MÜASİR TƏHSİL DİSKURSUNDA LEKSEMLƏR
Fidan RƏHİMOVA
Bakı Slavyan Universiteti
mila-88.88@mail.ru
Müasir ədəbi dil ümumi, vahid milli bir dildən ibarətdir. Bu dil dövlət sənədlərində, elm və sənət əsərlərində əsrin
yüksək düşüncələrini təmsil edən dil olaraq formalaşır, məktəblərdə tədris edilir, bədii əsərlərdə təkmilləşir və cilalanır. Dil
ictimai bir hadisədir. O, cəmiyyətlə birlikdə yaşayır və inkişaf edir. İctimai-iqtisadi, siyasi əlaqələrin dəyişməsi, elm,
texnika və mədəniyyət sahəsində arası kəsilməyən yeniliklərin yaranması və s. bu kimi proseslər dildə də özünü biruzə
verir. Dilin lüğət tərkibində daim bir dəyişmə, artma və zənginləşmə prosesi gedir.
Hər hansı bir adam öz danışığında tez-tez peşəsi, işi və ya sənəti ilə əlaqədar sözlər işlədir. Təhsil sahəsində də işləyən
əməkdaşlar da öz sahəsinə aid olan sözlər işlədir. Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün
ən vacib sahədir. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli,
“Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında” 09.08.2001-ci il tarixli bəyanat, Azərbaycan
Respublikasında dövlət dili haqqında fərman və sərəncamlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı.
Təhsil işçilərinin işlətdiyi sözlər dilimizin lüğət tərkibinin bir parçasıdır. Təhsil sahəsində ən çox işlənən kurikulum,
Dostları ilə paylaş: |