II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
249
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Mətn sintaksisi baxımından aparılan elmi təhlil zamanı şairin şeirlərində işlənən mətndə formal əlaqələr kimi çıxış
edən sintaktik paralelizmin müxtəlif növlərinə (o cümlədən xiazma), mətndə əlaqə funksiyasını yerinə yetirən inversiyaya,
eləcə də əlaqə vasitəsi olan təkrarlara diqqət yetirilməklə biz onun dil və üslubunun özəlliklərini ortaya qoymağa, yeni
fikirlər söyləməyə çalışmışıq.
İnversiya – latın sözü olub “yerdəyişmə” deməkdir. B.Vahabzadənin şeirlərində tez-tez soz sırasının qəsdən
pozulmasına, yəni inversiyaya rast gəlinir.
Kimi cəsarətlə çəkir bileti,
Kimi qorxa-qorxa yanaşır mizə(B.Vahabzadə)
Bu cümlələrin adi qaydada sırası belə olmalıdır;
Kimi bileti cəsarətlə çəkir,
Kimi qorxa-qorxa mizə yanaşır.
İlk yazilmış versiyada söz sırası pozulduğuna görə inversiya işlənmişdir.
Digər ifadə vasitəsi olan anafora – təkrar olan söz və ya misraların əvvəlində gəlir, ya da eyni misranın əvvəlində
təkrarlanır.
Qışqırır masanın üstdə kitablar,
Qışqırır qapı da, pəncərələr də.
Qışqırır çarpayı, qışqırır divan,
Qışqırır körpənin yatdıği yer də. (B.Vahabzadə)
Epifora anaforaya bənzəyir. Lakin fərq ondan ibarətdir ki, epiforada təkrar olunan söz misraların sonunda işlənir.
Həftələr dəyişdi, gunlər dəyişdi ,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi.
İtə ot verilir, ata ət, Allah (B.Vahabzadə)
Nəticə olaraq deməliyik ki, uzun illər dilçilik elminin tədqıqat obyekti olan, fərqli baxış bucaqlarından yanaşılan şeir
dilinin özünəməxsus xüsusiyyətləri maraq doğurduğundan B.Vahabzadə poeziyasının da linqvosemiotik baxımdan
incələnməsi bu gün də böyük əhəmiyyət kəsb edir və aktuallığını qoruyub saxlayır.
Dostları ilə paylaş: |