Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə766/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   762   763   764   765   766   767   768   769   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

428 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

daim ucalara qaldırmasıdır. Bu isə  ümumbəşəri dəyərləri,  əxlaqı  əxz etməklə  və daim yeni biliklər qazanaraq inkişaf 

etməklə ola bilər. ”Quran” əxlaqi davranışların və onun insanın  formalaşmasında, kamilləşməsində  və  şəxsiyyət kimi 

inkişafında göstərdiyi təsiri bizə göstərən ən dəyərli xəzinədir. Quranın bütün ayələri tərbiyəvi və əxlaqi əhəmiyyət daşıyır. 

İslam tərbiyəsi ümumbəşəri əxlaqın tərbiyə edilməsini nəzərdə tutur. O ancaq dini hisslərin, dini şüurun və dini əxlaqın 

aşılanması deyil, eyni zamanda vətənpərvərlik və beynəlmiləlçilik hisslərinin formalaşdırılması, dini və dünyəvi elmlərin 

öyrədilməsi, estetik,   əxlaqi tərbiyəni də həyata keçirir.  

Quranda bizə  aşılanan gözəl  əxlaqi prinsiplər də var. İnsanlar xoşbəxt olmaq üçün bu prinsiplərə  əməl etməlidirlər. 

Quran ata-anaya gözəl davranmaq, qohum - əqrəbaya,  yoxsul və kimsəsizlərə kömək etmək, israfçılıqdan uzaq olmağa, 

yetimin malına göz dikməməyə çağırır.  İnsan heç kimə zərər verməməli, sevgi, hörmət, bərabərlik, qardaşlıq, doğru-dürüst, 

ədalətli olmaq, yardımsevər, qaynayıb - qarışma kimi işləri layiqincə yerinə yetirməli, çalışqan və  səxavətli olmalıdır. 

Söylənən bu gözəl əxlaqi keyfiyyətlər insanları dünya və axirət səadətinə qovuşdurur. Allahın qoyduğu ölçülərdən kənara 

çıxmamaq, həmişə yaxşılıq etmək, sözünün üstündə durmaq, namuslu və həyalı olmaq da “Qurani - Kərim”in ən çox dəyər 

verdiyi əxlaqi prinsiplər və məsələlərdir. Ən çox önəm verilən prinsiplərdən biri də ədalətdir. Ədalət hər bir kəsin haqqını 

qorumaq və haqsızlıq etməməkdir. 

Allah insanların din, dil və irqi ayrı-seçkiliyi olmadan bir - biriləri ilə  ədalətli davranmalarının tərəfdarıdır.  Əxlaqı 

gözəl olanın daxili aləmi də zəngin olur. Hətta sevgili Rəsulumuz əxlaq barəsində belə demişdir: ”Allah məni bir müəllim 

olaraq göndərdi, mən gözəl  əxlaqı tamamlamaq üçün göndərildim”. Peyğəmbər islam dininin məhz insan əxlaqını 

kəramətləndirmək üçün gəldiyini söyləyir və öz vəzifəsini də bunda görürdü. 

Həzrəti Məhəmməd Peyğəmbərdə (ə.s) sual etmişlər: 

-    Ya Rəsul, ən sevimli qul hansıdır ? 

-     Əxlaqı gözəl olan! 

-     Özünüzün sevdiyiniz, qiyamətdə, məşhərdə Sizinlə kim ola bilər? 

-     Əxlaqı gözəl olan! 

-     Tərəziyə qoyulan ən böyük şey əxlaqdır! 

-     Din nədir? 

-     Yaxşı əxlaq! 

-     Ən fəzilətli əməl nədir? 

-     Yaxşı və xoş əxlaq 

-     Allah hər kəsə xoş əxlaq və gözəl sifət veribsə, onu atəşlərə yem etməz. 

-      Günəş buzu əritdiyi kimi, yaxşı əxlaq da günahı yox edər. 

Ey insan, (Allah sənin əxlaqını gözəlləşdirsin) gözəl əxlaq sahibi ol ki, onun hər iki dünyada böyük faydası var. Həya 

insan üçün dünya və axirətdə bəyənilən ən gözəl əxlaqi sifətdir. 

Hədislərdə buyurulur: Həya imandandır, imanın yeri isə  cənnətdir. Onun nə  qədər fəzilətli olmağı barədə Allahın, 

peyğəmbərlərinin  ən  şərəflisini (Məhəmməd (s)) onunla mədh və  tərif etməsi bizə kifayət edər. Hədislərdə var ki, gözəl 

əxlaq dinin yarısıdır.İnsana əta olunan ən fəzilətli sifətdir. Əxlaq tərbiyəsində  nəfsin tərbiyəsi də önəmli yer tutur.Hər bir 

məsələdə orta-mötədil həddi saxlamaq aşılanır ki, bu da islamın mahiyyətindən irəli gəlir.Belə ki, nəfsi öldürmək yerinə, 

onu orta halda saxlamaq və islah etmək lazımdır. 

Qiyamətdə insanın "mizan"ına əxlaqdan fəzilətli şey qoyulmayacaq.  

Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan qaldırar.  

Gözəl əxlaq ömrü artırar. 

Beləliklə,  Qurani - Kərimdəki  əxlaqla bağlı  məsələləri araşdırdıqca, bu qənaətə  gəlmək olar ki, “Əxlaq” elə  İslam 

dininin özüdür, “Qurani - Kərim” isə onun müqəddəs rəmzidir. Biz də bu dinin övladlarıyıq və ana bətninə düşəndən ölənə 

kimi keçdiyimiz həyat yolunda , ”Quran”la tərbiyə olunuruq. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   762   763   764   765   766   767   768   769   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin