Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə215/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   211   212   213   214   215   216   217   218   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

123 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

min, İranın 40 min və Azərbaycanın 37 min km

2

 sahəsi Kür-Araz hövzəsinə aiddir. Türkiyə və İranda hər iki çay dağlıq 



ərazilərdən keçərək sahillərində iri yaşayış məntəqələri, sənaye müəssisələri olmadığı üçün çirklənməyə məruz qalmır.Ən 

çox çirklənmə Ermənistan və Gürcüstan ərazilərində (şəhərlərinin və çayın sahilində yerləşən yaşayış məntəqələri, sənaye 

müəssisələri və kommunal-məişət tullantıları hesabına) baş verir. 

 

2.Sahilyanı ərazidə yerləşən şəhərlər və sənaye müəssələrindən çirklənmə - Bir  çox  halda  bütün  suların  çirklənmə  



mənbələri  antropogen  təsir  nəticəsində  baş  verir.  Xüsusilə  onlar  ağır  sənaye,  dağ-mədən,  neft-kimya,  koks-kimya,  

kağız-sellüloz, toxumçuluq, gön-dəri istehsalı  və s. kimi sənaye sahələridir. Çirkab sularındakı  bərk maddə hissəcikləri 

Günəş  işığının suyu tam işıqlandırılmasının qarşısını alır, fotosintez prosesi zəifləyir, sudakı canlıların qida zəncirini 

müəyyən dərəcədə pozur. Xəzəri çirkləndirən mənbələr arasında Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, 

Rəşt, Ənzəli şəhərləri tərəfindən dənizə axıdılan çirkab suları var. Belə ki, bu şəhərlərin bütün kommunal və məişət tullan-

tıları Xəzərə axıdılır. Sənaye müəssələrindən dənizə axıdılan tərkibində zərərli kimyəvi maddələr olan çirkab sular suyun 

tərkibini dəyişir. Təbii olaraq, bu da öz növbəsində Xəzərimizin zəngin fauna və florasına məhvedici təsir göstərir.  

Qeyd etmək lazımdır ki, Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt 

sahilboyu  ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin  əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa 

olunmuşdur.  

3.Neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə - Müxtəlif qiymətləndirmələrə görə, Xəzər dənizində neft ehtiyatları 20 

milyard tona çatır. Dənizdə neft-qaz yataqlarının kəşfiyyatı  və istismarı, neft məhsullarının daşınması, həmçinin dəniz 

nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir. Digər tərəfdən istifadə müddəti artıq başa çatan neft qurğuları, köhnəlmiş 

texniki qurğular korroziyaya uğrayaraq dənizi çirkləndirir.   

4.Xəzər dənizi səviyyəsinin qalxması  nəticəsində sahil zonasında su altında qalmış  mənbələrdən çirklənmə - 

Azərbaycan subasma baxımından Xəzərdə ən həssas zonadır. Dənizin dibində baş verən tektonik proseslər, son illərdə iqlim 

dəyişmələri Xəzərin səviyyəsinin qalxmasına təsir edən əsas amillər kimi dəyərləndirilir.  

Əlavə olaraq çirklənmə  mənbələrinə çay və  dəniz gəmiçiliyi, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci 

çirklənmə, atmosferdəki hava axınlarının və  yağıntıların vasitəsilə digər regionlardan ötürülən zərərli maddələrin təsirləri, 

istismar üçün yararlı olmadığına görə batırılmış gəmilərin və digər texniki avadanlıqların zərərli təsirləri və s. misal     ola 

bilər. Xəzər dənizini çirkləndirən digər mənbələr də mövcuddur. Qeyd edilən mənbələrdən    dəniz sularının zəhərli və 

zərərli  maddələrlə, əsasən də neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz ekosisteminin  məhv 

olmasına gətirib çıxarır. Su mühitinin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Təbii olaraq bu da insanların 

sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.Xəzər  dənizinin  çirklənməsi  transsərhəd  ekoloji  problem  olub,  ciddi  təhlükə  

yaradır. Bu  problem  Xəzəryanı  ölkələr üçün xüsusilə aktualdır .    

Qeyd edilən aktual ekoloji problemin  həlli üçün müxtəlif üsullardan istifadə etmək səmərəli olar: ekaloji tarazlığın 

təmin edilməsi istiqamətində  təmizlənmə  işlərinin aparılması; Xəzərə axıdılan çirkab suların təmizlənməsi prosesinin 

monitorinqi; gələcək nəsillərin tələbatını ödəmək məqsədilə  təbii sərvətlərdən mühafizəsinin təmin edilməsi, alternativ 

enerji mənbələrindən yararlanmaq və s. 

Tədqiqat sahəsinin aktuallığı ilkin araşdırmalarımızın gələcəkdə intensivləşdirilməsinə stimul verir. 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin