Microsoft Word Materiallar Full


YENİ SƏTHİ-AKTİV AMMONİUM DUZLARININ SİNTEZİ VƏ XASSƏLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə201/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   197   198   199   200   201   202   203   204   ...   1149
YENİ SƏTHİ-AKTİV AMMONİUM DUZLARININ SİNTEZİ VƏ XASSƏLƏRİ 

 

Xuraman MƏMMƏDOVA, R.A.RƏHIMOV, F.M. VƏKİLOVA 

AMEA, Neft-Kimya Prosesləri İnstitutu 



xuraman_akifli@hotmail.com, revan_chem@mail.ru, vekilovafidan@gmail.ru 

 

Dünya əhalisinin sayı artdıqca enerjiyə olan tələbat da artır. Xəzər dənizi bölgəsində neft hasilatı sürətlə artmaqdadır. 



Baş verən qəzalar zamanı neftin və neft məhsullarının açıq su hövzələrinə tökülməsi nəticəsində hidrosferin flora və 

faunasına ciddi ziyan dəyir. Neft və neft məhsullarını su səthindən təmizləmək üçün mexaniki üsuldan istifadə edilir. Lakin 

neftin qalın təbəqəsi yığıldıqdan sonra qalan nazik təbəqə ekoloji cəhətdən təhlükə doğurur, çünki oksigen və karbon 

qazının hidrosferlə atmosfer arasındakı mübadiləsi pozulur. Bu isə hidrosferin aerob mikroorqanizmlərinin inkişafına maneə 

törədir. Su hövzələrinin səthində nazik neft təbəqəsini kənar etməyə imkan verən səthi-aktiv maddələrin (SAM) alınması, 

tədqiqi və tətbiqi çox aktualdır. 

Təqdim edilən məruzə dodesilamin, propilen oksidi və alkilhalogenidlər əsasında yeni SAM-ların sintezi, fiziki-

kimyəvi xassələrinin və neftyığma, neftdispersləmə qabiliyyətinin tədqiqinə həsr edilmişdir.  

SAM-ların sintezi iki mərhələdə aparılmışdır. Birinci mərhələdə dodesilamin propilen oksidi ilə 1:1 və 1:2 mol 

nisbətlərində reaksiyaya girir. Reaksiyaların ümumi sxemi aşağıdakı kimidir: 

 

 

burada R=C



12

H

25



Reaksiyalar 23-32 

C temperaturda 120-150 saat müddətində katalizatorsuz aparılmışdır. Sintez edilmiş SAM-ların 

quruluşları  İQ- və NMR-spektroskopiya metodları ilə identifikasiya edilmişdir. C

12

P ağ kristallik maddədir, etanolda, 



asetonda, heksanda yaxşı, su və CCl

4

-də isə qismən həll olur. Amin ədədi 146.1 mq HCl/q-dir. C



12

PP isə maye halda olan 

sarımtıl rəngli maddədir, etanol, aseton, heksan, CCl

4

-də yaxşı, suda isə qismən həll olur. Amin ədədi 118.9 mq HCl/q-dır. 



Sintez edilmiş aminospirtlərin etil- və propilbromidlə qarşılıqlı təsiri nəticəsində yeni ammonium duzları alınmışdır. 

Aparılmış kvaternizasiya reaksiyaları aşağıdakı sxemlər üzrə gedir: 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin