Microsoft Word Materiallar Full


XƏZƏR HÖVZƏSİNİN ÇİRKLƏNMƏ MƏNBƏLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə214/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   210   211   212   213   214   215   216   217   ...   1149
XƏZƏR HÖVZƏSİNİN ÇİRKLƏNMƏ MƏNBƏLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTİNDƏ ARAŞDIRMALAR 

 

Aytən BABAŞOVA, R.S.MƏMMƏDOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



caspian_rose@mail.ru 

 

Xəzər hövzəsinin ekaloji tarazlığının qorunması sahilyanı ölkələr, o cümlədən Azərbaycan üçün çox aktual məsələdir. 



Ona görə ki, hal–hazırda Xəzər hövzəsinin çirklənməsi sahilyanı ölkələr üçün ciddi problemlər yaradır. 

Xəzər hövzəsi Azərbaycan üçün bir çox aspektlərdən önəmlidir: Xəzərin  əsas sərvəti neft və qazdır. Hal–hazırda 

Azərbaycanda hasil olunan neftin 67%-i, qazın isə 95%-i Xəzərdən çıxarılır. Nəqliyyat yolu və  ətraf mühitin həmçinin 

havanın təmizliyində  əhəmiyyətli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir. Xəzər dənizinin fauna və 

florasının özünəməxsus zənginliyi var. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərdə 920-ə yaxın heyvan 

növü yaşayır. Xəzərdə onurğalıların 79 növü mövcuddur. Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər 

dənizinidə, nərə, uzunburun, qaya balığı, ağ  qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, 

çəki, xəşəm və başqa balıq növləri var.  

Qeyd olunan böyük əhəmiyyətinə baxmayaraq Xəzər hövzəsi çoxsaylı mənbələrdən antropogen təsirlərdən çirkləndi-

rilməkdədir. İlkin mənbələrin araşdırılmasına əsasən Xəzərin çirklənmə mənbələrini aşağıdakı kimi qruplaşdırmaq olar. 

1.Xəzərə axan çaylar vasitəsi ilə çirkləndirilmə - çirklənmənin  ən böyük payı bu qrupa düşür. Tullantıların təqribən  

80%-ni Volqa çayı gətirir. Rusiya tərəfindən il ərzində Volqa çayı hövzəsinə 16 km

3

  çirkab suları axıdılır. Volqa  çayının  



orta  axınında  fenol  və  neft  məhsullarının qatılığı YVQH –nı  (yol verilən qatılıq həddini) 3 – 4  dəfə  keçir.  Çayın  aşağı 

axınında  isə  çirkləndirici maddə   və  birləşmələrin miqdarı YVQH-nın 10 – 15 mislini təşkil edir. Kür və Araz çayları 

vasitəsi ilə  Xəzərə külli miqdarda tullantılar axıdılır. Məlumdur ki, bu çaylar mənbəyindən mənsəbinə  qədər keçdiyi 

yerlərdə müxtəlif yollarla çirklənmələrə məruz qalır. Belə ki, Ermənistanın 100%, Gürcüstanın 30% ərazisi, Türkiyənin 31 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin