AZƏRBAYCAN DİLİNİN FRAZEOLOJİ SİSTEMİNDƏ SOMATİK
FRAZEOLOGİZMLƏRİN YERİ
Elzadə SADIQOVA
Bakı Slavyan Universiteti
sadiqli.elya@mail.ru
Dilin frazeoloji tərkibi dilçilik tədqiqatlarının obyekti kimi həmişə diqqət mərkəzində olmuşdur.Frazeologiyanın
dilçiliyin digər sahələrinə nisbətən tədqiq tarixi gənc olsa da, bu sahədə saysız-hesabsız tədqiqat əsərlərinə rast gəlmək olar.
Xalqın məişətini, etnoqrafiyasını, mədəniyyətini özündə əks etdirən frazeoloji ifadələr tarixin dərinliklərindən gələrək
öz milli dəyərləri ilə onun həyatında, dilində yaşamış, daim zənginləşmiş, yenilənmiş, dilin milli keyfiyyətlərini qoruyan bir
amil kimi sabitləşmişdir.
Frazeologiya dilçiliyin digər sahələrindən fərqli olaraq, nəsildən-nəsilə, demək olar ki, dəyişikliyə uğramadan ötürülür.
Məlumdur ki, frazeologizmlər şərti bazis kimi qiymətləndirilə bilən dil səviyyələrinin (fonetik, leksik, morfoloji və
|