II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
454
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
metodlarının,yeni qiymətləndirmə sisteminin yaradılması,bir sözlə,pedaqoji prosesdə ən son təlim texnologiyalarından
istifadə məsələləri ilk növbədə ibtidai siniflərdə tədbiq olunmağa başlanmışdır.Artıq bir neçə ildir ki,orta ümumtəhsil
məktəblərində ibtidai siniflərdə kurrikulum islahatı həyata keçirilir.Kurrikulum yeni təlim metodlarını,təlimin təşkili
formalarını,qiymətləndirmənin növlərini,dövlət standartlarını,təhsil siyasəti,təhsilin idarəedilməsi və s. kimi vacib
məsələləri özündə birləşdirən və qarşısında konkret vəzifə və məqsədləri olan konseptual sənəddir.Bu islahata əsasən ibtidai
siniflərdə pedaqoji proses yeni xüsusiyyətlər kəsb etməklə bərabər,ənənəvi və müasir pedaqoji təcrübənin bir-biri ilə
qarşılıqlı əlaqəsi şəklində həyata keçirilir.Əsas məqsəd dərs prosesinin daha maraqlı,müəyyən mənada şagirdlər üçün
“əyləncəli” formada keçirilməsi,onların maraqlarının nəzərə alınması yolu ilə təhsilin səviyyəsinin qaldırılması, keyfiyyətinin
yüksəldilməsi və dünya təhsilinə inteqrasiya imkanlarının daha da artırılmasından ibarətdir.
Təlim prosesinin müasirləşdirilməsində zəruri olan məsələlərdən biri məktəblərin yeniləşdirilməsi məsələsidir. Təbii
ki,bunun üçün ilk növbədə məktəblərin müasir texnologiyalarla təmin edilməsi,ibtidai sinif müəllimlərinin bu
texnologiyalardan ən səmərəli şəkildə istifadə etmə bacarığının formalaşdırılması məsələləri həll edilməlidir.Əgər məktəbdə
ən son kompüter texnologiyası ilə təmin edildiyi halda ondan dərs prosesində məqsədyönlü şəkildə istifadə edə biləcək
müəllim yoxdursa, o zaman bu heç bir nəticə verməz,eləcə də əksinə.
Elektron dərsliklərin hazırlanması və istifadə olunması da önəmli məsələlərdən biridir.Hesab edirəm ki,elektron
dərsliklər şagirdlərin təlimə olan marağının artırılmasında böyük rol oynaya bilər.Çünki hal-hazırda azyaşlı uşaqlar belə
kompüter texnologiyası ilə işləməyi bacarır,boş vaxtlarını kompüter arxasında özləri üçün maraqlı olan oyunlar
oynamaqla,cizgifilmlərinə və filmlərə baxmaqla və s. şəkildə keçirməyi çox sevirlər.Elə bu səbəbdən də dərslərin elektron
formada olması həm şagirdlərin maraqlarının təmin olunmasına,həm də müəllimin şagirdi öyrətmək məqsədinə çatmasına
xidmət göstərmiş olar.Lakin bu o demək deyil ki,dərslər başdan sona kimi kompüter vasitəsilə həyata keçirilməli və ya
bütün dərsliklərin elektron forması hazırlanmalıdır.Əgər bütün dərsliklərin elektron variantı olarsa,o zaman şagirdlərdə
kitab oxumaq,müxtəlif qəzet və jurnalları mütaliə etmək bacarığı formalaşmaz,onlarda ümumiyyətlə kitaba maraq
qalmaz.Bundan əlavə kompüter arxasında həddindən artıq vaxt keçirmək sağlamlığa ziyandır və orqanizmin şüalanmasına
səbəb olur.Bu isə gələcəkdə xəstəliklərin yaranmasına təsir göstərir.
Fikrimcə,tədris olunan fənnin məzmunundan,öyrədilən mövzunun məqsədindən asılı olaraq bəzi tapşırıqların
kompüterdə həll edilməsi,şərh olunacaq məsələnin slaydlar vasitəsilə təqdim olunması,tərbiyəvi əhəmiyyətli videoların
göstərilməsi təlim prosesinin gedişində müsbət mənada dəyişiklik edə bilər.Ev tapşırığı kimi şagirdlərə internetdən istifadə
etməklə hər hansı bir mövzuyla bağlı məlumat toplamağı tapşırmaq onlarda sərbəst axtarıcılıq qabiliyyətinin
formalaşmasına və inkişafına təkan vermiş olar.
Təlimdə kompüter texnologiyasından və internetdən istifadənin bir sıra əhəmiyyətli xüsusiyyətləri vardır.Onları
aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Qısa zaman ərzində daha çox informasiya əldə edə bilmək imkanı
2) İstənilən mövzu ilə bağlı informasiya bolluğunun olması
3) Şagirdlərin sərbəst və çevik öyrənməsinin təmin olunması
4) Şagirdlərin yaradıcı tədbiqetmə imaknının genişliyi və s.
Elektron dərsliklər və ya keçiriləcək hər hansı mövzunun elektron təqdimat forması anlaşıqlı,asan tərtib
edilməli,şagirdlərin yaş və anlaq səviyyəsinə uyğun olmalı,mövzunu tam əhatə etməli,bir sözlə pedaqoji və metodik
tələblərə tam cavab verməlidir.Beləliklə,bütün bu xüsusiyyətlər nəzərə alınmaq şərtilə tədris prosesində İKT-dən isrifadə
edilməsi təlimdə keyfiyyətli dəyişiklik və müsbət nəticələr əldə olunmasında olduqca böyük rol oynaya bilər.
Dostları ilə paylaş: |