Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə917/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   913   914   915   916   917   918   919   920   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

517 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Kalkalar başqa bir dilə  məxsus sözlərin, yaxud söz birləşmələrinin tərkib hissələrini tərcümə edilən dildə müvafiq 

sözlər və söz birləşmələri ilə  həmin sözlərin modeli üzrə qurulmuş sölər, yaxud ifadələrdir. Kalka üsulunun iki forması 

geniş yayılmışdır: tam və yarımçıq kalkalar. 

Tam kalkalar zamanı terminin tam qarşılığı kimi verilən söz və ya söz birləşməsi dilimizin qrammatik qaydalarına 

uyğun olaraq verilir. Daha çox rus və Avropa dillərindən alınan terminlərin kalkasında rast gəlinir. Kalkalarda alınma 

terminin tam qarşılığının verilməsi üçün sözdüzəldici şəkilçilərdən də istifadə olunur. Məsələn: официальное сообщение – 

rəsmi məlumat,  гражданское  право – vətəndaş hüququ, боевой  устав – döyüş nizamnaməsi,  рыночная  экономика – 

bazar iqtisadiyyatı, экономический суд – iqtisad məhkəməsi və s. 

Tam kalkalar alınma terminlərin daşıdığı qrammatik xüsusiyyətlərin bəzilərini saxlayır, bəzilərini isə tərcümə olunan 

dildən qəbul edir. Söz birləşməsi şəklində olan terminlərin arasında olan sintaktik əlaqələrin növləri kalkalarda dəyişə bilər. 

Məsələn, боевой устав birləşməsinin tərəfləri rus dilində uzlaşma əlaqəsi ilə bağlanıb. Birləşmənin qarşılığı olaraq kalka 

edilən döyüş nizamnaməsi ikinci növ təyini söz birləşməsinin tərəfləri arasında həm idarə, həm də uzlaşma əlaqəsi var. 

Yarımçıq kalkalar tam kalkalara nisbətən üstünlük təşkil edir. Bu birləşmə şəklində olan terminlərin hər iki tərəfinin 

qarşılığının hər zaman tapılmaması ilə izah oluna bilər. Yarımçıq kalkaetmə  iki,  üç,  dörd  və daha çox komponentli 

birləşmələrin üzərində aparıla bilər. Avropa və rus dillərindən alınan termin – söz birləşmələri aşağıdakı şəkildə kalka edilə 

bilər: 

  Birləşmənin birinci tərəfi kalka edilir, ikinci tərəfi olduğu kimi qalır. Məsələn,  müasir texnika, nəzarət 



mexanizmləri, beynəlxalq status, seçki monitorinqi, xarici valyuta və s. 

  Birləşmənin ikinci tərəfi kalka edilir, birinci tərəfi isə olduğu kimi saxlanılır, Məsələn: prioritet mövzu,  qlobal 



dəyişiklik, etnopolitik münaqişə, tranzit xəttvə s. Bu kalkaların tərəfləri mənşəcə müxtəlif sözlərdən ibarətdir. 

Yarımçıq kalkaların yaradılmasında tərəflərin həm semantik, fəm də qrammatik cəhətdən birləşməsi  əsasdır. 



Современная  техника,  иностранная  валюта  kimi birləşmələrdə kalka zamanı alındığı dildə mövcud olan qrammatik 

əlaqə üçün istifadə olunan morfemlərin ixtisarı müşahidə olunur. Termin-birləşmələrinin tərəfləri isə bəzən söz birləşməsinə 

uyğun olaraq hal və ya mənsubiyyət şəkilçisi qəbul edir. Məsələn, ikinci növ təyini söz birləməsinin tələbinə uyğun olaraq 

investisiya bazarı  termininin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəfi isə  mənsubiyyət  şəkilçisi ilə 

işlənmişdir.  

Yeni yaranan və müasir dövrdə  işlənən ictimai-siyasi və elmi terminlər arasında heç bir tərəfi kalka edilmədən 

dilimizdə  işlənən terminlər də var. Məsələn:  texnoloji parametrlər, antiterror koalisiya, diplomatik praktika, investisiya 



bankı, geosiyasi baza, konstruktiv dialoq və s. bu cür terminlərkalka edilməsə  də, birləşmənin yaranması üçün dilimizin 

leksik və qrammatik şəkilçilərindən istifadə olunur. Məsələn, rus dilində olan технологические  параметры  termin-söz 

birləşməsi dilimizdə texnoloji parametrlər şəklində işlənir. 

Termin yaradıcılığında bir çox sözlər yeni məna kəsb edir, bəzən də əsas məna ilə bağlı əlavə mənaları ifadə edirlər. Bu 

baxımdan semantik kalkaetmə terminologiyanın öyrənmə obyektlərindən biridir. Məna genişlənməsi nəticəsində hər hansı 

söz terminə, termin birləşməsinin tərəfinə çevrilə bilir. İnformatika sahəsində işlənən və rus dilindən alınaraq kalka edilən 

aşağıdakı terminlər rus və ingilis dilindən kalka edilmişdir. Bu terminlər ingilis dilindən alınmış, rus dilinə kalka edilmiş və 

Azərbaycan dilinə ikiqat kalka vasitəsi ilə daxil olmuşdur: bağlama – привязка – bindingbaşlıq – заголовок – headergüc 



–  мощность – power;  uyğunluq – совместимость – compatible;  rəqəm kodu – цифровой  код – numeric code ;  işçi 

yaddaş – рабочая память – working storagesorğu dili – язык запроса – query language. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   913   914   915   916   917   918   919   920   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin