Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə768/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   764   765   766   767   768   769   770   771   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

429 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

daxildir: təbii cisim və hadisələr, ictimai hadisələr, ictimai – iqtisadi münasibətlər, siyasi və ideoloji mühit, məişət, maddi və 

mənəvi mədəniyyət – bunların hamısı mühit anlayışına aiddir. Ətraf mühitin bu cür amilləri adamın  şəxsiyyətinə, onun 

formalaşmasına müəyyən təsir edir. Müstəqil inkişaf yoluna qədəm qoymuş ölkələrin vətəndaşlarında da bir sıra 

xüsusiyyətlərformalaşır: vətənpərvərlik güclənir, ölkənin tam suverenliyinə can atılır, xarici müəssisələri milliləşdirməyə 

meyl artır, milli kadrlar hazırlamaq arzusunda olur, sosial, iqtisadi və mədəni inkişaf səviyyəsini artırmaq meyli güclənir. 

Şəxsiyyətin bu və ya digər istiqamətdə formalaşmasına təkan verən mühit amillərindən biri vətəndaşların əmək hüququ 

ilə,  əmək  şəraiti ilə  əlaqədardır. Faktlar göstərir ki, təminatlı  iş  şəxsiyyətdə faydalı xüsusiyyətlərin yaranmasına  şərait 

yaradır. Belə halda adam əməyinə yalnız yaşamaq, öz ailəsini dolandırmaq vasitəsi kimi deyil, həm də ictimai sərvətləri 

artırmaq vasitəsi, xalqın rifahını yüksəltmək vasitəsi kimi baxır.Öz peşəsinə xüsusi qayğı ilə yanaşır, daha yaxşı nəticələr 

əldə etmək üçün çalışır. 

     


Həmin  şəxsdəcəmiyyətə yararlı olmaq istəyiartır ki, bunun da nəticəsində hərtərəfli inkişafa nail olmuş bir şəxsiyyət 

formalaşır. Mənəvi mədəniyyət də məhz mühit anlayışına daxildir. İnsan hər bir kollektivə daxil olarkən həmin kollektivin 

davranış tərzinə uyğunlaşmağa çalışır. Həmin kollektivdə olan sağlam və ya qeyri sağlam mühit şəxsin davranışlarına əsaslı 

təsir edir. Təbii ki, sağlam mühit olduqda mənəvi mədəniyyət də formalaşmağa başlayacaq. Həmçinin müasir dövrdə 

mövcud olan bir sıra mənfiliklər narkomaniya kimi hallar da həmin mühitə düşmüş  şəxslərin çoxu da yeniyetmələrin 

şəxsiyyət kimi inkişafına mənfi təsir edir. Tərbiyəsində bir sıra pozuntuların mövcudluğuna gətirib çıxarır. Bu cür mühitin 

formalaşmasına qarşı bütün dünyada mübarizə aparılmaqdadır.  

 

 



Məlum olduğu kimi, hazırda ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Ölkəmiz müstəqilliyini 

qazandığı ilk illərdə  də, bu məsələ dövlətin daim diqqətində olub. Hələ Azərbaycan Ümumilli Lideri Heydər  Əliyevin 

dövründə narkotiklərlə mübarizə istiqamətində xeyli işlər 

görülüb. 

      

Ümumilli Lider Heydər  Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni 



ümumdövlət vəzifəsi hesab edirdi. Elə bunun davamıdır ki, ölkə başçısı  cənab  İlham  Əliyevin "Narkotik vasitələrin və 

narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi barədə" sərəncamın 

imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb. Gənclər narkomaniya əleyhinə kitabları, broşüraları 

oxuduqda narkotik maddələrin istifadəsindən uzaq olurlar. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin

xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var. 

 

 



 

 

Bu hal adamların istirahəti ilə əlaqədar da müşahidə edilir. Məzuniyyət zamanı və asudə vaxtda istirahətin məzmunu, 



passiv və ya fəal istirahət, mədəni – maarif və sağlamlıq müəssisələrinin, idman meydançalarının, yaşayış yerlərində 

istirahət üçün əlverişli imkanların olub –olmaması adamların şəxsiyyətinə güclü təsir göstərir. Bu cür faktlardan görünür ki, 

adamlarda mənəvi, əxlaqi, estetik, fiziki və.s keyfiyyətlərin formalaşmasına ətraf mühit təsir göstərir. Ətraf mühitin amilləri 

həmin keyfiyyətlərin adamda baş qaldırmasına, yaranmasına təkan verir. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   764   765   766   767   768   769   770   771   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin