II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
458
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
QİYMƏTLƏNDİRMƏNİN MAHİYYƏTİ VƏ PEDAQOJİ –PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Ayşə QULİYEVA
Qafqaz Universiteti
aishequliyeva@mail.ru
Şagirdlərin təlim fəaliyyətindəki müvəffəqiyyətləri kəmiyyət və keyfiyyət göstəriciləri ilə səciyyələnir ki,bunlar da
şagird nailiyyətinə verilən qiymətlərdə öz əksini tapır. Qiymət-şagirdin verilmiş tapşırığı nə dərəcədə yerinə yetirməsinin,
təlim prosesindəki fəaliyyətinin göstəricisidir. Şagird nailyyətinin qiymətləndirilməsi məsələsi tarixən dünya pedaqoqlarını
düşündürmüş,bunun üçün vahid bir sistemin yaradılmasına bir çox cəhdlər edilmişdir.Lakin, bu barədə vahid bir qərar
alınmamışdır.1917-ci ilə qədər Rusiyanın bir çox məktəblərində şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün
"kafi" və ya "qeyri-kafi" kimi sözlərə müraciət edilmiş, bu məqsədlə bəzən yazılı xasiyyətnamələrdən istifadə olunmuşdur.
Sonralar Rusiyada və eləcə də Azərbaycanda qiymətləndirmə rəqəmlərlə aparılmağa başlanmış, bunun üçün altı ballıq
(0,1,2,3,4,5) qiymətləndirmə sistemindən istifadə olunmuşdur. Sovet hakimiyyəti illərində sıfır rəqəmi qiymətləndirmə
sistemindən çıxarıldı və təhsil müəssisələrində beş ballıq sistemə keçid baş verdi.Tədricən bir rəqəmi də müəllimlər
tərəfindən az istifadə olunmağa başlandı və beş ballıq qiymətləndirmə sistemi dörd ballıq sistemlə əvəz olundu. 1950-ci
ildən sonra dörd ballıq sistemdə də müəyyən dəyişikliklər özünü göstərdi. Belə ki,dörd ballıq sistem olmasına baxmayaraq
müəllimlər "2" rəqəmindən demək olar ki, istifadə etmir, bu isə faktiki olaraq beş ballıq sistemin üç ballıqsistemlə əvəz
olunması demək idi . Beləliklə, dörd-beş qiymətləri ilə oxuya bilməyən şagirdlər üçün bu şkala iki ballı oldu. Bu cür
qiymətləndirmə sistemi isə şagirdlərin fəaliyyətinə stimullaşdırıcı təsir etmək əvəzinə onlara mənfi təsir göstərirdi. Belə
ki,üç ilə dörd arasındakı pillə əksər şagirdlər üçün keçilməz bir sədd olurdu. Buna görə də bəzi müəllimlər beş ballıq
şkalaya "plyus","minus" əlavə etməklə qiymətləndirmə aparırdılar. Bunu etməkdə məqsəd isə beş ballıq sistemdə
stimullaşdırıcı yolları axtarıb tapmaq olmuşdur. Lakin, həmin müəllimlərə on yaxud yüz ballıq sistem təklif olunsaydı belə,
onlar yenə də həmin sistemlərə "plyus","minus" işarələrini daxil edərdilər. Buna görə də mövcud qiymətləndirmə sistemini
dəyişdirməyə səy göstərməkdənsə,həmin sistemdən düzgün istifadə etmək daha məqsədəuyğun olardı. Qiymətə, şagirdin işi
ilə əlaqədar olan çox və müxtəlif göstəricilər daxil olur. Bunlar aşağıdakılardır:
- bilik, bacarıq və vərdişlərin həqiqi vəziyyətinə dair yoxlamanın nəticələri;
- biliyin məntiqi və ardıcıl nitqlə dəqiq və mükəmməl ifadə olunması;
- təlim prosesi zamanı əldə olunan bilik,bacarıq və vərdişlərin praktikaya şüurlu surətdə tətbiq edə bilmək bacarığı;
- keçilmiş mövzuya dair əlavə mənbələrdən məlumatların toplanması;
- müstəqillik, təşəbbüskarlıq və işə yaradıcı münasibət;
- ev tapşırıqlarının yerinə yetirilməsi.
Hər fənn özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə uyğun olaraq ayrı-ayrı fənlərdən şagirdlərin bilik və
bacarıqlarını qiymətləndirməyin meyarları işlənmiş və müəllimlərin istifadəsinə verilmişdir. Bununla yanaşı bütün fənlər
üzrə şagirdlərin bilik və bacarıqlarına aid olan göstəricilər vardır ki,həmin gösrəricilərə əsasən beş ballıq qiymətləndirmə
sistemində şagirdlərin qiymətləndirilməsi aşağıdakı kimi aparılır.
Şagird proqram materialını tam mənimsədikdə,mövzuya aid biliklərini əməli işə tətbiq etməyi bacardıqda,məntiqli
nitqə malik olduğunu nümayiş etdirdikdə,davranışında heç bir qüsura yol vermədiyində "5" qiyməti yazılır.
Şagird proqram materialını şüurlu surətdə qavradıqda,biliklərini əməli işə tətbiq etməyi bacardıqda,lakin nitqində
və davranışında nöqsanlara yol verdikdə "4" qiyməti yazılır.
Şagird proqram materialını əsasən mənimsədikdə,biliyini əməli işə tətbiq etməyi bacarmadıqda,nitqində və
davranışında nöqsanlara yol verdikdə o, "3" qiyməti ilə qiymətləndirilir.
Şagird proqram materialını bilmədikdə,müəllimin mövzu ilə bağlı suallarına suallarına inamsız cavab
verdikdə,davranışında və nitqində ciddi nöqsanlara yol verdikdə şagird "2" qiyməti ilə qiymətləndirilir.
Şagird proqram materialını tamamilə bilmədikdə,oxumaq üçün heç bir səy göstərmədikdə,davranışında qüsurlu
nöqsanlara yol verdikdə isə "1" qiyməti yazılır.
Şagird nailiyyətinin qiymətləndirilməsi ənənəvi olaraq onların əldə etdikləri bilik, bacarıq və vərdişlərin kəmiyyətcə
qiymətləndirilməsinə əsaslanır. Lakin şagirdlərin təlimin nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin
qiymətləndirilməsi sistemi mövcud deyildir.Buna baxmayaraq təlimin məqsədlərinin əks olunduğu sənədlərdə təlim-tərbiyə
prosesində formalaşmalı olan müxtəlif şəxsi keyfiyyətlərdən bəhs olunur.Bu onunla əlaqədardır ki,şəxsi keyfiyyətlərin
qiymətləndirilməsi praktiki olaraq çətin bir məsələdir. Bununla belə təlim prosesinin yekunları haqqında tam məlumat əldə
etmək üçün şagirdlərin şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi olduqca mühüm məsələdir. Buna görə də məktəblərdə
psixoloji xidmətin üzərinə böyük vəzifələr düşür. Şagird nailiyyətinin qiymətləndirilməsinin müxtəlif formaları mövcud
olmuşdur. Ənənəvi təlimdə şagird nailiyyətinin qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar yoxlama yazı
işləri(yaxud testlər) və şifahi cavablar olmuşdur.İki qiymət növündən istifadə edilmişdir:cari və yekun qiymət. Cari
qiymətin aparılmasında məqsəd ayrı-ayrı mövzu və bölmələrin şagirdlər tərəfindən nə dərəcədə mənimsənildiyini yoxlamaq