KÖŞƏ YAZILARININ DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ
Fərid İBRAHİMLİ
Qafqaz Universiteti
ferid_ibrahimli@box.az
Yeni media nədir və özündə hansı təzahürləri birləşdirir? Yeni media daha çox texnoloji yeniliklərdən istifadədə,
informasiyanın ötürülməsində yeni metodlardan istifadə və informasiya alanın (oxucunun) informasiya mübadiləsinə
birbaşa təsiri kimi başa düşülür. Yeni texnologiyalardan istifadə ilə yanaşı janrların inkişafına, xarici mətbuat ənənələrinin
mənimsənilməsinə təsadüf edilir. Respublikamızda yeni media tarixinin başlanması dövlət müstəqilliyimizin bərpası ilə sıx
bağlıdır.
Yeni media janrları, əsasən, vətəndaş jurnalistikasının inkişafı ilə bağlıdır. Belə ki, vətəndaşların informasiya
mübadiləsində yaxından iştirakı, vətəndaşın müxbir missiyasını daşımaq kimi ictimai yükünün olması vətəndaş
jurnalistikasının əsasını təşkil edir. Vətəndaş peşəkar jurnalistikaya bloqqerliklə, sosial şəbəkələrlə, fotomüxbirliklə daha
çox dəlil və sübutlar verir. Vətəndaş jurnalistikası dil baxımından da, peşəkar jurnalistika dilindən az və ya çox dərəcədə
fərqlənir. Çünki bu işlə məşğul olanların hamısı eyni ixtisasın sahibləri deyil. Buna görə də, dillərində olan fərqliliklər yeni
media janrlarının fərqləndirici dil xüsusiyyətlərinin yaranmasına səbəb olur.
Müəllif yazıları, şərhlər indi öz yerini köşə kimi tanıdığımız yazılara verir. Xarici medianın, əsasən də, Türkiyə
mediasının ölkə mediasına təsiri nəticəsində yeni janr kimi köşə mətbuatımıza daxil olmuşdur. Köşə yazılarında dil daha
çox mesajvermə, həyəcana gətirmə, oxucunu hərəkətə keçirmə istiqamətində istifadə edilir. Azərbaycan mətbuatında köşə
janrı tam sabitləşməmiş formadadır. Həmçinin bu janr müstəqil tədqiqata da cəlb olunmamışdır. Mətbuatımızda dil
baxımından ən zəngin janr olduğu üçün köşə yazılarının tədqiqata cəlb edilməsi elmi əhəmiyyət kəsb edə bilər. Azərbaycan
ədəbi dilinin inkişafında KİV-lərin rolu danılmazdır. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi mətbuatın dil və
mədəniyyətimizə təsirini bu cür qiymətləndirmişdir: “Dil bir şeydir ki, onu söz halında saxlamaq mümkün deyil. Elə ki,
qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədəri
günü-gündən artacaqdır, belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olurlar.
” (Qəzet dilinin leksikası, səh 22, İsmayıl Məmmədov). Həsən bəy Zərdabi yazdığı kimi olan dil və mədəniyyət
inteqrasiyası mətbuatın fəal iştirakı ilə olur. Öncə sözlər KİV-lərdə ümumişləklik səviyyəsi qazanır və sonradan ədəbi dilə
keçir.
Köşə yazıları mətbuatımıza daxil olarkən artıq mətbuatımızda təbii qaynaqlar var idi. Köşə yazılarından əvvəl müəllif
yazıları, redaktor seçimi (kalonka redaktora) başlıqları altında spesifik, yəni xəbər yazılarından fərqli şərh yazıları da
mətbuatımızda müvcud idi. Satirik dilin inkişafı, “Molla Nəsrəddin” izinin mövcudluğu köşə yazıları üçün əlverişli mühit
yaratdı. Türkiyə mətbuatında olan köşələrin dilindən də kəskin fərqlənən köşə dili və köşə leksik-semantik sistemi yarandı.
Molla Nəsrəddin jurnalının Təbrizdə çıxan 3-cü nömrəsində Dəli imzası ilə dərc olunmuş “Qız tərbiyəsi” felyetonundan bir
nümunəni dil xüsusiyyətləri baxımından təhlil etməklə köşə yazısı nümunələri ilə müqayisə etsək, dil və üslub baxımından
|