Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə424/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   420   421   422   423   424   425   426   427   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

250 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

idi, bundan əlavə insanlar üçün normal iş şəraiti qurulmamışdı və üstəlik illik planlar normal göstəricilərdən qat-qat yüksək 

qiymətləri əhatə edirdi, onda Muxtar Zahidovun nə üçün yeni işlərə razı olmadığını anlayırıq. Çünki, yeni sahə, yeni kolxoz 

yeni problemlər və öhdəçiliklər demək idi və bu hədddindən artıq böyük məsuliyyət və yük idi.  

İsa Hüseynov digər  əsərlərində olduğu kimi «Bizim qızlar» povestində  də insanları yalnız  əmək prosesindəki 

fəaliyyətlərini təsvir etməklə  məhdudlaşmır. Yazıçı qəhrəmanlarının ailə-məişət həyatını da göstərməklə onları nümunəvi 

şəxsi kimi təqdim etməyə nail olur. Minayə hələ lap gənc yaşlarından öz razılığı olmadan Niyaz adlı oğlanla nişanlandırırlır. 

Lakin artıq yetkinlik çağına çatdıqda Minayə komsomol təşkilatçısı Ənvəri sevir və bunu məktubla Niyaza bildirir.  Niyaz 

da əsl sovet gənci kimi insanların öz seçim hüququnun olduğunu göstərir. O, Minayənin seçimini, fikrini normal qarşılayır. 

Niyaz Moskvada təhsil alan çox mədəni və savadlı bir gənc kimi oxucuların rəğbətini qazanır. Bu da çox labüd səslənirdi. 

Çünki, bu qədər doğru düşüncəli, düzgün qərarlar qəbul edən gənclər məhz sovet ideologiyasının mərkəzi sayılan Moskvada 

yetişməli idi. Lakin tənqidçi Q.Xəlilovun da qeyd etdiyi kimi, Niyazi obrazında bir sünilik, rəsmlilik də yox deyil. Minayəni 

saf təmiz hisslərlə sevən Niyazi, « həmin məhəbbəti rəsmi hörmət şəklində təqdim edir. Məhz buna görə də Niyazi surəti 

bizim nəzərimizdə axıra qədər həyati olmayan müəyyən bir sxematik obrazdır».  

Q.Xəlilov əsərdə sönük təsvir edilən Mirzəoğlu surətinin tamamilə artıq və yersiz olduğunu qeyd etmişdir. Doğrudan 

da «köhnəpərəst», «yenilikdən az xoşu gələn» Mirzəoğlu surəti əsərin nə ideyasının açılmasına, nə də hadisələrin inkişafına 

qətiyyən xidmət etmir. Bundan əlavə Q.Xəlilov  əsərdə  bəzi sözlərin və fikirlərin yerində  işlənmədiyini söyləyir və bunu 

misallarla isbat etməyə çalışırdı. Misal üçün «Sənəm xalanın oğluna qarşı  məhəbbəti yenicə özünü büruzə verir», ya da 

«sənə qarşı rəğbətim və hörmətim var» kimi cümlələrdəki «qarşı» sözü yerində işlənməmiş və tamamilə artıqdır. 

M. Vəliyev qeyd edirdi ki, ««Bizim qızlar» povestində müəllif, yadından çıxarmışdır ki, sovet adamlarının coşqun, 

yaradıcı əməyindən başqa gözəl arzuları, zəngin xəyalları, dərin  və geniş mühakimələri, sevən qəlbləri qüvvətli səciyyələri 

də vardır. Biz isə  əsərdə Niyazi, Ənvər, Minayə  və Muxtardan başqa fərdi səciyyəyə malik olan və  bədii cəhətdən 

mükəmməl işlədilmiş başqa surətlər görmürük». Sonunda onu da qeyd etmək yerinə deşərdi ki, «Bizim qızlar» povestinin 

qəhrəmanları Minayənin manqasını təşkil edən qızlardır. Oxucu onların da fərdi–psixoloji keyfiyyətlərini görmək və onların 

yaşadıqları arzularda yaşamaq istərdi. Çünki əsərin adı yalnız Minayənin adı ilə bağlanmayıb, bizim qızların fədakarlığını, 

yenilməzliyini, mübarizliyini göstərmək üçün yazıçı ona bu adı seçib. Minayə bu qızların böyük zəhməti olmasa heç bir 

uğur qazana, başlatdığı işin öhdəsindən gələ bilməzdi. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   420   421   422   423   424   425   426   427   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin