YENİ SƏTHİ-AKTİV AMMONİUM DUZLARININ SİNTEZİ VƏ XASSƏLƏRİ
Xuraman MƏMMƏDOVA, R.A.RƏHIMOV, F.M. VƏKİLOVA
AMEA, Neft-Kimya Prosesləri İnstitutu
xuraman_akifli@hotmail.com, revan_chem@mail.ru, vekilovafidan@gmail.ru
Dünya əhalisinin sayı artdıqca enerjiyə olan tələbat da artır. Xəzər dənizi bölgəsində neft hasilatı sürətlə artmaqdadır.
Baş verən qəzalar zamanı neftin və neft məhsullarının açıq su hövzələrinə tökülməsi nəticəsində hidrosferin flora və
faunasına ciddi ziyan dəyir. Neft və neft məhsullarını su səthindən təmizləmək üçün mexaniki üsuldan istifadə edilir. Lakin
neftin qalın təbəqəsi yığıldıqdan sonra qalan nazik təbəqə ekoloji cəhətdən təhlükə doğurur, çünki oksigen və karbon
qazının hidrosferlə atmosfer arasındakı mübadiləsi pozulur. Bu isə hidrosferin aerob mikroorqanizmlərinin inkişafına maneə
törədir. Su hövzələrinin səthində nazik neft təbəqəsini kənar etməyə imkan verən səthi-aktiv maddələrin (SAM) alınması,
tədqiqi və tətbiqi çox aktualdır.
Təqdim edilən məruzə dodesilamin, propilen oksidi və alkilhalogenidlər əsasında yeni SAM-ların sintezi, fiziki-
kimyəvi xassələrinin və neftyığma, neftdispersləmə qabiliyyətinin tədqiqinə həsr edilmişdir.
SAM-ların sintezi iki mərhələdə aparılmışdır. Birinci mərhələdə dodesilamin propilen oksidi ilə 1:1 və 1:2 mol
nisbətlərində reaksiyaya girir. Reaksiyaların ümumi sxemi aşağıdakı kimidir:
burada R=C
12
H
25
.
Reaksiyalar 23-32
C temperaturda 120-150 saat müddətində katalizatorsuz aparılmışdır. Sintez edilmiş SAM-ların
quruluşları İQ- və NMR-spektroskopiya metodları ilə identifikasiya edilmişdir. C
12
P ağ kristallik maddədir, etanolda,
asetonda, heksanda yaxşı, su və CCl
4
-də isə qismən həll olur. Amin ədədi 146.1 mq HCl/q-dir. C
12
PP isə maye halda olan
sarımtıl rəngli maddədir, etanol, aseton, heksan, CCl
4
-də yaxşı, suda isə qismən həll olur. Amin ədədi 118.9 mq HCl/q-dır.
Sintez edilmiş aminospirtlərin etil- və propilbromidlə qarşılıqlı təsiri nəticəsində yeni ammonium duzları alınmışdır.
Aparılmış kvaternizasiya reaksiyaları aşağıdakı sxemlər üzrə gedir:
|