23. Sistem, verilənlər, ünvanlar və idarəetmə şini. Genişlənmə şinləri. Lokal
ş
in.
Sistem interfeysi kompüterin qurğularının qarşılıqlı əlaqəsini və onlar arasında
informasiya mübadiləsini təmin edir. Orta, böyük və super kompüterlərdə sistem
interfeysi özünün daxiletmə-xaricetmə prosessorlarına (onlara kanallar deyilir)
malik olan mürəkkəb qurğulardan ibarət olur. Bu qurğular kompüterin hissələri
arasında informasiya mübadiləsinin yüksək sürətlə aparılmasını təmin edirlər.
Mini-kompüterlərdə sistem interfeysinin funksiyalarını sistem şinləri yerinə
yetirirlər. Bu sinif kompüterlərdə iki strukturdan istifadə olunur: çoxşinli və ümumi
ş
inli. Birinci halda qurğular arasında informasiya mübadiləsi üçün ayrı-ayrı qrup
ş
inlərdən istifadə olunur, ikinci halda isə bütün qurğular vahid qrup şinlərlə
ə
laqələndirilir (qrupa verilənlərin, ünvanların və idarəetmə siqnallarının ötürülməsi
üçün şinlər daxildir). Ümumi şinli struktur prosessor, yaddaş və periferiya
qurğuları arasında informasiya mübadiləsinin eyni qaydalarla aparılmasını təmin
edir ki, bu da qurğuların qarşılıqlı əlaqəsini sadələşdirir.
Xarici qurğuların idarə olunması və onların sistem interfeysi ilə əlaqələndirilməsi
üçün qrup idarəetmə qurğularından, adapterlərdən və kontrollerlərdən istifadə
olunur. Göstərilən idarəetmə qurğuları öz işlərini uyğun idarəedici proqramlar
(drayverlər) vasitəsilə qururlar.
|