II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
252
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATININ DAHA BİR NÜMAYƏNDƏSİ:
ƏBDÜLVAHAB YURDSEVƏR
İncə ƏLİYEVA
Bakı Dövlət Universiteti
ince2589@gmail.com
Qədim tarixə malik olan Azərbaycan mühacirət ədəbiyyatının zəngin bir qolunu da XX əsr Azərbaycan mühacirət
ədəbiyyatı təşkil edir. 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı işğal etməsindən ziyalılarımız təqib olunmağa başladılar.
Təqiblərin nəticəsi olaraq onlar dünyanın müxtəlif ölkələrində fəaliyyətlərini davam etdirməyə başladılar. Vətənlərindən
uzaq olsalar da bu aydınların qələmlərinin əsas mövzusu Azərbaycanın azadlığı, bütövlüyü məsələsi idi. Əbdülvahab
Yurdsevər məhz həmin ziyalılardan biri idi. Rusiyanın Azərbaycan xalqına qarşı anti-özünüdərk siyasətini həyata keçidiyi
siyasətə qarşı Əbdülvahab yaradıcılığı dəyərli mənbələrdəndir.
Müstəqilliyimizin bərpasından sonra tədqiqatçılar məhz həmin mühacirət ədəbiyyatının araşdırılmasına diqqət
yetirmişlər. Səbəbi isə təkcə bu dövrün tədqiq edilməməsi deyil, həm də milli özünəqayıdışın əsas amillərindən biri olması
idi. Məhz bu mərhələdə milli özünüdərk məsələsi ortaya qoyulmuş və geniş bəhs edilmişdir. Əbdülvahab Yurdsevərin
əsərləri sosializmin təsrindən uzaq olmuş, obyektiv təhlilə istinad etmişdir.
Rəngarəng yaradıcılıq irsinə malik olan Ə.Yurdsevər əsas yazı istiqaməti milli ədəbiyyat və mədəniyyətin tədqiqi,
milli mənsubluğun təbliği, tarixi həqiqətlərin əksi, və s. olmuşdur. “Azərbaycan”, “Azərbaycan kültür dərnəyi” və s. müha-
cirət dərgilərində xatirələr, ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. Əbdülvahab Yurdsevər “Əsir millətlər və İslam
dünyası” məqaləsində qeyd edir ki, milli-mədəni, elmi tərəqiyyə yalnız azadlığın şüaları altında nail olmaq olar. Xatırladaq
ki, bu ideya M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və s. mühacirlərin də əsərlərində yer almışdır.
Tənqidçinin yaradıcılığına ədəbiyyatla bağlı məqalələri ilə yanaşı, ictimai-siyasi mövzulu əsərləri də daxildir. Ədəbi
yaradıcılığı onun irsinin mühüm bir hissəsini təşkil edir.
Əbdülvahab Yurdsevər Azərbaycan ədəbiyyatına öz nöqtetyi-nəzərindən baxmış, onu özünəməxsus tədqiq etmişdir.
XX əsrin ədib və yazarları haqqında məlumat verməklə yanaşı, klassik irsin görkəmli nümayəndələrinin də yaradıcılığı
haqqında maraqlı tədqiqat əsərləri yazmışdır. Tədqiqatçı Azərbaycandan kənarda yaşasa da ölkə daxilində gedən ədəbi
prosesi izləmiş, təhlil etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan mühacirət mühiti haqqında məlumat almaq
üçün Əbdülvahab Yurdsevərin əsərləri dəyərli mənbədir. 1898-ci ildə Bakıda dünyaya gələn Ə.Yurdsevər xüsusi
müəllimlərdən dərs almış, kiçik yaşlarından ərəb və fars dilini öyrənmişdir.
Gənc yaşlarından ictimai-siyasi həyatda fəal iştirak edən Ə.Yurdsevər keşməkeşli həyat yolu keçmişdir. O, 1920-ci
ildən Bakı Dövlət Universitetində Mədəniyyət tarixi və Coğrafıyadan dərs deməyə başlamışdır. 1923-cü ildən sonra həbs və
sürgünlərə məruz qalmış, sürgündən qaçaraq bir müddət Özbəkistanda və İranda alman dili müəllimliyi etmişdir. 1930-cu
illərdə isə Türkiyəyə gəlmiş, burada fəaliyyət göstərən mühacir yoldaşları ilə çiyin-çiyinə çalışmışdır. O, təhsilini Ankara
Universitetinin Hüquq fakültəsində davam etdirir. M.Ə.Rəsulzadə 1947-ci ildən sonra Türkiyəyə gəldikdən sonra Azər-
baycan Mədəniyyət Mərkəzi öz fəaliyyətini yenidən davam etdirməyə başladı. Mərkəzin fəaliyyətinə nümunə olaraq Azər-
baycan Kültür Dərnəyini nümunə göstərə bilərik. Dərnək Yurdsevərin bir neçə kitabını nəşr etdirmişdir. 1952-ci ildə nəşrə
başlayan Azərbaycan dərgisində məqalələrlə çıxış edən Əbdülvahab Yurdsevər sonralar dərginin baş redaktoruna qədər
yüksələrək ömrünün sonuna qədər yazdığı məqalələrlə Azərbaycan istiqlal savaşını daima diqqət mərkəzində saxlamış,
ölkəmizin ədəbiyyat və sənət adamları ilə bağlı yazılarını, xatirələrini də “Azərbaycan İstiqlal davasından xatirələr” adı
altında nəşr etdirmişdir.
Dostları ilə paylaş: |