Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə199/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   195   196   197   198   199   200   201   202   ...   1149
 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

113 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

2-HİDROKSİ–5–BROMTİOFENOL VƏ AMİNOFENOLLA VOLFRAMIN (VI)  

EKSTRAKSİYALI -SPEKTROFOTOMETRİK TƏYİNİ 

 

N. A. VERDIZADƏ, N. A. NOVRUZOVA, Q. S. SÜLEYMANOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



 

Məlum metodika ilə sintez edilmiş 2-hidroksi-5-bromtiofenol - 

 

ekstraksiyalı-spektrofotometrik təyini olunmuşdur. 



Volfram metallar  içərisində ən yüksək  ərimə tempraturuna  və ən aşağı buxar təzyiqinə  malik olduğuna görə təmiz 

volfram radiotexnikada, elektrotexnikada  rentgen texnikasında , müxtəlif  detalların hazırlanmasında,kəsici alətlərin 

,maqnitli  poladların  istehsalında tətbiq  olunur. Volframın çox 

hissəsi bərklikdə almaza  yaxın  volfram karbidin  (WC)  və başqa  bərk  ərintilərin  istehsalatında  istifadə  olunur ki,  

bunlardan da  qazma  alətlərininhazırlanması üçün  istifadə  edilir. 

Odur ki, müxtəlif  təbii obyektlərdə  və  sənaye  materiallarında volframintəyini üçün  yüksək  seçiciliyə malik, yeni, 

həssas ekstraksiyalı – fotometrik üsullar işlənib  hazırlanmasında  tələb olunur. 

 Bu  məqsədlə 2- hidroksi-5-bromtiofenol (HBTF) və 2N, N-dimetilaminometilfenolla (AF)  müxtəlif liqandlı  

komplekslərin əmələgəlmə və ekstraksiya  şəraiti tətqiq edilmişdir. 

    Müəyyən olunmuşdur ki, volfram  iki HBTF  molekulu  ilə anion  kompleks  əmələ gətirir. Anion kompleks isə 2 

protonlaşmış  aminofenol molekulu ilə  birləşərək ion –assosiat tipli  tünd  qəhvəyi  rəngli kompleks əmələ  gətirir. Rəngli 

komplekslərin spektrofotometrik tədqiqi CФ-26 spektrofotometrində və KФK-2 fotokolorimetrində uyğun olaraq l=1 sm və 

l=0,5sm olan küveytlərdən istifadə etməklə aparılmışdır. Lazım olan turşuluq HCL, H

2

SO



4

 turşularının zəif məhlullarından 

istifadə etməklə yaradılmışdır.  Ən yaxşı  ekstragent kimi  xloroform, dixloretan  və  xlorfenol müəyyən olunmuşdur. 

Xloroformla ekstraksiya zamanı volframın 98,4 %-i müxtəlif liqandlı   kompleks şəklində  üzvi fazaya keçir, ona gorə de 

sonrakı  təcrübələrdə əsasən  xloroformda istifadə  edilmişdir. 

 Dərəcələnmiş  sınaq  şüşəsinə 0,1-0,8 ml  0,1 mq/ml qatılıqlı  W(VI) məhluludaxil  edilib,üzərinə 2  ml  0,1 ml  M  

HCL  , 2,6 ml M  HBTF 2,4 ml   0,01 M   AF  

Xloroformda məhlulu əlavə  edilmişdir. Məhlulun ümumi həcmi su ilə 2 dəqiqə müddətində  çalxalanmışdır. Fazalar 

arasında  təbəqələşmə əmələ gəldikdən  20 dəqiqə sonra üzvi faza su fazasından  ayrılaraq, ekstraktların  optiki sıxlıqları 

KFK 2-də    1-  0,5  sm      qalınlıqlı  küveytdə 490 nm  dalğa uzunlugunda ölçülmüşdür. Bütün ölçmələr 20+ 2 C-də  

aparılmışdır. Kompleksin  əmələgəlmə  və ekstraksiyası  üçün  optimal  pH =4,2 – 5,7 müəyyən olunmuşdur. Optimal 

turşuluq  yaratmaq üçün  HCL, H

2

SO

4



 məhlullarından   və  asetat  turşusu buxarlarından  istifadə edilmişdir. Su fazasının 

pH - ı şüşə  elektrodlu Ph-340 markalı laboratoriya Ph-metrində ölçülmüşdür. Tünd-qənvəyi rəngli  kompleksin əmsalı 3,7. 

10   4-ə  bərabərdir. 

Tarazlığın yerdəyişməsi   və nisbi  çıxım  metodları    ilə kompleksdə komponentlərin  molyar nisbəti  W(V):HBTF  

:AF=1:2:2  kimi   müəyyən edilmişdir. 

 Bir çox metal  ionları  Mo(VI),V(IV), Ti(IV), Nb(V), Cu(II), Fe(III) volframın təyininə mane olur. Pərdələyici 

maddələrin köməyi ilə Ph –ı    tənzimləməklə  və ekstraksiya  tətbiq etmək və onların maneçiliyi aradan qaldırılmışdır, 

volframın (VI) təyini  üçün yeni  ekstraksiyalı fotometrik  metodikalar işlənmişdir. 

Bu metodla volframın  0,2-13 mkg/ml  miqdarı Ber qanununa tabe olur.Təklifedilmiş metod poladda volframın təyininə  

tətbiq edilmişdir.Təyinin nəticələrivə statistik işləmə cədvəldə verilmişdir. 

 

            Metod   



             X    

            Sr 

Toluol- 3,4-ditiol 

 0,178        0,05 

            0,05 

HBTF  +  AF 

 0,188        0,04 

            0,04 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin