II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
106
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Qeyd edək ki, pedaqoji cəhətdən müxtəlif üsullarla həll olunan məsələlər daha da səmərəlidir. Bu zaman şagirdin zehni
fəaliyyəti artır, təlimin keyfiyyəti fəndaxili və fənlərarası yeni əlaqəlin aşkar edilməsi sayəsində yüksəlir.
Təlim prosesində şagirdin məsələ tərtib etməsinə və sonra onu həll etməsinə xüsusi diqqət yetirilməlidir. Bu işə
müəllim şagirdləri hazırlamaq üçün məqsədyönlü iş aparmalıdır.
Riyazi məsələləri standart və qeyri-standart növlərə də ayırırlar. Aydındır ki, belə bölgü də şərtidir. Çünki eyni bir
məsələ bir şagird üçün standart, başqa bir bir şagird üçün qeyri-standart ola bilər. Bu əsasən şagirdin qavrama
qabiliyyətindən, təfəkkürünün inkişafından, bilik səviyyəsindən asılıdır. [1, s. 108]
Konkret dərs üçün məsələ seçərkən aşağıdakı suallara cavab axtarılmalıdır:
1. seçilən məsələ dərsin əsas didaktik məqsədinə uyğundurmu?
2. seçilən məsələ əvvəlki dərsdə həll olunan məsələ ilə əlaqəlidirmi?
3. seçilən məsələni ümumiləşdirmək olarmı?
4. məsələnin verilənləri məqsədəuyğundurmu?
Dərsin əsas didaktik məqsədinə uyğun olaraq məsələlər sistem şəklində seçilir. Məsələ sistemləri aşağıdakı
tələbləri ödəməlidir:
1. məsələlər dərsin əsas didaktik məqsədlərinə uyğun olmalıdır;
2. sitemdəki məsələlər həm öz aralarında, həm də keçmiş və gələcək mövzularla əlaqəli olmalıdır;
3. sitemdəki məsələlər bütün mühüm və xarakterik situasiyaları əhatə etməlidir;
4. sitemdə məsələlər sadədən mürəkkəbə doğru yerləşdirilməlidir.
Riyazi məsələləri standart və qeyri-standart növlərə də ayırırlar. Aydındır ki, belə bölgü də şərtidir. Çünki eyni bir
məsələ bir şagird üçün standart, başqa bir bir şagird üçün qeyri-standart ola bilər. Bu əsasən şagirdin qavrama
qabiliyyətindən, təfəkkürünün inkişafından, bilik səviyyəsindən asılıdır.
Dostları ilə paylaş: |