Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə808/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   804   805   806   807   808   809   810   811   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

456 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

passivləşdirən insanların beynində 30 yaşdan sonra hər gün 100000 neyron ölür. Bir sıra insanların qocaldıqda “xərifləmə”si 

də bunula bağlıdır.  

Insan hər gün özünə qulluq etdiyi kimi intellektinin də itiləşməsinin qayğısına qalmalıdır. Tədqiqatçılar sübut etmişlər 

ki, daim yeniliklər axtaran təşəbbüskar insanlar hətta 60 yaşında belə 30 yaşlı cavanlar kimi düşünə bilir. Beynin daim eyni 

bir  şeylə  məşğul olması, başqa sözlə yeknəsəqlik onun funksiyasını  məhv edir. Nəticədə,  elə adamlara rast gəlirik ki, 

onların var-dövləti həddindən artıq olsa da öz bədbəxtliklərindən daha çox  şikayətlənirlər.   

Intellektin inkişaf etdirilməsini, beynin fəallığı, çevikliyi  təkcə “Ana dilı” dərslərinin tədrisi prosesində deyil, 

bütövlükdə təhsil sistemində nəzərə almalıdır. Biz hər gün uşaqların intellektinə təsir göstərən bədii əsərlər vasitəsilə onların 

intellektinin inkişaf etdirməli,  bütün dərslərimizi onların düşüncəsinə uyğun gələn oyunlar şəklində qurmalıyıq.  

“XX  əsrin təfəkkür psixologiyası fundamental nəzəri eksperimental tədqiqartlarla  əlaqədardır. Bu tədqiqatlarda 

şagirdlərdə nəzəri təfəkkürün inkişafı və tərbiyəsi probleminə xüsusi önəm verilir. Onlar göstərir ki, tədris fəaliyyəti kvazi-

tədqiqat fəaliyyətidir. Tədris fəaliyyəti eyni vaxtda formasına və məzmununa görə nəzəri fəaliyyətdir. Nəzəri təfəkkür onun 

başlıca komponentidir. Təlim prosesində  nəzəri təfəkkürün inkişafı  və  tərbiyəsi bu gün necə  də aktualdır?! Müasir təhsil 

nəzəriyyəsinin başlıca parafrazlarından biri belədir.  

Təfəkkür problemlərini sinif məkanında araşdıranda qeyri-adi prosesin dalğalarında iki paradoksla rastlaşırıq. Bizim 

fikrimizcə, onların, informasiya əsrində öz-özünə möcüzəli görünən bu paradoksların psixoprofilaktikası təfəkkürün inkişaf 

konsepsiyasının köklü nəzəri-praktik problemidir.  

Biliyin  əsas məzmunu necə  və hansı vasitələrlə  mənimsənilir, hansı  məntiqi formada ifadə olunur? Bu sualları 

araşdıranda istər fəlsəfədə, istərsə də psixologiyada təfəkkürün iki tempini-empirik və nəzəri təfəkkürü ayırd edirlər. 

Empirik və  nəzəri təfəkkür hansı  məziyyətlərlə bir-birindən seçilirlər? Müxtəlif xüsusiyyətlərlə. Lakin onlardan bu 

xüsusilə əlamətdardır: empirik təfəkkür sadəcə olaraq hadisəni, nəzəri təfəkkür isə mahiyyəti əks etdirir. 

- Mahiyyət səbəb, struktur-funksional və genetik münasibətlərin sistemi kimi özünü göstərir. Bu mürəkkəb 

münasibətlər sistemi artıq sadəcə olaraq müşahidə yolu ilə ayırd etmək mümkün deyildir.  

- Bu zaman insan dərk olunan obyektlərin daxili əlaqə və münasibətlərini təhlil (analiz) və tərkib (sintez) yolu ilə tədqiq 

edir və onların “çoxcəhətli xüsusiyyətlərini vəhdətdə”  əks etdirir. Empirik təfəkkürdən fərqli olaraq nəzəri təfəkkürdə 

anlayışların əmələ gəlməsi üsulları bambaşqadır. Onlar zahiri əlamətlərinə görə, oxşar əşyaların müqayisəsi yolu ilə deyil, 

öyrənilən sistem üçün səciyyəvi olan mühüm əlaqələrin, müəyyən bir sistemin daxilində isə bu əlaqələrin funksiyalarının 

təhlili və  tərkibi yolu ilə yaradılır. Bu isə refleksiyanı-təhlil və  tərkibin vasitələrini və onların nəticələrini tənqidi  şəkildə 

qiymətləndirməyi nəzərdə tutur.  

Nəzəri təfəkkür səviyyəsində insan artıq dünyanı sözün əsl mənasında elmi ölçülərlə izah edir. Özünün bu 

xüsusiyyətlərinə görə  nəzəri təfəkkür empirik təfəkkürdən kəskin surətdə  fərqlənir və  təfəkkürün elmi-texniki inqilab 

dövründə xüsusi əhəmiyyət kəsb edən başlıca növlərindən biri sayılır.”  

Ağlı necə məşq etdirmək olar? Bu sual müasir təhsilin qarşısında dayanan əsas vəzifələrdən biridir.  

V.Suxomlinski uşaq beynindəki zərif, həssas neyronların inkişaf dinamikasını göstərərək qeyd edir ki, balacanı 

düşündürmək üçün onun beyin yarımkürələri qabığının neyronlarının müəyyən qrupu ətraf aləmin obrazlarını (şəkillərini, 

predmetlərini, hadisələrini, sözlərini) qavrayır və siqnallar ən incə sinir hüceyrələri vasitəsilə gedir.  

“Neyronların sinir enerjisinin belə heyrət ediləcək sürətlə keçməsi məhz bizim fikir adlandırdığımız hadisədir, - uşaq 

düşünür... Uşaq beyninin hüceyrələri o qədər zərifdir, qavrayış obyektinə o qədər həssas reaksiya verir ki, qavrayış  və 

dərketmə obyekti yalnız görülə bilən, eşidilə bilən, toxunula bilən obraz olduqda onlar normal işləyə bilir. Təfəkkürün 

mahiyyəti fikrin səmtini dəyişməsidir; bu dəyişmə yalnız o zaman mümkündür ki, uşağın qarşısında ya əyani, real obraz 

olsun, ya da o qədər parlaq yaradılmış sözlü obraz olsun ki, uşaq, haqqında danışılanı sanki görmüş, eşitmiş, hiss etmiş 

olsun (nağılı uşaqlar ona görə belə çox sevirlər)”.  

Yaradıcı şəxsiyyət yetişdirmək üçün ; 

1. Yaradıcı və müstəqil düşünmə qabiliyyətini aşkara çıxarmaq; 

2. Fəallığı və marağı üzə çıxarmaq; 

3. Müstəqil olaraq şagirdlərin biliklərə yiyələnmək bacarığını müəyyən etmək; 

4. Təşəbbüskarlığı alqışlamaq- lazımdır. 

Belə bir şəxsiyyətin tərbiyəsi  üçün yeni dövrdə təlimin vəzifələri  şagirdlərə bilik və bacarıqların aşılanmasını təmin 

etməkdir. Şagirdlərin məlumatı müstəqil olaraq toplamaları, tənqidi təhlil etmələri, qiymətləndirmələri, nəticə çıxarmaları 

vacibdir.  

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   804   805   806   807   808   809   810   811   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin