Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1022/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1018   1019   1020   1021   1022   1023   1024   1025   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

583 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Lakin hazırda Azərbaycan təhsili bir çox istiqamətələrdə kompyuterin,internetin imkanlarından lazımi qədər faydalan-

mır. Məsələn , aydındır ki hazırda ölkəmizdə bir çox məktəblərdə müəllimlərin kompyuterləşmə istiqamətində biliklərində 

əksikliklər var.Bu əksiklikləri aradan qaldırmaq üçün Təhsil nazirliyi hər müəllimi kursa göndərməli , təlim keçməli və 

təlimin nəticəsində sertifikat verməlidir.Lakin internetdən istifadə etməklə bunu asan şəkildə , vaxt itkisi olmadan , 

sərfiyyatı azaltmaqla həyata keçirmək olar. 

Saytın ümumi strukturu 

Web sayt Administrativ panel və istifadəçi interfeysindən ibarətdir . 

Administrativ paneldə imtahan variantlarının yaradılması ( suallar,cavablar,düzgün cavablar , fənnin-mövzunun adı, 

imtahanın tipi, verilən vaxt, balın hesablanma qaydası və.s. ) 

İstifadəçilərin imtahanda iştirakını təmin etmək . 

Nəticələri imtahandan dərhal sonra və ya fərdi yoxlanmadan sonra istifadəçilərə elan etmək . 

Nəticələri saxlayıb müxtəlif statistik məlumatlar çıxarmaq . 

Modulun üstünlükləri və yenilikləri: 

Azərbaycan təhsil sistemi üçün bu sistemin bir sıra faydaları olacaq . Belə ki , 

Modul web platformasında (http) çalışdığından hər hansı instalyasiya işlərinə gərək duymur, internet bağlantının olması 

kifayət edir . 

Moduldan bütün ölkəboyu istifadə etmək mümkündür və bu məsafə, regionlarda təşkilati işlər, yol xərcləri və.s. 

amilləri aradan qaldırmağa səbəb olur . 

Moduldan həm ölkəboyu tələbələr və ya şagirdlər arasında hansısa imtahan/yarışma keçirmək, həm də müəllimlər üçün 

hər hansı sertifikatlaşdırma keçirmək mümkündür. 

Modul təhlükəsiz WordPress Codex qaydalarında proqramlaşdırıldığından daim inkişafa açıq və kollektiv redaktə üçün 

anlaşılan struktura malikdir.Modulun perspektiv tətbiqinə dair şərti nümunə: 

İnformatika fənnindən müəllimlər sertifikasiyadan keçməlidir. Bunun üçün verilmiş 1 saat ərzində 100 suala cavab 

verilməlidir. Suallar test formatındadır ( Gələcəkdə açıq suallarınn da daxil edilə bilməsi mümkün olacaq ) . İki cür 

realizasiya mümkündür : 

1. Müəllimlər hər biri öz evindən daxil olaraq imtahanın aktiv olma intervalında özlərinə uyğun saatı seçərək imtahana 

başlayır və öz unikal İD-sini daxil edərək imtahana start verir. Hər İD bir dəfə istifadə edilə bilər deyə təkrar cəhd mümkün 

deyil və müəllim məhz verilmiş 1 saat ərzində mütləq testləri cavablandırıb nəticəni göndərməlidir. Nəticələr avtomatik 

hesablanır bazada saxlanılır. Daha sonra administrator nəticələri emal edir. 

2. Daha obyektiv imtahan təşkil etmək üçün imtahana giriş yalnız xüsusi parolla mümkün olur, o parolu da ancaq 

məktəblərdə xüsusi auditoriyalarda təşkil edilmiş imtahan nəzarətçiləribilir. Müəllimlər də oraya qrup halında daxil olaraq 

kompüterlərdə onlara orada verilən parolu daxil edərək imtahana start verir və 1 saat müddətində cavabları göndərib 

təsdiqləyir. Administrator daha sonra avtomatik hesablanmış nəticələri emal edir. 

Nəticə 

Modul təhsil sektorunda geniş sferada tətbiq edilə bilər. Hazırki işlənilən ilkin versiyada nisbətən sadə forma , online 

imtahan prosesi və sadə sertifikatlaşdırma sistemi həyata keçiriləcək. Gələcəkdə isə modulun imkanları genişləndirilərək 

daha böyük detalları özündə ehtiva etmiş olacaq. 

Layihələndirilən onlayn imtahan sertifikatlaşdırma saytı Azərbaycan Təhsil sistemində olan bir sıra əksiklikləri aradan 

qaldıracaq.Saytın qurulmasında əsas üstünlüklər sertifikatın alinmasının hər bir müəllim üçün əlçatan olması , qısa zamanda 

Təhsil Nazirliyinin daha çox müəllim üçün imtahan kecirməsinin mümkünlüyüdür.Bunlardan başqa moduldan təhsil 

yönümlü digər saytlarda da bir ayrıca bölmə olaraq istifadə edilə bilər. Məsələn: hər hansı təhsil yönümlü saytda viktorina, 

sınaq testi, imtahan və.s. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1018   1019   1020   1021   1022   1023   1024   1025   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin