Böyük ədib, ictimai-siyasi xadim Mir Cəlal müəllim Azərbaycan ədəbiyyatının inkişaf tarixində xüsusi xidmətlər
mərhələ-mərhələ 21-ci əsrin 10-cu illərinə qədər tədqiqat işlərinin, araşdırmaların mövzusu olmuşdur.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
248
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Mir Cəlal sənəti 20-ci əsr Azərbaycan ədəbiyyatının tədqiqi prossesində yeni bir mərhələ kimi ilk gündən
istiqamətverici xarakter daşımışdır. Onun “Dirilən Adam”, “Bir Gəncin manifesti”, “Aciq kitab”, “Təzə şəhər”, “Yolumuz
Hayanadır” romanları, satirik hekayələri, novellaları haqqında araşdırmaların tarixi artıq bir əsrə yaxınlaşır.
Mir Cəlal yaradıcılığının (ədəbi bədii irsini) tədqiqat problemlərini nəzərdən kecirsək deyə bilərik ki, dövrün ədəbi
mühitinin tələb və ehtayaclarına uygun olaraq o, mərhələ-mərhələ araşdırmaların mövzusu olmuşdur.
1930-1940-cı illər Mir Cəlal yaradıcılığının ilk tədqiqat mərhələsi kimi diqqəti cəlb edir. Bu mərhələdə ədibin əsasən
hekayələri, “Boy” kitabina daxil olan əsərləri və “Dirilən adam” romanı haqqında bir sıra görkəmli ədəbiyyatşünas alimlərin
yazıları çap olunmuşdur. Buraya M.Dadadaşzadə, C.Cəfərov, O.Həsənov, M.Cəfərov və digər ədiblər, alimlər daxildir. Mir
Cəlal yaradıcılığının tədqiqinin ən kamil, daha sistemli və ardıcıl tədqiqat mərhələsi 20-ci əsrin sonu 21-ci əsrin ilk
onillikləri mərhələlərini əhatə edir. Bu dövrdə onun demək olar ki, bütün ədəbi irsi, həm bədii, həm də elmi yaradıcılğı
tədqiqata cəlb olunmuşdur.
Mir Cəlal 20-ci əsrin görkəmli ədəbiyyatşünas tədqiqatçılarındandır. Onun Fizuli sənətkarlıgı, Azərbaycan ədəbi
məktəbləri, Klassiklər və müasirlər və digər elmi əsərləri indinin özündə də ədəbiyatşünaslıq elminin istiqaməverici
materialları kimi qəbul olunur.
Mir Cəlal 20-ci əsr C.Məmmədquluzadə, M.H.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, A.Divanbəyoğlu,
F.Köçərli və digər sənətkarların tədqiq olunmasını, araşdırılmasını, təmin və təşkil edən yaradıcı təşkılatçı alimlərdən
olmuşdur. İlk dəfə olaraq Azərbaycan ədəbiyyatşünaslığında Füzulinin poetikası, Azərbaycanda ədəbi məktəblər (realist və
romantik ədəbi məktəblər) haqqında geniş və əsaslı məlumat verən ədəbiyyaşünas alımlərdən olmuşdur.
Mir Cəlalın ədəbi irsi indi də yeni-yeni tədqiqatların mövzusudur.
Dostları ilə paylaş: