İBTİDAİ SİNİFLƏRDƏ İKT VƏ ONDAN İSTİFADƏ
Sona SADIQOVA
Qafqaz Universiteti
Qloballaşma və yenilik həyatımızın bütün sahələrini əhatə etdiyi kimi,təhsildən də yan keçə bilməz.Odur ki,məktəblərin
müasirləşdirilməsi,dərslərin yeni təlim metodları əsasında keçirilməsi,təhsilin idarəsində müasir pedaqoji təcrübədən
istifadə,müəllimlərin ümumi pedaqoji hazırlığında və məktəblərdə müəllim-şagird,müəllim-valideyn,şagird-şagird
münasibətlərində müasir tələblərin nəzərə alınması bugünümüzdə təhsil sisteminin qarşısında duran əsas
vəzifələrdəndir.Cəmiyyətin həyatında təhsilin rolu danılmazdır.Xüsusən müasir dövrümüzdə təhsil daha böyük əhəmiyyət
kəsb etməklə qlobal xarakter daşımaqdadır.Belə ki,dünya ölkələrinin istər mədəniyyət,istər təhsil,istər sosial,istərsə də digər
sahələrdə bir-biri ilə sanki birincilik uğrunda “yarışdığı” XXI əsr elm və təhsil əsridir.Bəllidir ki,ibtidai təhsil bütövlükdə
təhsil sistemində baza,bünövrə rolunu oynayır.Buna görə də bütün dünyada ibtidai təhsilə,onun təşkili xüsusiyyətlərinə
olduqca böyük əhəmiyyət verilir.Məhz bu səbəbdən irəli gəlir ki,ölkəmizdə təhsil sahəsində müasirləşdirmə-yeni təlim
|