular üzrə 
qruplaşdırılmış informasiya resurslarına sadə misal kimi göstərmək olar.
Dərsliyin “Araşdıraq-öyrənək” hissəsində verilmiş tapşırıq layihə xarakterlidir. Bu 
tapşırıq evə verilə bilər. Müəllim tükənən və tükənməyən təbii sərvətlər haqqında 
məlumat toplamağı şagirdlərə həvalə edə bilər. Ətraf mühitə qayğıkeş münasibət, təbii 
sərvətlərdən səmərəli istifadə etmək kimi keyfiyyətlərin əhəmiyyəti araşdırıla bilər. 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin