Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə421/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   417   418   419   420   421   422   423   424   ...   1149
 

 

BƏXTİYAR VAHABZADƏ POEZİYASI MƏTN SİNTAKSİSİ İŞIĞINDA 

 

Günel MİRZƏYEVA 

AMEA , Dilçilik İnstitutu 



gunel-mirze@rambler.ru

 

 

Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti xətti ilə seçilən yazarlarımız çoxdur. Ədəbiyyat tariximizdə 

ən çox tanınmış öz dəst-xətləri ilə dogma dilimizin, ədəbiyyatımızın inkişafında mühüm rol oynamış novator sənətkarların 

C.Cabbarlı, M.F.Axundov, S.Vurgun, Ə.Cavad, B.Vahabzadə, M.Müşfiq, Z.Xəlil yaradıcılıgının dil və üslub xüsusiyyətləri, 

bədii dil incəlikləri peşəkarlıq və həssaslıqla təhlil edilmişdir. 

Ayri-ayrı  sənətkarların yaradıcılığı üçün səciyyəvi olan əsas cəhətləri fərqləndirərək hər  ədibə onun öz poetik 

dünyasının məntiqi baxımından maraq doguran müxtəlif fikirlər söylənilmişdir. Öz zəngin yaradıcılıgı ilə hamının diqqətini 

çəkən ünlü yazarlarımızdan biri də B.Vahabzadədir. Yaşamağı yanmaqda görən, həyatın mənasını yanmaqda axtaran, ömrü 

boyu “bircə ondan razıyam ki, özümdən narazıyam” deyən, dönməz məslək və  əqidə sahibi Bəxtiyar Vahabzadə öz zəngin 

fəlsəfi yaradıcılığı ilə nəinki Azərbaycan, eləcə də bütün Türk dünyasının ləyaqətli vətəndaş-şairidir. Onun şeirləri insanı 

azadlığa, müstəqilliyə, məhəbbətə, sədaqətə səsləyir, mənəvi saflığa qovuşdurur. B.Vahabzadə yaradıcılığının daşıdığı məna 

yükü o qədər dərindir ki, müxtəlif elm nümayəndələri, o cümlədən ədəbiyyatşünaslar, filosoflarlar, musiqişünaslar, eləcə də 

dilçilər bu dərinlikdə  ən sirli məqamları açmağa can atırlar. Bu baxımdan da B.Vahabzadə  şeirlərinin dil və üslubunu 

araşdırmaq zəruri və aktual məsələ kimi qiymətləndirilməlidir.    

B.Vahabzadə poeziyasına mətn sintaksisi işığında nəzər salarkən maraqlı məqamlar aşkarlanır. Struktur mətnyaradıcı 

faktor kimi çıxış edən ellipsisə də B.Vahabzadə dilində tez-tez rast gəlinir. “Dil vahidini ellipsisə uğratmaq, bu onu sadəcə 

olaraq işlətməmək deyil, onu işlətməməklə onun məzmununu suppresiya vasitəsilə ifadə etmək deməkdir” (İ.F.Vardul) [1,

 

Yaman darıxmışam...Bu nədir yenə 



Aglım saga baxır, ürəyim sola. 

Ürəyim dönübdür göy göyərçinə  

Qonub sən gedəli sən gələn yola (B.Vahabzadə) 

Axı uzaqdasan ....sənə sözüm var , 

Bir yol zeng eləsən axı nə olar? 

Bilmirdim bu qədər dönükmüş üzün, 

Bəs sənin hec yoxmu mənə bir sözün? 

(B.Vahabzadə) 

 B.Vahabzadənin  şeirlərində leksik-semantik, sintaktik kateqoriyalar xüsusi yer tutur. Sinonim sözlərin antonim 

sözlərə çevrilib bədii təzad yaratdıgı maraq dogurur. Digər diqqət çəkən məqamlar B.Vahabzadə  şeirində sintaktik 

paralellizmlə (paralel konstruksiyalarla) bağlıdır. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin