Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə806/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   802   803   804   805   806   807   808   809   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

455 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

İnklüziv təhsilin sinif səviyyəsində  təşkilinə  əsasən sinif kollektivinin formalaşdırılması, müşahidə  və qiymətləndirmə 

prosesi, fərdi tədris planı, diferensial təlim, təlimdə akkomodasiya və modifikasiyaların həyata keçirilməsi, eksplist təlim və 

s. aiddir. Şagirdlər ilə daha çox təmasda olacaq qüvvə isə  müəllimlərdir.  İnklüziv təhsilin sinif səviyyəsində necə 

aparılmasında mərkəz rolu müəllim oynayır. Təlim-tədris prosesinin fonunda o dayandığından,  əsas işlər onun üzərinə 

düşür. Xüsusilə, vurğulamaq lazımdır ki, uşağın hər tərəfli inkişafında, bilik, bacarıq və  vərdişlərə yiyələnməsində  

müəllimin rolu danılmazdır. Bu özəlliklə inklüziv komponentli siniflərdə daha da çox diqqət tələb edir. İnklüziv təlim 

müəllimdən daha yüksək hazırlıq səviyyəsi, professionallıq, təcrübə və yaradıcılıq, iradə, təmkin və bacarıq  tələb edir. Bu 

istiqamətdə müəllimin qarşısında bir sıra vəzifələr durur. Sağlamlıq imkanları məhdud olan uşaqların siniflərə mehribançılıq 

ilə  qəbul edilməsi vacib şərtdir. Təbiidir ki, müəllim obrazı  şagirdlər üçün əsas davranış nümunəsidir. Məhz o, öz 

hərəkətləri ilə həmin şagirdlərin cəmiyyət və sinfin vacib üzvlərindən biri olduğunu göstərməli, şagirdlər arasında sağlam 

münasibətlərin yaranmasına çalışmalıdır. İnklüziv komponentli siniflərdə  xüsusi qayğıya ehityacı olan şagirdlərin faizi 5-

10% arası olmalıdır. Bu da normal bir hal kimi dəyərləndirilir və qeyd edilir ki, bu tipli siniflərdə  şagird sayı  və sinif 

komplektləşməsi 20 nəfərdən artıq olmamalıdır. Xüsusi qayğıya ehityacı olan uşaqlar siniflərə  qəbul edilərkən müəllim 

özündə xüsusi bir məsuliyyət hiss edir və onun öhdəsinə düşəcək vəzifələri  əvvəlcədən planlaşdırır. Müəllim  əsasən 

aşağıdakı vəzifələrə riayət etsə daha da məqsədə uyğun olar: 

-  

müxtəlif şagirdlərə müxtəlif tələblərin qoyulduğuna əmin olur və bunu nəyə görə etdiyini şagirdlərə izah edir; 



-  

sağlamlıq imkanları məhdud olan şagirdləri cəmiyyətdə tamhüquqlu şəxs kimi təqdim edir

-  

xüsusi qayğıya ehityacı olan şagirdlər ilə təhsil və davranışları ilə bağlı gözləntilərini açıqca bölüşür; 



-  

təhsil alan şagirdlərin uğurları ilə bağlı müşahidələr aparır; 

-  

inklüziv təhsilə cəlb olunmuş şagirdin psixofizioloji fərdiliyini bilir; 



-  

inklüziv təhsilə cəlb olunmuş şagirdlər haqqında bütün məlumatların məxfiliyini qoruyur; 

-  

ən əsas məslələrdən biri olan diferensial təlimi təmin edir və s.        



 

 

 



 

Adətən, sinifdə sağlam ruhlu, əsl kollektiv yaratmaq demokratik prinsiplərə söykənməklə həyata keçirmək mümkündür. 

Demokratik təhsil isə o deməkdir ki, cəmiyyətin bütün üzvlərinin-istər sağlam, istərsə  də  əlillərin  bərabər təhsil alma 

hüquqları  təmin edilmiş olsun. Bu cəmiyyətdə sosial bərabərliyin qorunmasına  şərait yaratmış olar. Belə bir imkanı isə 

inklüziv təhsil yarada bilər. Bu cür komponentli siniflərdə demokratik yanaşmanın olması olduqca vacibdir. Yuxarıda qeyd 

etdiyimiz vəzifələrdən biri də diferensial təlimdir. Əhəmiyyətli hesab olunan  diferensial  təlim məzmunu müxtəlif öyrənmə 

və düşüncə  tərzinə malik olan şagirdlərə öyrətmək və  mənimsəməni təmin etmək üçün tətbiq olunan təlim üsuludur. Bu 

üsulu proses kimi başa düşmək lazımdır. Belə ki, müəllim  şagirdlər üçün maksimum səmərəli  şərait yaratmaq istədikdə 

daima bu təlimin diferensiallaşdırması məqsədi üzərində işləməlidir. Ümumiyyətlə, təlim prosesi zamanı yaradılan müxtəlif 

situasiyalar xüsusi qayğıya ehtiyacı olan  şagirdlərin gələcəkdə real həyatda yaradılan müxtəlif şərait və vəziyyətlərə hazır 

olmalarına zəmin yaradır. Müəllimin belə yanaşması onu göstərir ki, əlilliyi olan şagirdlər üçün ən vacib olan praktik 

vərdişlər və bacarıqların formalaşması təlim zamanı məktəblərdə ən vacib məqsədlərdən biridir. Təlimin diferensiallaşması 

haqqında düşünən müəllim mütləq təlim prosesinin komponentlərinin hər birinin  diferensiallaşması barədə düşünməlidir. 

Təlim prosesi bir-biri ilə sıx əlaqədə olan aspektlərdən ibarətdir. Burada fənnlərin məzmunu və gözlənilən nəticələr, təlim 

üsulları, dərsliklər, tapşırıqlar, tətbiq olunan qiymətləndirmənin üsulları  və növləri,  şagirdlərin ilkin bilik və bacarıqları, 

inkişaf və hazırlıq səviyyəsi və xüsusi ehtiyacları və.s nəzərdə 

tutulur. 

 

     



 

 

 



 

 

Nəticə etibarilə, onu söyləmək mümkündür ki, təhsil hər bir uşaq üçündür. 



Bütün uşaqlar-elə uşaqdırlar və müxtəlif qabiliyyətlərə malikdirlər. İnklüziv komponentli siniflərin əsasını hər kəsin fərdi 

qabiliyyət və ehtiyacları ilə birgə  qəbul edildiyi birliyə olan münasibət təşkil edir. İnklüziv təhsilin sinif səviyyəsində 

səmərəli təşkili üçün müəllimin pedaqoji ustalığının olması vacib şərtdir. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   802   803   804   805   806   807   808   809   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin