II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
104
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
RİYAZİYYATDA HESAB MƏSƏLƏLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI
Xalidə HƏSENOVA, Günay QASIMOVA, Könül BƏDƏLOVA, Növrəstə ABDULLAYEVA
Sumqayıt Dövlət Universiteti
xalide@rambler.ru
,
gunayqasimova@yahoo.com
,
bedelova-konul@rambler.ru
,
novreste1982@box.az
Verilmiş ədədlər və bunlarla məchullar arasında verilmiş münasibətlərə görə bir və ya bir neçə məchulu tapmaq
tələbinə hesab məsələsi deyilir. Hesab məsələsi ədədlər üzərində bəzi əməlləri icra etməkdən ibarət deyil. O, birinci
növbədə məntiqi bir işdən: məsələnin tələb etdiyi mürəkkəb bir sualı daha sadə suallara ayırmaq, verilənlərlə axtarılanlar
arasındakı əlaqəni tapmaqdan ibarətdir ki, bu da insanda mürəkkəb məsələlərdən baş çıxarmaq, onları daha sadə məsələlərə
ayırmaq qabiliyyətini inkişaf etdirir. Məsələ həll etməyi bacarmadan riyaziyyatı əməli məsələlərə tətbiq etmək olmaz. Bu
isə riyaziyyatın həyatla əlaqəsini təşkil edir. [2, s. 89]
Hesab tədrisinə aid olan metodik ədəbiyyatlarda hesab məsələlərini müxtəlif əsaslara görə növlərə bölürlər. Müəllimin
bu növlərlə yaxşı tanış olması, onun şagirdlərə məsələ həll etməyi öyrətmək işində müvəffəqiyyətlər əldə etməsi üçün çox
mühümdür. Bunu nəzərə alaraq hesab məsələlərinin növləri üzərində dayanaq.
Hesab məsələlərinin yuxarıdakı tərifinə görə məsələnin şərtindəki ədədlər və bunlarla məchullar arasındakı
münasibətlər sözlə deyil, əməl işarələri və onların ardıcıllığı ilə göstərilmiş olduqda belə məsələlərə ədədi məsələlər və ya
misallar deyilir. Misalların təfəkkürün inkişafında rolu azdır. Buna baxmayaraq hesablama vərdişlərini
möhkəmləndirdiyinə görə əhəmiyyətlidir. Bunda əlavə, getdikcə çətinliyi artan misalların həllində şagird suallara ayırmaqla
böyük bir işi yerinə yetirir ki, bu da onlarda diqqət, məsuliyyət hissi, səliqə və özünü yoxlama kimi keyfiyyətlər inkişaf
etdirir. Misallar yeni keçilmiş qaydalara aid olmaqla bərabər, keçilmiş qaydalara da aid olmalıdır. Müxtəlif çətinlikdə olan
misallarla yanaşı, şifahi həll oluna bilən misallarda verilməlidir. [1, s. 103]
Məsələnin şərtindəki ədədlər və bunlarla məchul arasındakı münasibət sözlərlə ifadə olunduqda belə məsələlərə mətnli
məsələlər deyilir. Tədricən çətinlik dərəcəsi artırılmaqla, məqsədli surətdə seçilmiş mətnli məsələlərin həlloi şagirdlərin
məntiqi mühakiməsinin inkişafı üçün çox gözəl vasitədir. Buna görə də mətnli məsələlərin həllinə misallara nisbətən daha
çox vaxt ayırmaq lazımdır. [1, s. 104]
Hesab məsələləri onların həllindəki əməllərin sayından asılı olaraq iki növə bölünür. Yalnız bir əməllə həll olunan
məsələr sadə məsələlər, birdən artıq əməllə həll olunan məsələlərə isə mürəkkəb məsələ deyilir. Aydındır ki, çox asan həll
olunan mürəkkəb məsələlər olduğu kimi, nisbətən çətinliklə həll olunan sadə məsələlər də ola bilər. Sadə məsələlər
şagirdlərin məntiqi mühakiməsinin inkişafında ilk pillə olduğundan bunlara böyük əhəmiyyət vermək lazımdır. Belə
məsələlərin həllində şagirdlər bu və ya başqa əməlin mənasını dərk edirlər, əməllərin müxtəlif hallardakı tətbiqi ilə tanış
olurlar. [2, s. 91]
Məsələ şərtində verilmiş ədədlərin düzülüş sırası onun həllindəki əməllərin ardıcıllığı sırası arasında uyğunluq olub,
olmamasından asılı olaraq mürəkkəb məsələləri iki yerə bölmək olar.
Məsələdəki verilənlərin düzülüş sırası onun həllindəki əməllərin ardıcıllığı sırasına uyğun olduqda məsələ çevrilmiş
məsələ adlanır. Belə məsələlərin quruluşundan onların həllinin gedişi aydın görünür.
Məsələdəki verilənlər və onları bağlayan asılılıqlar şərtdə bir sırada olmayıb biri-birindən bir və ya bir neçə şərtlə
ayrılmış olduqda belə məsələlər çevrilməmiş məsələlər adlanır. Belə məsələlərin quruluşu onların həllin gedişini göstərmir.
Çevrilmiş məsələlərin həlli şagirdlər üçün xüsusi bir çətinlik törətmir. Çevrilməmiş məsələlər isə əksinə, gərgin
mühakimə aparmaq tələb edir. Buna görə də çevrilmiş məsələlərə nisbətən daha əhəmiyyətli hesab olunur.
Məsələləri bir də onların həll üsuluna görə iki yerə bölürlər. Bunlardan biri məxsusi həll üsulları olan məsələlərdir ki,
bunlara çox zaman tip və ya qrup məsələlər deyilir. Bu halda hər tipin özünəməxsus adı olur. Məxsusi həll üsulu olmayan
məsələlərə isə tip olmayan və ya qrup təşkil etməyən məsələlərdir. Çevrilməmiş məsələlər əsasən bu növə aid olur. [1, s.
106]
Orta məktəb riyaziyyat kursunda istifadə olunan tip məsələlərin əsas növləri aşağıdakılardır: [1, s. 107]
1. cəminə və nisbətinə görə məchul ədədlərin tapılmasına
aid məsələlər;
2. fərqinə və nisbətinə görə məchul tapılmasına aid məsələlər;
3. cəminə və fərqinə görə məchulun tapılmasına aid məsələlər;
4. ədədi orta qiyməti tapmağa aid məsələlər;
5. qarşı-qarşıya hərəkətə aid məsələlər;
6. bir istiqamətdə hərəkətə aid məsələlər;
7. birlikdə işə aid məsələlər;
8. əməllərin komponentləri arasındakı asılığa aid məsələlər;
9. əvəzetmə yolu ilə məchullardan birini kənar etməklə həll olunan məsələlər;
10. faizə aid məsələlər;
11. üçlük qaydasına aid məsələlər;