Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə809/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   805   806   807   808   809   810   811   812   ...   1149
 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

457 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

İBTIDAİ SINIF MÜƏLLİMİ HAZIRLIĞININ AKTUAL MƏSƏLƏLƏRİ  

 

Gültəkin ABDULLAYEVA 

ADPU 


pion2691@gmail.com 

 

Elmin, texniki tərəqqinin hərəkətverici, idarəedici qüvvəsi olan gəncliyi yetişdirmək məktəbin başlıca məqsədidir. 



Informasiya bolluğu  şəraitində yaşayan gəncin öz yerini harada tapacağı, fəaliyyətini necə quracağı hamını düşündürür. 

Şagirdlərlə  əqli keyfiyyətlərin inkişafı  və  təkmilləşməsi, təfəkkürün formalaşması üzrə  iş aparmadan onlarda fəal həyat 

mövqeyinin tərbiyə edilməsi çox çətindir. Qlobal iqtisadi böhran şəraitində müstəqil və  tənqidi düşünmək, dəyişən həyat 

şəraitinə tez reaksiya vermək, öz peşə fəaliyyətini effektiv şəkildə yerinə yetirmək, qarşıya qoyduğu məqsədlərinə çatmaq 

və s. tələblərə əməl etmək üçün, insan özünü və həyat bacarıqlarını inkişaf etdirməlidir. Bu cür inkişafın və özünüinkişafın 

vacib şərti təhsildir. Ona görə də bir çox tədqiqatçılar belə bir qənaətə gəlirlər ki, təhsil prosesi insanın bütün həyatı boyu 

davamlı olmalıdır.Fasiləsiz təhsil konsepsiyasına  əsasən (bağça, məktəb, ali təhsil müəssisəsi və s.) hər bir sahənin  əsas 

məqsədi insanı bir şəxsiyyət, cəmiyyətin subyekti, ölkə vətəndaşı kimi inkişaf etdirməkdir.  

Müəllim hazırlığına orta məktəbdən başlanmaldır. Pedaqoji peşəyə meyl göstərənlər məhz bu dövrdə 

müəyyənləşdirilməlidir. Təəssüf ki, bu gün “yaxşı” və “zəif” müəllim anlayışları hələ də işlədilir. “İşləyə-işləyə” öyrənəcək 

yanaşması  təhsilimiz üçün böyük təhlükədir. Müəllimin sinfə daxil olduğu ilk gündən pedaqoji fəaliyyətini uğurla qura 

bilməsi üçün mühüm bacarıqlara və müəyyən təcrübəyə malik olmalıdır. Belə ki, müəllim olmaq istəyən abituriyentin 

qabiliyyəti, xarici görünüşü,  şəxsiyyəti, fiziki sağlamlığı, bu sənəti düzgün seçib-seçməməsi, mədəniyyəti, həvəs və 

yaradıcılıq səyinin olması, pedaqoji səriştəsi, psixoloji hazırlığı,  ən  əsası isə ibtidai sinif müəllimi olacaq gənclərin xətti, 

orfoqrafik savadı, şifahi nitqi, mütaliəsi, səsi, əl qabiliyyəti və s. keyfiyyətləri nəzərə alınmalıdır. 

Şübhə yoxdur ki, öyrənənin inkişafında öyrədənin rolu əvəzsizdir. Müəllim yalnız hazır bilikləri verməklə 

kifayətlənməməli, şagirdlərin şəxsiyyət kimi inkişafına şərait yaratmalı, onlarla əməkdaşlığa, qarşılıqlı hörmət və anlaşmaya 

üstünlük verməli,  şagirdləri fəallaşdırmalı, təlimi onun maraq və  tələbatına uyğun qurmalıdır. Öyrədən məsləhətçi, 

istiqamətverən rolunda olmalı,  şagirdlərin  şəxsiyyətinə hörmət etməli, tədris fəaliyyətində humanizm prinsiplərinə 

əsaslanmalı, “subyekt-subyekt” münasibətlərini rəhbər tutmalıdır. Bu günün müəllimi tərbiyəçi-müəllim funksiyasını yerinə 

yetirməklə yanaşı, tədqiqatçı olmalı, öz fəaliyyətində  təlim-tərbiyə prosesinə yaradıcı yanaşmalı, təlimin yeni məzmunu, 

prinsipləri, metod və vasitələrini tətbiq edə, onları  ənənəvi üsullarla əlaqələndirə bilməli,  İKT-dən istifadə etməyi 

bacarmalıdır. 

Təhsil müəssisələrində  təlimin keyfiyyətinin təkmilləşdirilməsi müəllimin hazırlığından asılıdır. Təbii ki, başqalarını 

öyrətmək üçün daim özünü təkmilləşdirmək lazımdır. Müəllim təkcə  tədris etdiyi fənni və onun tədrisi metodikasını 

bilməklə kifayətlənməməli, hərtərəfli inkişaf etmiş şəxsiyyət olmalıdır. Müasir müəllim elə olmalıdır ki, dövrün tələblərinə 

cavab verməklə yanaşı, öz şagirdlərinin tələblərinə cavab verə bilsin. Hər bir pedaqoq peşə hazırlığının səviyyəsini 

müntəzəm olaraq kurs hazırlığı, seminar, praktikumlar, müsabiqələr vasitəsilə artırmalıdır. 

Müasir metodika və texnologiyalardan yaradıcılıqla istifadə olunan hər bir dərs, praktik məşğələ yüksək nəticə verir. 

Belə bir şəraitdə aparılan dərs ilk növbədə  hər bir şagirdin fərdi xüsusiyyətləırini nəzərə almağı  tələb edir. Pedaqoji 

fəaliyyətin əsas və həlledici qüvvəsi kimi şagirdin özü, onun şəxsiyyyəti və bacarığının inkişafı nəzərdə tutulur. Pedaqoji 

yaradıcılığın həyata keçirilməsi prosesində müəllimin özü də inkişaf edir ki, bu da onun fəaliyyətində yeni keyfiyyətlərin 

meydana çıxmasına gətirib çıxarır. 

Bəzən müəllim kifayət qədər nəzəri peşə bilikərinə malik olmasına baxmayaraq, praktik fəaliyyətində yüksək nəticələr 

əldə edə bilmir. Bu zaman müvəffəqiyyət  əldə etməyə, habelə peşə bacarıqlarının yüksəltməyə imkan verən pedaqoji 

faktorlara diqqət yetirmək  lazım gəlir. Peşə bacarıqlarının inkişafının əsas faktorları müəllimin reflektiv mövqeyidir; onun 

fasiləsiz təhsil sisteminə bağlılığıdır. Müəllimin reflektiv mövqeyi bütövlükdə  təhsil prosesinin keyfiyyətinə  təsir edən 

mühüm faktordur. Müəllim elə şərait yaratmalıdır ki, şagird intellektual və yaradıcı qabiliyyətini inkişaf etdirə bilsin və öz 

biliklərini, bacarıq və  təcrübəsini müxtəlif həyati situasiyalarda tətbiq etməyə hazır olsun. Hər bir müəllimin işinin  əsas 

məqsədi şagirdlərin intellektual və yaradıcı qabiliyyətini, onların mənəvi və vətəndaşlıq keyfiyyətlərini inkişaf etdirməkdir. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   805   806   807   808   809   810   811   812   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin