Microsoft Word Materiallar Full


ABDULLA BƏY ASİNİN YARADICILIĞINDA HƏCV



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə399/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   395   396   397   398   399   400   401   402   ...   1149
ABDULLA BƏY ASİNİN YARADICILIĞINDA HƏCV 

 

Aytən HACIYEVA 

Azərbaycan Dillər Universiteti 



ayten@gmail.com 

 

XIX əsr Azərbaycan ədəbiyyatı tarixində poeziyanın ictimai mübarizə silahına çevrilməsində, satirik şeir cərəyanının 

zənginləşməsində Qarabağ  ədəbi mühiti nümayəndələrinin yaradıcılığında müəyyən xidmətləri olan həcv nümunələri də 

mühüm yer alır. Onların poetik örnəklərində subyektiv məzmunlu həcvlərlə yanaşı, ictimai-siyasi məzmunlu satirik şeir 

nümunələri də üstünlük təşkil edir. Buna örnək olaraq Nəvvabın S.Ə.Şirvaniyə ünvanladığı və yaradıcılığının maraqlı, eyni 

zamanda ziddiyətli məqamlarından biri kimi meydana çıxan həcv nümunəsini göstərmək olar.  S.Ə.Şirvani aşura günü yaşlı-

cavan-hər kəsin başını çapıb özünü al-qana qəltan etməsini qətiyyətlə pisləyərək bunu cəhalət və nadanlıq nişanəsi kimi 

dəyərləndirirsə, Nəvvab təziyadarlığa tam mühafizəkar mövqedən yanaşır. S.Ə.Şirvani öz şeirlərində-istər Hadi Sultanova, 

istərsə  də  Həsən Qara Hadiyə ünvanladığı  həcvlərində bu adəti kəskin tənqid edir ki,  şairin bu münasibəti Nəvvabın 

qəzəbinə düçar olur və o öz şirvanli həmkarını həcv etməkdən çəkinmir. Maraqlıdır ki, S.Ə.Şirvani bu məsələ ilə bağlı heç 

bir şeirində Nəvvabın adını anmadığı halda, sonuncu onun Hadiyə ünvanlanan həcvinə cavab yazmaq qərarına gəlmişdir ki

bu da ədibin maarifçi şəxsiyyətinin ziddiyyətindən xəbər verir. 

“Məclisi-Fəramuşan”ın fəal üzvlərindən olan Baxış bəy Sabur da şeirin qarşısına ciddi tələblər qoyan bir sənətkar kimi 

dəyərsiz  əsərlər qələmə alan, sxolastik poeziyanın təsirindən yaxa qurtara bilməyən Dizaq mahalının  şairlərini tənqid 

edərkən həcv janrına üstünlük vermişdir. O, “elmdən xəbərsiz”, “qəribə geyimli”,  “əxlaq işlərindən qafil” olan Tahir,  

Soltan,  Məmməd,  Naib,  Rza,  Bülbül kimi sənətkarları “təbii şairlərin tullantısından yoğrulan” , “ bilik atı ləng olan” , 

“şeirin sirlərinə vaqif olmayan” hərzəkarlar kimi qiymətləndirir. Sənətdən yaşadığı müasir cəmiyyəti əks etdirməyi, həyatda 

gördüyü nöqsanları tənqid etməyi tələb edən şair bu cür sənətkarlara “şeirə rövnəq yerinə rəxnə salmaları”, “şeir mülkünü 

viran etmələri” səbəbindən özlərinə başqa bir peşə tapmağı məsləhət görür.  

Ümumiyyətlə, XIX əsrdə Azərbaycanda feodal pərakəndəliyinin hökm sürməsinə baxmayaraq ,  müxtəlif  bölgələrdə 

fəaliyyət göstərən ədəbi məclislər həmin dövrün obyektiv şərtləri daxilində kifayət qədər sabit əlaqələr saxlamağa müvəffəq 

olmuşlar. Konkret olaraq, Qarabağ ədəbi məclisləri ilə bağlı qeyd edə bilərik ki, bu bölgənin sənətkarları Qarabağ vilayəti 

ilə kifayətlənməyərək Azərbaycanın digər bölgələri, o cümlədən  Şirvan  şairləri ilə yaradıcılıq  əməkdaşlığı etmiş, onlar 

dünyada və bölgələrdə baş verən sosial-siyasi hadisələrə münasibət bildirməklə yanaşı,  bir-birlərinə qarşı giley-güzarlarını 

da izhar etmiş,  hətta yeri gəldikcə bir-birini həcv etməkdən belə  çəkinməmişlər. S.Ə.Şirvaninin Q.Zakirin qız  nəvəsi 

Abdulla bəy Asiyə  ünvanladığı    həcv də bu qəbildəndir. Sözügedən poetik nümunə Asinin Natəvanı  həcv etməsi 

münasibətilə  qələmə  alınmışdır.  

XIX  əsr Qarabağ  sənətkarlarının yuxarıda haqqında bəhs etdiyimiz  subyektiv münasibətlərdən doğan  şəxsi zəminli 

əsərlərinin böyük əksəriyyəti uzun müddətdən bəri bir - birilə yaradıcılıq  əlaqələri saxlayan sənətkarlar arasında nifaq 

toxumu səpməkdən savayı heç bir əhəmiyyətə malik olmayan nümunələrdir. Çox ehtimal ki, sözügedən örnəklərin böyük 

əksəriyyətinin günümüzədək işıq üzü görməməsinin başlıca səbəbi də məhz bununla bağlı olmuşdur.  

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   395   396   397   398   399   400   401   402   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin