II FƏSİL
AƏRBAYCANDA EV TƏSƏRRÜFATLARI BÜDCƏSİNİN SEÇMƏ
METODU İLƏ TƏDQİQİ
§2.1. Seçmə müşahidəsinin təcrübədə tətbiqi səbəbləri
Əhalinin həyat səviyyəsini və onun maddi rifahını öyrənmədən fəal sosial
siyasətin həyata keçirilməsi mümkün deyildir. Bu məqsədlə bazar iqtisadiyyatına
keçidin ilk dövrlərindən başlayaraq ölkədə ev təsərrüfatlarının büdcələrinin seçmə
tədqiqatının həyata keçirilməsnə önəm verilmişdir. Müasir dövrdə bu cür tədqiqatlar
əhalinin həyat səviyyəsinin öyrənilməsinin vahid informasiya bazası kimi çıxış edir.
Bazar iqtisadiyyatına keçidlə əlaqadar olaraq ev təsərrüfatlarının seçmə
tədqiqatının təşkili (tədqiq edilən ailələrin sayının tədricən artırılması, seçmə məc-
munun formalaşdırılmasına metodoloji yanaşmanın dəyişilməsi, tədqiqat vasitələrinin
yeniləşməsi və s.) təkmilləşdirilir.
Xeyli vaxtdır ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
beynəlxalq standartlara uyğun olaraq hər il ev təsərrüfatlarının seçmə tədqiqatını
aparır.
Beynəlxalq standartlara uyğun olaraq tədqiqat məlumatlarının toplanması və
işlənməsi
sistemində,
həmçinin
ev
təsərrüfatlarının
seçmə
məcmunun
formalaşdırılması qaydalarında dəyişikliklər edilmişdir.
Seçməni formalaşdırarkən sahəvi prinsip deyil, ev təsərrüfatlarının ehtimallı
seçməsindən (təsadüfi), yəni seçmə vahidi əhalinin sayının proporsianallığı
ehtimalına əsaslanaraq müəyyən edilir. Bu metod seçmənin nəticələrindən asılı
olmayaraq bütün səviyyyələrdə seçmənin reprezentativliyinə təminat verir.
Tədqiqat ev təsərrüfatlarının könüllü iştirakı prinsipinə əsaslanır. Seçməyə
düşən ev təsərrüfatı onların dəyişilməsi (rotasiya) baş verən müddətdə il ərzində
tədqiq olunur. Seçmə tədqiqatını aparmaq üçün ev təsərrüfatının yaşadığı yaşayış
mənzilinin ünvanı seçilir. Ümumi məcmu kimi ölkədə yaşayan ev təsərrüfatlarının
35
ümumi sayı (əhalinin siyahıyaalınmasının məlumatları) götürülür. Bu zaman
kollektiv ev təsərrüfatları və yataqxanada yaşayan tələbələr istisnalıq təşkil edir.
Tədqiqatın gedişində ev təsərrüfatının həyat fəaliyyətinin müxtəlif tərəfləri -
ev təsərrüfatının demoqrafik xarakteristikası, mənzil şəraiti, şəxsi yardımçı
təsərrüfatı, əmlak təminatlılığı, ev təsərrüfatının gəlir və xərci haqqında informasiya
toplanır.
Dövlət statistika orqanları ev təsərrüfatları tərəfindən verilən məlumatların
yalnız yekun statistik məlumatları formalaşdırmaq üçün istifadə edildiyinə və onların
məxfiliyinə təminat verir.
Ümumiyyətlə, təcrübədə seçmə metodunun tətbiqini şərtləndirən bəzi səbəblər
vardır. Onlara aiddir:
- məlumatların yüksək dəqiqliyi. Seçmədə müşahidə vahidlərinin sayının
azalması qeydiyyat xətasını kəskin azaldır. Düzdür, vahidin tam əhatə olunmaması
reprezentativ xəta yaradır. Buna baxmayaraq ümumi müşahidə ilə müqayisədə seçmə
məlumatları dəqiqliyi təmin edir. İşlərin həcminin azaldılması daha ixtisaslı icraçılarn
cəlb edilməsinə imkan verir ki, bu da seçmə tədqiqatı məlumatlarının keyfiyyətinə
müsbət təsir göstərir.
- seçmə metoduna müraciət edilməsi maddi, əmək, maliyyə resurslarına və
vaxta qənaəti təmin edir,
- statistik müşahidəyə cəlb edilən vahidlərin azlığı onları daha geniş proqramm
əsasında öyrənməyə imkan verir.
Bəzi məhsulların keyfiyyət xüsusiyyətlərini aşkar edərkən seçmə metodundan
istifadə edilir. Seçmə metodunun tətbiq təcrübəsi çox müxtəlifdir. Ümumi
müşahidənin nəticələrini dəqiqləşdirərkən və işləyərkən, onun bir hissəsini daha geniş
proqramm əsasında öyrənərkən seçmə metodu tətbiq edilir (3,4,14).
Seçmə metodu istehlak movqeyindəki ictimai fikri öyrənərkən, əhalinin gəlir
və xərclərini formalaşdırarakən, aqrar sektorda məhsuldarlığı öyrənərkən və s. tətbiq
edilir.
Seçmə məcmu ümumi məcmudan formalaşdırılır. Seçmə məcmunun nəticələri
ümumi məcmunun bir sıra parametirləri haqqında fikir irəli sürməyə imkan verir.
36
Seçmə metodunun dəyəri (üstün cəhətləri) aşağıdakılarlardır.
1.Məlumatların toplanmasına yönəldilən xərclərin (seçmənin formalaşdırılması
və planlaşdırılması xərcləri də daxildir) nisbətən böyük olmaması,
2. Nəticələrin əldə edilməsi operativliyi,
3. Geniş tətbiq dairəsi,
4.Nəticələrin yüksək etibarlılığı.
Bütün bu üstün cəhətlər seçmə tədqiqatının problemlərini düzgün həll edildiyi
şəraitdə təzahür edir. Onlara aiddir:
- ümumi məcmunun sərhədinin müəyyən edilməsi;
- müşahidənin proqramının və təlimatının işlənib hazırlanması,
- seçmənin aparılmasının əsaslarının müəyyən edilməsi (ümumi məcmu
vahidlərinin siyahısı, onların yerləşdirilməsi haqqında məlumat və s.),
- xətanın yol verilən həcminin və seçmənin həcminin müəyyən edilməsi,
- seçmə müşahidəsinin növünün müəyyən edilməsi,
- müşahidənin aparılması müddətinin müəyyən edilməsi,
- seçmə müşahidəsini aparmaq üçün kadrlara təlabatın müəyyən edilməsi və
onların hazırlanması,
- seçmə məlumatlarının dəqiqliyinin və etibarlılığının qiymətləndirilməsi və
onların ümumi məcmuya yayılması qaydalarının müəyyən edilməsi.
Seçmə üzrə ümumi məcmunun xüsusiyyətləri haqqında nəticələr əldə etmək
üçün seçmə reprezentativ olmalıdır, yəni o ümumi məcmunun xüsusiyyətlərin tam və
adekvat təmsil etməlidir. Seçmənin reprezentativliyini yalnız məlumatları obyektiv
seçməklə təmin etmək olar.
Seçmə məcmu kütləvi ehtimallı proseslər prinsipi üzrə formalaşdırılır. Seçmə
məcmunun nisbətən eynikeyfiyyətliyini təmin etmək yaxud onu eynikeyfiyyətli
vahidlər qrupuna ayırmaq zəruridir. Seçmə məcmunu formalaşdırarkən seçmə
vahidlərinin dəqiq müəyyənləşdirilməlidir. Yaxşı olardı ki, seçmə vahidlərinin həcmi
təxminən eyni olsun.
Seçmənin üç üsulu mümkündür. Təsadüfi seçmə, müəyyən sxesm üzrə
vahidlərin seçilməsi, birinci və ikinci üsuldan birgə.
37
Əgər seçmə əvvəlcədən tiplərə ayrılmış (topa-topa yaxud stratlar şəklində)
ümumi məcmudan qəbul edilmiş sxemə müvafiq olaraq aparılarsa buna tipik
(təbəqəli yaxud stratifikasiyalı) seçmə deyilir.
Sosial-iqtisadi obyektlərin mürəkkəb struktura malik olması seçmənin çox
mərhələləi və fazalı üsullarından da istifadə edilməsini zəruri edir.
Seçmənin istənilən növündə vahidlərin seçilməsi qeyd edilən üç üsulla həyata
keçirilir.
Təsadüfi seçmə ilə vahidləri seçərkən ilk növbədə rəqəmli kod (nömrə yaxud
işarə) verilən məcmu vahidlərinin siyahısı təşkil edilir. Daha sonra püşk atma həyata
keçirilir.
Püşkatma ilə seçmə bəzi səbəblərdən xətalı ola bilər. Ona görə də obyektivlik
baxımından ən etibarlısı təsadüfi ədədlər cədvəli üzrə seçmədir.
Bu cür cədvəl elektron siqnallar yolu ilə seçilən və təsadüfi qaydada
növbələşən rəqəmlər seriyasından ibarətdir.
Seçmə müşahidəsinin bütün xətaları seçmənin xətasına (təsadüfi), seçmənin
sxemindən kənarlaşmanın səbəb olduğu xəta (qeyri-təsadüfi) və müşahidənin
xətasına (təsadüfi və qeyri-təsadüfi) ayrılır. Seçmənin xətası seçmənin xətasının yol
verilən həcmini ötərsə onda yüksək dəqiqlik şübhə doğurur. Seçmənin xətası təsadüfi
olmayan xətaya gətirib çıxarır. Əgər obyektiv seçmə «əlverişli» seçmə ilə əvəzlənərsə
onda o hal baş verə bilər. Bununla yanaşı hər hansı bir səbəbdən (seçilən ev
təsərrüfatı qapını açmadısa, onu qonşusu ilə əvəz etməsi, yaxud onun imtina etməsi
səbəbindən əvəz etməyə qaçılması və s.) seçməyə düşən vahidlərin digər ilə əvəz
olunması da seçmənin xətasının təsadüfi olmamasına gətirib çıxara bilər.
Təsadüfi olmayan xətalar məlumatların toplanması metodları ilə bağlı da
yarana bilər. Məsələn, suallar soruşulan üçün olduqca qeyri-adi və verilən sualın
forması əlverişsiz ola bilər, həmçinin sorğunun vaxtı münasib olmaya bilər və s.
Təsadüfi xəta ehtimallı qanunla dəyişəndir. Təsadüfi xəta seçməyə aiddir.
Seçmənin xətası, yaxud reprezentativ xəta seçmə üzrə əldə edilən göstəricilərlə
ümumi məcmunun parametirləri arasındakı fərqdir. Seçmənin orta xətası
38
(reprezentativ xəta)-
µ
ε
−
= x
Dostları ilə paylaş: |