Microsoft Word Materiallar Full


TƏLİM PROSESİNDƏ MÜƏLLİM ÜNSİYYƏTİNİN ROLU



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə854/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   850   851   852   853   854   855   856   857   ...   1149
 

TƏLİM PROSESİNDƏ MÜƏLLİM ÜNSİYYƏTİNİN ROLU 

 

Ülkər İmanova 

Qafqaz Universiteti  



ulker_imanova@bk.ru 

 

Cəmiyyətin həyatında müəllim şəxsiyyətinin rolu olduqca böyükdür. Çünki müəllim təhsilalanların həm bilik, bacarıqlara 

yiyələnməsinin, həm də , onların fizioloji, psixoloji cəhətdən düzgün inkişaf etmələrinin qeydinə qalaraq, zəngin mənəvi 

keyfiyyətli  şəxsiyyət kimi formalaşması üçün çalışır. Buna görə  də müəllimlər  şagirdlərin “ daxili dünyasının memarı” 

hesab edilir. Müəllimlik peşəsində fəaliyyət göstərən hər kəs öz peşə borcunu  lazımınca yerinə yetirmək üçün dərin ixtisas 

biliklərinə, pedaqoji-psixoloji biliklərə sahib olmalıdır. Müəllim öz pedaqoji fəaliyyəti müddətində çoxsaylı  şagird 

kollektivi ilə ünsiyyətdə olur. Bu ünsiyyət zamanı müəllim müxtəlif xarakterli şagirdlərə yalnız düzgün pedaqoji-psixoloji 

yanaşma üsulundan istifadə edərsə, müvəffəqiyyət əldə edə bilər.  

Fərqli xarakterdə olan şagird kollektivi ilə  uğurlu pedaqoji münasibət qurmaq üçün müəllimin ünsiyyət bacarığının 

olması vacib amillərdən biri hesab edilir. Müəllimin ünsiyyət mədəniyyətinin olması  həm  şagirdlərlə, həm valideynlərlə, 

həm də məktəb kollektivi ilə yaxşı münasibət yarada bilməsi üçün mühüm rol oynayan əsas şərtlərdəndir. Çünki ünsiyyət 

mədəniyyəti qarşılıqlı  əlaqə  və  fəaliyyətdə  əxlaqi - etik normalara əməl etməyə  əsaslanır ki, bu da müəllim və  şagirdlər 

arasında pedaqoji cəhətdən düzgün münasibətin yaranmasını təmin etmiş olur.  

Bildiyimiz kimi, ünsiyyətin əsasını nitq təşkil edir. Odur ki, müəllim nitiqnin nə qədər dəqiq, səlis, aydın, ifadəli olması 

müəllim – şagird münasibətlərinə birbaşa təsir edir. Başqa sözlə desək, müəllim nitqinin dəqiq, səlis, aydın və ifadəli olması 

pedaqoji ünsiyyətdə bu və ya digər formada təzahür edir. Müəllimin şagirdlərlə ünsiyyəti dedikdə, onun həm elmi nitqi ( hər 

bir mövzunu şərhetmə bacarığı ) , həmçinin təhsilalanlarla apardığı müxtəlif məzmunlu tərbiyəvi söhbətləri başa düşülür. 

Hər hansı mövzunu şərh edərkən müəllim şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq kifayət qədər  sadə, lakin 

elmi dildə izah edərək onların mövzunu aydın dərk etmələrinə nail olmağa çalışmalıdır.  Əgər müəllim aydın olmayan, 

mürəkkəb nitqə sahibdirsə, bu, şagirdlərin dərketmə səviyyəsinə uyğun olmadığından onların təlim prosesində çətinliklərlə 

üzləşməsinə səbəb olar. Belə halın olması isə öz-özlüyündə pedaqoji prosesin keyfiyyətinə mənfi təsir göstərər. 

Hər  bir müəllim, xüsusən ibtidai sinif müəllimləri öz nitqi ilə kiçikyaşlı məktəbliləri həvəsləndirməli, onlarda özlərinə 

inam hissini aşılamalıdır. “ Afərin” , “zəhmət olmasa” , “xahiş edirəm” və s. bu kimi ifadələr nəinki səmimi münasibətin ya-

ranmasına səbəb olur, eyni zamanda, şagirdlərin dərsə daha  həvəslə və inamla yanaşmasına təsir göstərir. Bu tip ifadələr 

həmçinin  şagird  şəxsiyyətinə edilən hörmətin təzahürü kimi də meydana çıxır. Müəllim  ən gərgin və  əsəbi anlarda belə 

islətdiyi sözlərə nəzarət etməli, heç bir kobudluğa yol verməməli və şagird şəxsiyyətini alçaldan ifadələri işlətməməlidir. 

Müəllim öz nitqi, ünsiyyət mədəniyyəti ilə hər zaman şagirdlərə nümunə olmağı bacarmalıdır. Müəllimin dolğun nitqə 

sahib olması şagirdlərin də nitqinin formalaşmasına birbaşa təsir edir. Müəllim şagirdlərə düzgün danışmağı öyrətməlidir. 

Bunun üçün müəllim təlim prosesində şagirdlərin fikrini düzgün və dəqiq ifadə etmələrinə fikir verməlidir. Əgər şagirdlərin 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   850   851   852   853   854   855   856   857   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin