Microsoft Word informatika cavab az docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə27/75
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#46286
1   ...   23   24   25   26   27   28   29   30   ...   75
informatika cavab01az

   Takt tezliyi - prosessorun işləmə sürətini təyin edən ən vacib göstəricidir. 

Meqaherslər (MHs) və qiqaherslərlə (QHs) ölçülən takt tezliyi vahid zaman 

ə

rzində (bir saniyədə) prosessorun yerinə yetirdiyi dövrlər sayını göstərir. Bu 



günkü gündə tezliyi 3 QHs-dən 4 QHs-a qədər olan prosessorlara çox böyük 

tələbat vardır. Mikroprosessorun ixtiraçılarından biri və Intel kompaniyasının 

rəhbərinin adının şərəfinə qoyulmuş “Mur qanununa” əsasən hər il yarımdan bir 

mikroprosessorların tezliyi ən azı 2 dəfə artır. 

Prosessorun işləmə sürəti şübhəsiz ki, takt tezliyindən asılı olmaqla bərabər, 

başqa amillərdən də asılıdır. Məsələn, Pentium 4 və Athion prosessorları eyni bir 

tezlikdə işləmələrinə baxmayaraq, onların işləmə sürətləri müxtəlifdir. Görünür ki, 

burada bizə məlum olmayan bəzi parametrlər var ki, biz də indi onları 

araşdırmalıyıq.Prosessorların nəsilləri bir-birilərindən işləmə sürəti, arxitektura, 

icra olunması və xarici görünüşü ilə bərabər, keyfiyyət cəhətdən də fərqlənirlər. 

Belə ki, Pentium-dan Pentium Iİ-yə, sonra isə Pentium Iİİ-ə keçdikdə, prosessorun 

ə

mrlər (təlimatlar) sistemi dəyişir.Eyni takt tezliyinə malik olan prosessorların niyə 



müxtəlif sürətlə işləməsini başa düşmək üçün fizika kursundan hər bir məktəbliyə 

məlum olan bir misalı yada salaq. Içərisindən su axan 2 boru götürək. Su eyni 

sürətlə axır (prosessorda bu takt tezliyinə uyğun gəlir), lakin borulardan birinin 

diametri böyük olduğuna görə (yeni prosessor) oradan su həddindən çox axacaqdır. 

Ə

gər başlanğıc hesab nöqtəsi kimi, prosessorlar bazarında Intel korporasiyasını 



götürsək, indiyə kimi bu firmada prosessorların 8 nəsli dəyişmişdir: 8088, 286, 

386,486, Pentium I, Pentium II, Pentium III, Pentium IV. 

Bir nəslin çərçivəsində hər şey aydındır: nə qədər takt tezliyi böyük olarsa, o 

qədər prosessor cəld işləyəcək. Bəs, əgər prosessor bazarında iki müxtəlif nəslə 

məxsus olan, lakin eyni takt tezliyi 

ilə


 işləyən, məsələn, Pentium III və Pentium IV 


prosessorları haqqında nə demək olar? Pentium IV prosessoru həll olunan 

məsələdən asılı olaraq, 10-15% artıq sürətlə işləyir. Bu onunla əlaqədardır ki, yeni 

prosessorlarda çox vaxt informasiyanın bəzi növlərinin emalını optimallaşdıran 

ə

mrlər-təlimatların yeni sistemləri quraşdırılır. Məsələn, Pentium IV prosessorunda 



multimedia informasiyasının (video, səslər, qrafiklar) emalını kəskin sürətləndirən 

yeni əmrlər-təlimatlar sisteminin dəstəkləyicisi quraşdırılmışdır. Buna oxşar 

təlimatlar prosessorların əvvəlki nəsillərində də olmuşdu (məs, Pentiumun ilk 

modelindən başlayaraq, bütün prosessorlar MMX, Pentium Iİİ-dən başlayaraq isə, 

SSE təlimatlar toplusunu dəstəkləyirlər). 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin