(2E)-3-[2-(ALLILOKSI)-5-BROMFENIL]-1-(2-HIDROKSI-5-METILFENIL)-2-PROPEN-1-ON
XALKONUNUN SİNTEZİ VƏ NMR METODU İLƏ TƏDQİQİ
Y.V.MƏMMƏDOVA, A.İ.MIRZƏYEVA, G.M.BAYRAMOVA, R.Ə.HÜSEYNOVA,
Ş.Z.QASIMOVA, M.R.BAYRAMOV, İ.Q.MƏMMƏDOV
Bakı Dövlət Universiteti
bsu.nmrlab@mail.ru
Təqdim olunan iş (2E)-3-[2-(alliloksi)-5-bromfenil]-1-(2-hidroksi-5-metilfenil)-2-propen-1-on xalkonunun sintezinə və
onun müxtəlif məhlul sistemlərinin NMR metodu ilə tədqiqinə həsr edilmişdir. Tədqiqatlar müxtəlif məhlullarda dinamik
keçidlərin, molekuldaxili tsikilləşmənin olmasını, eləcə də O-H···O tipli molekuldaxili hidrogen rabitəsinin əmələ gəlməsini
göstərmişdir. Məhlulda dinamik keçidlərin olması kimyəvi yolla da sübut olunmuşdur.
Xalkonlar və onların törəmələri bir çox tibbi-bioloji əhəmiyyətə malikdirlər. Belə ki, onlardan ürək xəstəliklərinə,
beyin-damar problemlərinə, mədə yarasına, qan laxtalanmasına, spazmaya, şəkərə, xərçəngə qarşı və s. dərman vasitə-
lərinin alınmasında geniş istifadə olunur [1, 2]. Xalkon törəmələri olan flavon-xromen birləşmələri isə bitki mənşəli fenol
törəmələri olub, onların tədqiqinə hələ XX əsrin 30-cu illərindən başlanmışdır. Buna baxmayaraq göstərilən birləşmələrin
tədqiqinə maraq hələ də azalmamışdır. Uzun müddət belə qəbul olunurdu ki, flavon (xromen) tipli birləşmələr antioksidant
qabiliyyətinə malikdirlər. Son zamanlar isə bu birləşmələrin canlı aləmdə müxtəlif fizioloji proseslərdə əhəmiyyətli rolu
müəyyən edilmişdir. Flavonlar qida, kosmetik, farmaseptik və s. nöqteyi-nəzərdən də geniş tətbiq sahələrinə malikdirlər [3-5].
Məhlul sistemlərində baş verən müxtəlif dinamik proseslərin (dönər reaksiyalar, mübadilə prosesləri, hidrogen
rabitələrinin əmələ gəlməsi, fəza, eləcə də digər qarşılıqlı təsirlər və s.) tədqiqində Nüvə Maqnit Rezonansı nəzəri və
|