GÖRKƏMLİ AZƏRBAYCAN MAARİFÇİSİ SULTAN MƏCİD QƏNİZADƏ
MÜƏLLİM VƏ ONUN ŞƏXSİYYƏTİ HAQQINDA
Günel MƏMMƏDOVA
ADPU
rena_qurbanova@bk.ru
Azərbaycanın maarif və pedaqoji fikir tarixində müəllim və onun şəxsiyyəti barədə geniş söz açan, ona xüsusi dəyər
verən ziyalılarımızdan biri də S.M.Qənizadə olmuşdur. O, bir müəllim kimi bu sənətin ağırlığını, çətinliyini, bir maarifçi
kimi şərəfini, bir ziyalı kimi səmərəsini, uzaqgörən bir vətəndaş və millət xadimi kimi xalqın gələcəyi yolundakı faydasını
aydın surətdə dərk edirdi.
S.M.Qənizadənin həm «Məktubati-Şeyda bəy Şirvani» adlı dilogiyasında, xüsusilə də onun «Müəllimlər iftixarı»
adlanan birinci hissəsində, həm də publisistik məqalələrində müəllim və onun şəxsiyyəti ilə bağlı kifayət qədər aydın,
əhatəli fikir və qənaətlər vardır.Həqiqətən də, «Müəllimlər iftixarı» əslində S.M.Qənizadənin pedaqoji traktatıdır. Burada
maarifpərvər ədibin cəhalətə qarşı mübarizədə xalqın maariflənməsi yolunda müəllimin və məktəbin rolu, mühitin, ailənin
|