II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
246
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Azərbaycan xalq dilinin leksik və qrammatik vahidlərinə maksimum poetik don geyindirən, Azərbaycan dilini fars və ərəb
dilləri ilə rəqabətə sövq edən və bu rəqabətdə Azərbaycan-türk dilinə uğurlar qazandıran, xalq danışıq dili sözlərini poetik-
fəlsəfi mənalarla zənginləşdirən ilk böyük filosof şairdir. O, ilk dəfə bu yolla ana dilli şeirimizin üslubi imkanlarını
genişləndirmiş, ilk dəfə olaraq qlobal şəkildə Azərbaycan – türk sözünə - Azərbaycan şeirinə fəlsəfi mahiyyət vermiş,
“Azərbaycan ədəbi dilinin elmi-fəlsəfi səviyyəsini təmin etmiş” (T.Hacıyev) və beləliklə də, Azərbaycan fəlsəfi
poeziyasının banisi olmaqla, Azərbaycan ədəbi dilində elmi-fəlsəfi fikrin ilk kamil nümunələrini yaratmışdır. Bununla da,
Azərbaycan elmi-fəlsəfi qolunun istiqamətini formalaşdırmışdır.
Nəsiminin yaradıcılığı dil baxımından iki istiqamətdə inkişaf etmişdir. Birinci istiqamət onun xalq ruhunda, milli
sözlərlə zəngin şeirlərindən ibarətdir. İkinci istiqamət isə onun fəlsəfi şeirlərinin dilidir. Nəsiminin fəlsəfi dili olduqca
mürəkkəb və qəliz bir dildir. Bu dili anlamaq və çözmək elə də asan deyil. Bu dili anlamaqçün onun hürufi ideyalarını, ilahi
eşqini, insana verdiyi dəyəri dərk etmək vacibdir. Əks halda Nəsimi dili möhürlü bir xəzinə olaraq qalacaq və onu açmaq
mümkün olmayacaqdır.
Nəsiminin bədii yaradıcılığında ədəbi dilin əsas vasitələrindən sayılan müxtəlif semantikalı söz-şeirlərinin geniş
mənada işlədilməsi XIII-XIV əsr Azərbaycan ədəbi dilinin milli səviyyəli söz-terminlərlə zənginləşməsində böyük rol
oynamışdır. Şairin müxtəlif elmi biliklərlə əlaqədar işlətdiyi sözlər. Məsələn: təbiət elmi ilə bağlı; yaz, bahar, torpaq, xak,
baş (yara), bağır (cigər), pambıq, göz, bəbək, bulud və s. Hərblə bağlı: ləşkər, çəri, meydan, bölük, ox (tir) və s. Dini
inamlarla bağlı: Tanrı (Çələb), yaradan (Allah), uçmaq (cənnət), tamu (cəhənnəm), mömin, fəna, Quran, qiblə, namaz və s.
İslam dini ilə əlaqədar olaraq işlənmiş dini söz və terminlərin seçilib işlənməsində ərəb dili və onun leksik vasitələri əsas
mənbə olsa da, şair əsərlərində türk mənşəli sözlərə də geniş yer vermişdir.
Nəsimi hürufizmin ən mübariz təbliğatçısı kimi bütün Yaxın və Orta şərq ölkələrini gəzmiş, qurbanı olduğu
məsləkinin – hürufizm təriqətinin və onun lideri Şeyx Fəzlullah Nəiminin ictima-siyasi görüşlərini təbliğ etmiş, Azərbaycan
mədəniyyəti tarixində ilk böyük şair kimi şərqin üç aparıcı dilində - ərəb, fars və Azərbaycan türkcəsində şedevrlər
yaratmışdır. Nəsimi öz xalqını dünyada var olan elmi biliklərlə silahlandırmaq missiyasını yerinə yetirmişdir. Bunun üçün
böyük şair Azərbaycan dilinin sintaktik quruluşu qəliblərindən – söz birləşmələrindən, sadə və mürəkkəb cümlə tiplərindən
mübariz şəkildə istifadə etmişdir. Nəsimi dilində bir qrup saylar da vardır ki, bunlar xalqın milli təfəkküründə heç bir fəlsəfi
məna kəsb etməməsinə baxmayaraq, böyük şair bu saylara fəlsəfi don geyindirmiş, hər birinin fəlsəfi mənasını açıqlamış,
qəzəllərində məharətlə istifadə etmişdir.
Nəsimi aləmində İnsan dünyanın maddi və mənəvi mövqeyindədir. Bütün bunlar Nəsiminin tapındığı hürufi
ideyalogiyasının əsasını, rüşeymini təşkil edirdi. Çünki hürufizmdə Allahın təbiətdə, əşyada, sözdə, xüsusən İnsanda
təcəssümü əsas hesab edilmişdir.Nəsimi bir hürufi şair kimi İnsanı yüksək qiymətləndirmiş, onu yer üzünün – bütün mənəvi
və cismani aləmin ən kamili hesab etmişdir.
Şairin fəlsəfi dili olduqca mürəkkəb bir dil olsa da, daim maraq doğurmuş, əsrlərdir ki, hələ də tam şəkildə
öyrənilməmiş və daim tədqiqata ehtiyac duyulmuşdur.
Dostları ilə paylaş: |