Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə821/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   817   818   819   820   821   822   823   824   ...   1149
 

 

TƏHSİLDƏ QİYMƏTLƏNDİRMƏ VƏ MONİTORİNQ 

 

Xuraman HACIYEVA 

AMEA, Şərqşünasliq İnstitutu 

haciyeva.xuraman@gmail.com 

 

Hazırda ümumi təhsil sahəsində aparılan islahatların  əsas məqsədi cəmiyyətin ehtiyac və  tələbləri nəzərə alınmaqla 

təhsilin keyfiyyətini yüksəltmək, onun inkişafını  təmin etməkdir . Bununla əlaqədar təhsilin keyfiyyətini  şərtləndirən 

amillərə, ilk növbədə, təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti 

vardır. Müstəqil Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müasir tələblər baxımından 

məqsədyönlü islahatlar aparılır. Səmərəli ideyaların, yeni texnologiyaların insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən 

təhsilə, təlim-tərbiyə prosesinə tətbiq olunması müasir cəmiyyətin xarakterik xüsusiyyətlərindəndir. Təhsildə yeni təlim və 

informasiya texnologiyalarından istifadə yeni pedaqoji ideyaların yaranmasına və psixoloji-pedaqoji tədqiqatların 

aparılmasına səbəb oldu. 

Yeni qiymətləndirmə sisteminin fəaliyyət mexanizmini başa duşmək üçün qiymətləndirmə və monitorinq anlayışlarının 

mahiyyətini bilmək lazımdır. 

Qiymətləndirmə - məqsədindən, iştirakçıların işinin xüsusiyyətlərindən, qiymətləndirilən sahələrdən, onların işinin 

xarakterindən asılı olaraq çoxcəhətli və mürəkkəb prosesdir. Təhsildə qiymətləndirmə mexanizmi elə qurulmalıdır ki, o, 

təhsil- tərbiyə prosesini daha da yaxşılaşdırmağa imkan versin. Qiymətləndirmə müəllimin öyrətmə, şagirdin öyrənmə və 

təhsilin idarə olunması prosesində əhəmiyyətli rola malikdir. Umumi təhsil sahəsində həyata kecirilən yeni qiymətləndirmə 

sistemi umumi təhsildə butun  fəaliyyətləri qiymətləndirən və onların muəyyən olunmuş muvafiq standartlar istiqamətində 

inkişaf etməsini təmin edən bir mexanizm kimi duşunulmuşdur. Burada butun fəaliyyətlər dedikdə  şagirdin, muəllimin, 

təhsil muəssisəsinin, təhsili idarəetmə strukturlarının və nəhayət olkənin umumi təhsil sisteminin fəaliyyəti nəzərdə tutulur. 

Bu iyerarxiyada aparıcı  həlqə  şagirdin təlim fəaliyyətinin nəticələridir, qalan butun fəaliyyətlər bu nəticələrin alınmasına 

xidmət edir və bu nəticələrdə əks olunur. Buna gorə də yeni qiymətləndirmə sisteminin əsasını şagird təlim fəaliyyətlərinin 

ardıcıl və sistemli şəkildə qiymətləndirilməsi təşkil edir.Yeni qiymətləndirmə sisteminin əsasında  şagirdlərin təlim 

fəaliyyətlərininardıcıl və sistemli şəkildə qiymətləndirilməsi, nəticələrin təhlili və muvafiqqərarların qəbul edilməsi dayanır. 

Şagird nailiyyətinin qiymətləndirilməsiməktəbdaxili, milli və beynəlxalq olmaqla üç istiqamətdə aparılır. Beləliklə, yeni 

qiymətləndirmə cox geniş və əhatəli bir proses olmaqla təhsil sahəsində butun fəaliyyətlərin "Azərbaycan Respublikasının 

ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində muəyyən olunmuş tələblər istiqamətində 

təkmilləşdirilməsinə və bununla da butovlukdə təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir. 

Təhsildə monitorinq – təhsil sistemi və ya onun ayrı-ayrı komponentlərinin idarəetmənin informasiya təminatı 

baxımından vəziyyətlərinin müəyyənləşdirilməsinə  və onların inkişafının proqnozlaşdırılmasına yönələn məlumatların 

toplanması və işlənməsi prosesinin izlənməsinin diaqnostikası və korreksiyası sistemidir. Monitorinqin məqsədi məktəbdə 

təlim-tərbiyə  işinin vəziyyəti barədə informasiyanın toplanması, görülən işlərin təhlili nəticələrinin ümumiləşdirilməsi, 

proqnozların və inkişaf perspektivlərinin müəyyən edilməsidir.Monitorinq nəticəsində həyata keçirilən pedaqoji fəaliyyətlər 

qiymətləndirilir, faktiki nəticələrin məqsədlərə uyğunluğu müəyyən edilir. Adətən, faktiki nəticələr qarşıya qoyulmuş 

məqsədlərdən bir qədər fərqli alınır. Əsas məsələ bu fərqin dərəcəsini, istiqamətini və səbəblərini müəyyən etməkdir. Daxili 

quruluşuna görə monitorinq üç mühüm idarəetmə komponentini birləşdirir: məktəbin fəaliyyətinin müxtəlif sahələrinə 

nəzarət, onların ekspertizası, idarəetmənin informasiya ilə təminatı sistemi. Bu üç sistem olmadan məktəbdə monitorinqin 

təşkili mümkün deyildir. Monitorinqin real idarəetmə amili olması üçün o, vahid bir fəaliyyət sistemi kimi təşkil 

olunmalıdır. Bunun üçün isəkonkret situasiyadan asılı olaraq onun müxtəlif forma və üsullarının birləşdirilməsinin optimal 

variantı seçilməlidir. Monitorinq problemi "müəllim-şagird" sistemi üçün xüsusilə aktualdır. "Müəllim- şagird" sistemində 

monitorinq dedikdə, şagirdin bilməyə, öyrənməyə doğru irəliləməsini müşahidə etməyə imkan verən fasiləsiz nəzarətedici 

hərəkət və  fəaliyyətlərin məcmusubaşa düşülür. Deməli, monitorinq daxili idarəetmə prosesi olub təhsilin keyfiyyətinə 

davamlınəzarəti həyata kecirməyə imkan verir. O, təhsil fəaliyyətinin guclu və  zəif tərəflərini uzə  cıxararaq gozlənilən 

nəticələri  əldə etmək ucun praktik təkliflərləcıxış edə bilər. Monitorinq dedikdə yalnız təkliflər deyil, problemlərin həll 

edilməsi ucun konkret addımların da atılması nəzərdə tutulur. Monitorinqin uc əsas komponenti var: 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   817   818   819   820   821   822   823   824   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin